Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİ

Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİDünyada hər il təqribən 17.5 milyon insan ürək xəstəlikləri səbəbilə həyatını itirir. Yaşadığımız bütün duyğular birbaşa olaraq ürəyə təsir edir. Ürək xəstəliklərinin qarşısınının alınmasında düzgün qidalanma, aktiv həyat tərzi və siqaretdən imtina önəmlidir.
Milli.Az türkiyəli kardioloq Yelda Tayyarecinin ürək xəstəliklərinin qarşısının alınması istiqamətində tövsiyələrini təqdim edir.
Fiziki cəhətdən aktiv olun.
Daimi fiziki fəaliyyət xroniki ürək xəstələrində qan dövranını yaxşılaşdırır, xəstəliklə əlaqəli simptomları azaldır. Hər gün yarım saatlıq gəzinti insanın özünü rahat hiss etməsinə və depressiyanın azalmasına səbəb olur.
Diqqət yetirilməlidir ki, ediləcək məşq ağır və yorucu olmasın. Ağır səy tələb edən məşqlər çox soyuq havalarda edilməməlidir. Üzmək üçün isə çox soyuq və ya çox isti suya üstünlük verilməməlidir.
Həkiminiz tərəfindən təyin olunan dərmanları mütəmadi olaraq istifadə edin.
Xroniki ürək xəstəliyində keyfiyyətli və uzun ömür sürməyin ən vacib amillərindən biri dərmanları vaxtında və davamlı qəbul etməkdir.
Yüksək və qalın yastıqlara üstünlük verin.
Yüksək və qalın yastıq xroniki ürək çatışmazlığı olan xəstələrdə artıq mayenin ağciyərlərdən aşağı bölgələrə axmasına imkan verir, gecə boyu rahat yatmağa kömək edir.
Hər gün çəkinin.
Gündəlik çəkinmək çəki artımının qarşısını alır. Gündə 2 kiloqramdan çox kökəlmək bədəndə artıq mayenin yığılmasını göstərir, bu vəziyyətdə həkimə müraciət etmək lazımdır. Arıqlamaq da xəstəliklə bağlı şikayətləri azaldır, çünki ürəyə yükü azaldır.
İstirahət edin.
Yorğun bədən yorğun ürək deməkdir. Gün ərzində istirahət etmək üçün vaxt ayırın. Mümkünsə gün ərzində ən azı 1 saat yatın.
Daha az və tez-tez yeyin.
Mədənin həddən artıq doldurulması həm həzm sisteminə, həm də ürəyə mənfi təsir göstərir. Yeməkləri bölmək və az-az istehlak etmək vacibdir. Lif və suyun istehlakı bağırsaq hərəkətlərini artırır, qəbizliyin qarşısını alır.
Duzlu yeməklərdən çəkinin.
Xüsusilə xroniki ürək çatışmazlığı olan xəstələrdə bədənin maye balansını qorumaq vacibdir. Həddindən artıq duzlu yemək xüsusilə də ağciyərlərdə və ayaqlarda artıq mayenin yığılmasına səbəb olur.
Tərkibində çox duz olan qidalar:
Kolbasa, ketçup, mayonez və hazır salatlar, hazır şorba, ədviyyat qarışıqları, pitsa, hamburger, hazır makaron, duzlu fıstıq və s.
Yemək bişirərkən az miqdarda duz əlavə olunmalıdır.
Siqareti tərgidin.
Siqaret qanda oksigenin miqdarını azaldır, damarların daxili səthini pozur, onların sərtliyinə və tıxanmasına səbəb olur. Siqareti tərk etmək ürək xəstəliyi ilə əlaqəli ağırlaşmaları azaldır.
Kofein və spirtli içkilərə diqqət edin.
Xroniki alkoqol qəbulu ürək əzələlərinin zəifləməsinə səbəb olur. Buna görə də ürək xəstələrində spirtli içkinin məhdudlaşdırılması vacibdir. Kofeinin həddindən artıq istehlakı ürək ritmi problemlərinə və yüksək təzyiqə səbəb ola biləcəyindən gündə 2 stəkandan çox çay, qəhvə və ya kola içmək olmaz.
Qrip və pnevmoniyaya qarşı tədbirlər alın, peyvənd etdirin.
Xroniki ürək xəstələri üçün mövcud qaydalarda qrip və pnevmoniyaya qarşı peyvənd tövsiyə olunur. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1187   Tarix: 10 may 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dirilik suyu – Şalğam: Min dərdə dəva olan sehirli içkinin əvəzsiz faydaları

Şalqam suyu adlanan alkoqolsuz ferment içki qardaş ölkə Türkiyəyə aiddir. xəbər verir ki, Türkiyənin cənub bölgələrində kəşf olunan şalgam suyu maraqlı ləzzəti və özünəxas dadıyla hərkəsin diqqətini cəlb edir. Şalğam suy

.

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin həm daxili, həm də qabıqları ilə sağlamlıq üçün çox faydalı bir meyvədir. Qabıqlarından hazırlanan xoş ətirli çay, tərkibindəki yüksək C vitamini sayəsində bədəni xəstəliklərə qarşı qoruyur, həzm sistemini tənzimləyi

.

Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır

Bəzi gündəlik vərdişlər, xüsusilə yatmazdan əvvəl edilənlər, uzun müddətdə böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, zərərsiz görünən bəzi davranışlar böyrəklər

.

Göz sağlamlığı üçün vitaminlər həqiqətən faydalıdırmı?

Adətən düşünürük ki, gözlər üçün vitaminlər ekran yorğunluğuna qarşı tez bir həll və ciddi problemlərin profilaktikasıdır. Amma onların həqiqətən görməyə təsir edib-etmədiyini araşdıraq. bu vitaminlərlə bağlı məlumatlar

.

Bu testdən keçməyən yumurtanı əsla yeməyin

Aldığınız yumurtanın nə dərəcədə təzə olduğunu anlamaq hər zaman asan olmaya bilər. Evdə tətbiq edə biləcəyiniz bir neçə test sayəsində bayat yumurtaları asanlıqla aşkar edib, potensial zəhərlənmə riskindən xilas ola bilərsiniz

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz

Arıqlamaq, artıq çəkidən xilas olmaq üçün saatlarla idman zalında vaxt keçirmək əlbəttə ki, pis deyil. Amma bəzi halda bu da sizə kömək etmir. Kişilər arıqlamaq üçün bir neçə vərdişlərini də unutmalıdır. 1. Yedikləriniz

.

Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR

Xorultu bir çox insanın qarşılaşdığı narahat edici problemlərdən biridir.  xəbər verir ki, bu hal təkcə yuxu keyfiyyətini aşağı salmır, həm də ailə üzvlərinin rahatlığını poza bilir. Mütəxəssislər bildirir ki, bəzi məhsulları

.

Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur

Axşam yeməyində nə yediyiniz qədər, onu hansı saat aralığında istehlak etdiyiniz də böyük önəm daşıyır. Şam yeməyinin vaxtı qidaların bədənimizə göstərdiyi sağlamlıq təsirlərini müəyyən edir. Mütəxəssislər ideal saat aralıqların

turlar.az

reseptler kosmetik vasiteler sac duzumleri zərdəçal paltar modelleri öd daşı qarağatın faydaları kosmetika azerb clpaq qadinlari irem derici usaq geyimleri bir arzum var video