Ürəyi yayın istisindən qorumağın yolları

Ürəyi yayın istisindən qorumağın yollarıHəddindən artıq isti hava ürək-damar xəstəlikləri olan insanlarda su və elektrolit balansının pozulması, infarkt və laxtalanma riskini artıra bilər.
Yay aylarında temperaturun artması ilə ürək-damar problemlərindən ölüm halları da artır. Çünki isti havalarda orqanizmin temperatur tarazlığını qorumaq üçün ürək, ağciyər və böyrəklər daha çox işləməli olur. Bu, xüsusilə ürək xəstələri üçün böyük risk yaradır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki,  Prof. Dr. Cengiz Köksal həddindən artıq isti havalarda orqanizmin özünü sərinlətmək üçün daha çox çalışdığını və bunun ürəyə ciddi yük olduğunu bildirib.
"İsti havalarda damarlar genişlənir, qan təzyiqi aşağı düşür və ürək təzyiqi tarazlaşdırmaq üçün daha çox işləməli olur. Bundan əlavə, həddindən artıq tərləmə bədənin su itkisinə səbəb olur ki, bu da ürəyin iş yükünü iki dəfə artırır.
Ürək problemi olanlar, ürək əməliyyatı keçirənlər, ürək dərmanlarından istifadə edənlər və 65 yaşdan yuxarı şəxslər risk altındadır", - deyə professor qeyd edib.
Prof. Dr. Köksal ürək xəstələrinə isti havalarda maye istehlakına diqqət etməyi məsləhət görüb:
"İsti havalarda mütləq daha çox maye qəbul etməlisiniz. Qan təzyiqi və ürək çatışmazlığı olan xəstələrə duz məhdudiyyəti tətbiq edilir. Bu xəstələr qazlı içkilərdən, turşudan və bu tip tərkibində həddindən artıq duz olan qidalardan istifadə etməməlidirlər".
Həkim əlavə edib ki, bununla belə, təzyiqi daim aşağı olanlar, ağızda quruluq və ayaqlarında sancılar hiss edənlər bir az duz qəbul edə bilərlər.
"Bundan başqa, sidikqovucu dərmanlardan istifadə edən xəstələrə həddindən artıq kalium itkisinin qarşısını almaq üçün gündə bir banan və ya bir neçə ədəd ərik yemək tövsiyə olunur", - deyə professor vurğulayıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1790   Tarix: 05 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

qaşların formalari yay kolleksiyasi toy gecesi arıqlamaq maraqli sekiller cantalar 2026 kökəlmə sirləri kosmetika baldiz gozde olar qardasa aid haxistalar heyati qiz evi