Uşaq xəstələnəndə onu zorla yedirtmək lazımdırmı? - Həkimdən tövsiyələr

Uşaq xəstələnəndə onu zorla yedirtmək lazımdırmı? - Həkimdən tövsiyələr"Soyuq mövsümdə uşaqlar tez-tez kəskin respirator virus infeksiyalarına (KRVX) yoluxurlar. Soyuqdəymə dövründə uşağın qidalanması az və ya çox dərəcədə dəyişə bilər".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı pediatr, uşaq qastroenteroloqu Anastasiya Lyutova məlumat verib.
O bildirib ki, xəstəlik zamanı qida rasionuna yeni məhsullar əlavə etmək lazım deyil.
"Xəstə uşağı kiçik porsiyalarla yedizdirmək, qidalanma sayını artırmaq daha yaxşıdır. Valideyn körpənin vəziyyətini yüngülləşdirmək üçün onun yaşına uyğun, lakin asanlıqla çeynənən və tez həzm olunan yeməklər hazırlaya bilər ", - deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, xəstəliyin ilk günlərində şirniyyat və çörək məmulatlarını məhdudlaşdırmaq daha yaxşıdır, çünki onlar qaz əmələ gəlməsini artıra və bəzi hallarda ürəkbulanma, hətta qusma kimi xoşagəlməz simptomlara səbəb ola bilər.
"Həmçinin, çox şəkər və stabilizator tərkibli paketlənmiş şirələri, konservləşdirilmiş kompotları istisna etmək lazımdır, çünki bunlar mədə-bağırsaq traktının selikli qişasının daha çox qıcıqlanmasına səbəb ola bilər. Qrip, KRVX zamanı pediatr süd və bitki məhsullarının üstünlük təşkil etdiyi qidalanma təyin edə bilər, çünki onlar vitaminlərlə, minerallarla zəngindir. Həmçinin bol maye qəbulu faydalıdır, bunun üçün isti və ya ilıq çay, quşüzümü və ya mərsin şirəsi, itburnu həlimi, qələvi mineral suyu seçmək olar", - deyə qastroenteroloq qeyd edib.
Lyutova onu da vurğulayıb ki, əgər uşaq, məsələn, yüksək hərarət zamanı yeməkdən imtina edirsə, təkid etmək lazım deyil, xəstəlik zamanı iştahanın olmaması və ya azalması tez-tez rast gəlinən haldır.
"Bu vəziyyətin uzanmamasına nəzarət etmək lazımdır. Xəstəliyin kəskin dövründə uşağa maye içirtməyə üstünlük vermək daha yaxşıdır, bunun üçün su, şəkərsiz alma kompostu, düyü həlimi, zəif qara çay uyğundur. Artıq sağalma dövründə isə körpə yaxşılaşmağa başlayanda qidalanma mühüm rol oynayır. Gücü bərpa etmək üçün qida yaxşı həzm olunmalı, enerji ilə zəngin olmalı, mineral maddələr və vitaminlər tərkibli olmalıdır", - deyə pediatr izah edib.
Həkim qeyd edib ki, KRVX zamanı immuniteti möhkəmləndirməyə həkim tərəfindən vaxtında və düzgün təyin edilmiş müalicə (antiviral preparatlar, probiotiklər və ya simbiotiklər, absorbentlər) kömək edir, valideynlər heç bir halda uşağa dərman preparatlarını özləri seçməməlidirlər.
"Respirator xəstəlikdən sonra ümumi möhkəmləndirici terapiya kimi həkim tərəfindən üç yaşdan yuxarı uşaqlara polivitamin kompleksləri, bu yaşa qədər isə "D" vitamini məhlulu təyin edilə bilər. Pəhriz uşaq orqanizminin qida maddələrinə olan yaş tələbatına uyğun olaraq balanslaşdırılmış təyin edilir. Həmçinin gün rejiminə riayət etmək, təmiz havada vaxt keçirmək və xəstə insanlarla təmasları məhdudlaşdırmağa çalışmaq vacibdir", - deyə Lyutova sözlərini yekunlaşdırıb.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1475   Tarix: 11 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geymler 2026 donlar 2026 sade makiyaj sekilleri donlar maraqlı faktlar parket döşəmələr elza seyidcahan kosmetika novruz hakistalari haxisdalar hakışda bayati azerbaycan