Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsinDüzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev açıqlayıb.
Onun sözlərinə görə, düzgün oturuş zamanı 3 ədəd 90 dərəcə qaydasına riayət edilməlidir: Dirsəklər masa üzərində olduqda dirsək oynağı, çanaq-bel bucağı və diz oynaqları təxminən 90 dərəcə bükülməlidir. Uşağın ayaq altları tam olaraq yerə və ya xüsusi dayağa dəyməli, havada qalmamalıdır. Bel hissəsi stulun arxalığına söykənməli, kitab və ya dəftərlə göz arasında 30-35 sm məsafə saxlanılmalıdır.
İ. Şıxbabayev qeyd edib ki, valideynlər uşağın oturuşunda tez-tez edilən bir neçə səhvə diqqət yetirməlidirlər: Uşağın ayaqlarını altına qatlayaraq oturması çanaq balansını pozur və qan dövranını çətinləşdirir. Çənəni ələ söykəyib bir tərəfə əyilmək onurğanın yan tərəfə əyilməsinə (skolioz) yol açır. Yazı yazarkən masa üzərinə həddindən artıq yatmaq boyun əzələlərinə gərginlik salır, göz zəifləməsinə və "qozbel"liyə səbəb olur. Son olaraq, uşağın boyuna uyğun gəlməyən böyük masa və stul istifadəsi də qamətin pozulmasının əsas səbəblərindəndir; uşağın ayaqları yerə çatmırsa, mütləq altlıqdan istifadə edilməlidir. Həmçinin, evdə uşaqlar uzun müddət masa arxasında oturub dərs oxuyurlarsa, mütləq şəkildə hər 40-50 dəqiqədən sonra 15-20 dəqiqəlik fasilə verməsi məsləhətdir.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Xəbərlər     Baxılıb: 1023   Tarix: 09 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

geyim şəkilləri toy makiyaji sekilleri kosmetoloq 2026 hicab geyimləri saca xina qoymaq qaydasi royanin oglu sifahi xalq ədəbiyyatı kosmetika mikayıl abdullayev bedii edebiyyat bakire sağlamlığa aid atalar sözləri maraqli hakistalar