UŞAQ TƏRBİYƏSİNDƏ 15 QIZIL QAYDA

UŞAQ TƏRBİYƏSİNDƏ 15 QIZIL QAYDAUşağın tərbiyəsi hövsələ, sevgi, müəyyən güc tələb edən kifayət qədər mürəkkəb və uzunsürən prosesdir. Amma tərbiyə zamanı valideynlər sonradan düzəlməyən nəticələrə gətirən bir çox səhvlərə yol verirlər. Tərbiyə prosesini düzgün təşkil etmək üçün uşaq psixoloqları tərəfindən tətbiq olunmuş prinsiplər var.

1. Uşağı şərtsiz qəbul etmək lazımdır. Yəni onu gözəl, bacarıqlı, ağıllı, köməkçi olduğuna görə deyil, sadəcə var olduğu üçün sevmək lazımdır.

2. Əgər uşaq sizdən xahiş etmirsə, onun gördüyü işə qarışmayın. Bununla siz ona bildirmiş olursunuz ki, "sən bacaracaqsan!".

3. Əgər uşaq çətinlik çəkirsə və köməyinizi qəbul etməyə hazırdırsa, ona mütləq yardım edin. Bu zaman yalnız onun bacarmadığını edin, digər işləri ona buraxın.

4. Bu gün sizinlə birgə etdiklərini sabah təkbaşına edəcək.

5. Tədricən üzərinizdən uşağınızın şəxsi işlərini götürüb, ona ötürün.

6. Uşağın şəxsiyyəti və bacarıqları yalnız onun sevdiyi və məşğul olduğu istiqamətdə inkişaf edir.

7. "Uşağı vurmaq olar", – deyə heç bir vəziyyət mövcud deyil.

8. Uşağı yalnız ayrı-ayrı hərəkətlərinə görə danlamaq olar. Onu hisslərinə və istəklərinə görə muhakimə etmək olmaz!

9. Gün ərzində uşağınızı bir neçə dəfə qucaqlayın. 4 dəfə qucaqlaşmaq hər kəs üçün vacibdir. Yaxşı əhval üçün isə gün ərzində 8 dəfə qucaqlaşmaq lazımdır. Və bu, yalnız uşaqlar üçün yox, böyüklər üçün də yaxşı olardı.

10. Uşaqla birgə bir neçə məşğuliyyət, ev işi və ya adət düşünün, hansı ki, sevinc zonası yaradacaq.

11. Ən yaxşı cəza – uşağı incitmək yox, onun istəyini yerinə yetirməməkdir.

12. Uşaqlara böyüklərə nisbətən daha çox hərəkət etmək, irəli getmək, yeniliklərlə tanış olmaq gərəkdir. Odur ki, onlara çox şeyi qadağan etmək gur axan çayın qarşısını almaq istəyinə bənzəyir. Bu isə qeyri-mümkündür. Daha yaxı olar ki, siz ona düzgün və təhlükəsiz halda məcraya düşməsi üçün yol göstərəsiniz.

13. Uşaqlara nizam-intizam və ədəb-ərkan nəinki lazımdır, hətta onlar bunu istəyir və gözləyirlər. Bu, onların həyatını daha aydın və təhlükəsiz edir.

14. Sizin istiliyinizi duyması üçün uşağın tələbatlarını anlamaq lazımdır.

15. Uşağınızda nə isə dəyişmək istəyən zamanı düşünün: bəlkə bu dəyişiklikləri ilk növbədə özünüzdə gerçəkləşdirəsiniz?!
gencaile.az

Xəbərlər     Baxılıb: 1779   Tarix: 10 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

turlar.az

qadin sayti hamiləlik sac duzumleri meyvələrin faydası qaraciyər böyürtkənin faydaları dadlı yemək kosmetika ziyafet geyimleri azerbaycanli is adami amerikada gullelendi vətən haqqında bayatılar rus dilini öyrənək bayati