Uşağın cinsiyyətini necə planlaşdırmaq olar

Uşağın cinsiyyətini necə planlaşdırmaq olarGələcək valideynlər çox vaxt körpənin cinsiyyətinin əvvəlcədən planlanmasını istəyirlər. Bu məsələ hələ də aktual olaraq qalır.Amma bunu da bilmək lazımdır ki,gələcək körpənin cinsinin əvvəlcədən müəyyənləşdirilməsinin 100%-li metodu yoxdur.
Bəzi metodlar var ki,bunlar kömək edir. Ardını oxuyaq...
Qeyd etmək lazımdır ki, cinsiyyət tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edilir, qadının isə bu işdə heç bir rolu yoxdur.
Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.
İnsanın əmələ gəlməsi kişidə və qadında cütlər halında yer alan bu xromosomların bir dənəsinin birləşməsi ilə başlayır. Qadında yumurtalığın mayalanması zamanı iki yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişidə ikiyə ayrılan hüceyrə isə X və Y xromosomlarını daşıyan iki fərqli sperma yaradır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən sperma ilə birləşərsə, doğulan uşaq qız olur. Əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə, bu dəfə uşaq oğlan olur. Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosomlardan hansının qadının yumurtası ilə birləşməsindən asılı olaraq müəyyən olunur.

Şübhəsiz ki, genetika elmi ortaya çıxanadək, yə'ni XX əsrə qədər bu məsələlərin heç biri insanlara təfərrüatı ilə məlum deyildi. Bir çox ölkələrdə, bir çox xalqlar arasında hətta belə bir yanlış inanc geniş yayılmışdı ki, uşağın cinsiyyətini guya qadın müəyyən edir, yəni körpənin qız yaxud oğlan olması guya anadan asılıdır. Qız uşağı doğan qadınların qınanması, onların bəzən incidilməsi və alçaldılması məhz bu yanlış təsəvvürlərdən irəli gəlirdi.
Halbuki Quranda insanlara genlərin kəşfindən hələ 14 əsr əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu bildirilmişdir.
X xromosomu qız, Y xromosomu isə oğlan xüsusiyyətləri daşıyır. Ana yumurtasında ancaq qız cinsiyyətini müəyyənləşdirən X xromosomu olur. Atadan gələn spermada isə həm X, həm də Y xromosomu gəzdirən spermalar olur. Dolayısı ilə uşağın cinsiyyəti ananın yumurtasını mayalandıran spermanın X və ya Y xromosomu gəzdirməsindən asılıdır.
Günümüzdə gələcək körpənin cinsiyyətinin əvvəlcədən planlaşdırılması üçün bir neçə metod vardır. Bəziləri yumurtlama dövrü ilə, döllənmə dövrünü hesablamaqla, bəziləri xüsusi pəhriz saxlamaqla, bəziləri bədən hərarətini ölçməklə və.s metodlardan istifadə edərək istədikləri cinsdə körpəyə sahib olmağa çalışırlar. Ancaq yenə də bilməlisiniz ki,körpənin cinsinin əvvəlcədən müəyyən edilməsinin dəqiq zəmanəti yoxdur.

Yumurtlama dövrünə görə hesablama

Orta hesabla qadınlarda yumurtlama dövrü sonuncu menstruasiya (aybaşı) günündən sonra 12-16-cı günlərdə olur.
Təxminən menstruasiya dövrünün 14-cü günündə toxum hüceyrəsi yetkinləşir və mayalanmaya hazır olur. O yumurtalıqdan çıxır və uşaqlıq yoluna (fallopian yoluna) düşür orada isə 24 saata qədər həyat qabiliyyətini qoruyur; əgər mayalanma baş verməsə toxum hüceyrəsi məhv olur və növbəti mensturasiyada uşaqlıq ifrazatı ilə xaric olur.
Orqazm zamanı kişi qadının uşaqlıq yoluna 200-400 mln spermazoid ifraz edir. Spermanın çox hissəsi geriyə axır, spermazoidin qadın orqanizmində qalan hissəsi hədəfə çatmır, lakin onun bir qismi uşaqlıq yolu ilə uşaqlıq boşluğuna və oradan da fallopian yollarından birinə daxil olur. Burada spermatazoidlər 48 saat ərzində həyat qabiliyyətini qoruya bilirlər.
Qadınlarda yumurtlama dövrünü müəyyən edən müxtəlif yollar vardır: Bədən temperaturunu təqib etməklə, UZİ vasitəsilə yumurtalıqlara baxılması yolu ilə, Luteinize Edici Hormon (LH) yüksəlməsini müəyyən edən testlər yolu ilə.
Aybaşılar arasındakı müddət orta hesabla 28 gündür.Yumurtlama dövrünün ilk 14 günündə bədən temperaturu 36-37 dərəcədir. Yumurtlama zamanından sonrakı günlərdə isə beden temperaturu 37 dərəcədən artıq olar.

Hesab olunur ki,oğlan uşağı istəyən cütlər yumurtlama gününə yaxın və yumurtlama günlərində cinsi əlaqəyə girməlidirlər. Qız uşağı istəyənlər isə yumurtlama günündən 3-4 gün əvvəl cinsi əlaqədə olmalıdırlar.

Oğlan uşağı istəyənlər potasium və sodiumla zəngin qidalar (banan, quru lobya, noxud, mərcimək, ərik, ananas, qırmızı və ağ ət və.s), qız uşağı istəyənlər isə kalsium və maqneziumla zəngin qidalar (süd və süd məhsulları, yumurta, kartof, xəmir məmulatları, südlü şirniyyatlar və.s) yeməlidirlər.

Ailə və Uşaq     Baxılıb: 7134   Tarix: 10 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

turlar.az

həkim məsləhəti adlarin menasi qadin dunyasi qadın psixologiyası oxsamalar günay musayeva əkizlər bürcü kosmetika maraqli hakistalar kahfe kali kahfe fali vətən haqqında atalar sözləri ginekoloq