Uşaq ağlayanda nə etmək lazımdır?

Uşaq ağlayanda nə etmək lazımdır?"Uşaqlar müxtəlif səbəblərdən ağlaya bilərlər. Onları sakitləşdirmək üçün ilk növbədə bunun nədən irəli gəldiyini bilmək lazımdır. Əvvəllər belə hesab olunurdu ki, uzunmüddətli ağlama uşağın səhhəti üçün ziyanlı deyil. Müasir pediatriyada bu fikir doğru hesab edilmir".
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı, tibb üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova açıqlayıb. Həkim bildirib ki, uzunmüddətli ağlama uşağın sinir sisteminə mənfi təsir edir, onun normal inkişafına mane olur, hətta gələcəkdə xasiyyətin formalaşmasına təsir göstərir. Tədqiqatçılar hesab edirlər ki, əgər körpənin ağlamağına daimi olaraq reaksiya verilmirsə, daha sonra belə körpələrdən laqeyd, başqalarının hisslərinə əhəmiyyət verməyən, həyata və ətrafdakılara çətinliklə uyğunlaşan nəsil formalaşır.
Pediatr deyib ki, körpənin uzunmüddətli ağlamağı onun tək sinir sisteminə deyil, tənəffüs sisteminə də mənfi təsir edir: "Uzunmüddətli ağlama zamanı ağciyərlərin ventilyasiya prosesi, yəni oksigenlə təchiz olunması pozulur. Sağlam körpə səbəbsiz ağlamır. Ağlamağın səbəbi müxtəlif ola bilər: körpə ac ola bilər; köp onu narahat edər, bezi nəm və çirkli ola bilər, dərisində problemlər yaranması ona diskomfort verər, yaxud körpə soyuq və ya istidən əziyyət çəkə bilər, lakin yuxuya gedə bilmədiyinə görə narahat olar. Bundan əlavə ananın əhval-ruhiyyəsi, gərgin və əsəbi olması və s. uşağa mənfi təsir edər və uşaq bu səbəbdən özünü narahat hiss edərək ağlaya bilər".
Həkimin sözlərinə görə, südəmər uşağa kömək etmək üçün onun niyə ağladığını bilmək, həmçinin belə halda ananın nə etməli olduğunu başa salmaq lazımdır: "Körpə ağladıqda ana buna dərhal reaksiya verməli, uşağı qucağına almalı, bezini dəyişməli, dərinin vəziyyətinə fikir verməlidir. Uşağı köp narahat edirsə, onu masaj etmək, körpəni qarnı üzərinə qoymaq lazımdır. Ağlama səbəbindən asılı olmayaraq südvermə körpəni sakitləşmək və yuxuya getmək üçün ən yaxşı vasitədir. Bəzi uşaqları çimizdirmək onları çox yaxşı sakitləşdirir. Əgər göstərilən bütün cəhdlərə baxmayaraq, körpə ağlamağa davam edirsə, pediatrla məsləhətləşmək lazımdır.
Uşağın nədən ağlamasını və ona necə yardım etmək lazım gəldiyini bilmədən ana tez onu qucağına götürür və yırğalayır. Uşaq anasının qucağında sakitləşir, lakin onun ağlamasına səbəbi aradan qaldırılmadığı üçün çarpayısına qoyan kimi təzədən ağlamağa başlayır. Anasının onu daim qucaqda yırğalaması uşağın xoşuna gəlir. Lakin anası onu qucağa az götürdükdə və pal-paltarını, əskilərini dəyişib təzədən yerinə qoyduqda da özünü yaxşı hiss edir, burada o gününü yaxşı keçirir. Bundan başqa uşaq üçün çarpayı daha rahatdır, çünki o burada sərbəst surətdə əl-qolunu oynada bilir. Aydındır ki, uşaq öz çarpayısında olanda ana üçün də rahatdır. Uşaq ağlayanda çox hirslənibsə, əvvəlcə ağlamağın səbəbini aradan qaldırmaq, onu mehriban səslə sakitləşdirmək, yaxud qucağa götürmək, sakitləşdikdə isə təzədən yerinə qoymaq lazımdır. Birinci gündən uşaqla bu cür rəftar edilsə, sonralar o özünü sakit aparacaqdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1390   Tarix: 22 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

makiyaj instagram aksessuarlar sade makiyaj sekilleri displaziya qargidali yaginin faydalari qurd xəstəlikləri dəridə ləklər kosmetika intim munasibetler uşaq şeirləri kökəlmək üçün suni mayalanma buga burcu