Uşaqda xərçəng xəstəliyindən necə şübhələnmək olar? Simptomlar

Uşaqda xərçəng xəstəliyindən necə şübhələnmək olar? SimptomlarXoşbəxtlikdən uşaqlarda bədxassəli şişlər həddən artıq az hallarda təsadüf edilir. Buna baxmayaraq valideynlərin, hər ehtimala qarşı, bu xəstəliklərin əsas əlamətlərini bilmələri vacib hesab edilir.
Məlumdur ki, xərçəng xəstəliyıni onun ilkin mərhələlərində müalicə etmək asan olur.
Uşaq orqanizminin özünü bərpa etmək xüsusiyyəti böyüklərə nisbətən daha yüksək olur. Buna görə də bütün dünya həkimləri belə bir yekdil fikir irəli sürürlər ki, uşaqlarda xərçəng xəstəliyi ilkin mərhələlərdə aşkar edilərsə, müasir tibbin imkanlarından istifadə etməklə onu tam şəkildə sağaltmaq olar.
Saglamolun.az bildirir ki, uşaq onkoloqlarının fikrinə görə valideynləri onkoloji xəstəliklər barəsində məlumatlı və öz uşaqlarının sağlamlığına qarşı diqqətli olmaları, uşaqlarda bədxassəli şişlərin ilkin diaqnostikası üçün böyük rol oynayır.
Bütün bədxassəli şişlər üçün aşağıdakı əlamətlər xarakterik hesab edilir:
- iştahanın pisləşməsi və arıqlama,
- dərinin avazıması,
- səbəbsiz olaraq hərarətin yüksəlməsi,
- uşağın adi davranışındakı dəyişikliklər (adi halda olduğundan daha tez yorulması, hətta öz sevimli oyunlarını belə yaddan çıxarmaları, daha şıltaq olmaları və s.).
Əlbəttə ki, bütün bu əlamətlər digər xəstəliklər üçün də xarakterik hesab edilir. Təəssüflər olsun ki, məhz buna görə onkoloji xəstəliklərin ola bilməsi barədə şübhə həkim-pediatrlar tərəfindən çox gec dəyərləndirilir. Buna qədər isə artıq uzunmüddətli effektsiz müalicələr aparılmış, xeyli qiymətli vaxt itirilmiş olur.
Uşaqlarda (həmçinin böyüklərdə) bədxassəli şişlərin əmələgəlmə səbəbləri tibb elminə indiyə qədər hələ də məlum deyildir.
Uşaqlarda təsadüf edilən bədxassəli şişlər arasında birinci yeri leykoz (qan xərçəngi), ikinci yeri isə beyin şişləri tutur.
Baş beyinin şişləri
Əgər şiş baş beyinin vacib hesab edilən hissələrindən uzaqda yerləşmiş olarsa, bu, uzun müddət özünü heç bir əlamətlə büruzə verməyə bilər. Əksinə, şiş beyinin vacib hesab edilən hissələrinin yaxınlığında yerləşmiş olarsa, xəstəliyin əlamətləri xeyli tez nəzərə çarpır. Əvvəlcə bu, bütün şiş xəstəlikləri üçün xarakterik olan ümumi əlamətlərdən ibarət olur. Daha sonra əsasən səhərlər baş verən baş ağrıları başlayır. Ağrılar öskürərkən və başı aşağı əyərkən artmış olur. Baş ağrılarının olmasını əsasən daha böyük yaşlı uşaqlar qeyd edirlər. Lap azyaşlı uşaqlar isə bunu edə bilmədikləri üçün narahatlıq keçirir, tez-tez əlləri ilə başlarını tutur, üzlərini sürtürlər.
Baş beyinin şişlərinin digər xarakterik əlaməti, yenə də əsasən səhərlər baş verən səbəbsiz qusmadır. Görmənin pisləşməsi, normal addımlamağın pozulması, böyük yaşlı uşaqlarda yazı yazarkən xəttin dəyişilməsi kimi əlamətlər də baş beyin şişləri zamanı təsadüf edilən əlamətlər hesab edilir. Bəzi uşaqlarda qıcolmalar da baş verə bilər. Baş beyinin şişləri zamanı bəzi hallarda uşaqda boy artımı və cinsi inkişaf ləngiyə bildiyi kimi, arta da bilər.
Əlbəttə ki, yuxarıda sadalanan bütün əlamətlər digər xəstəliklərin olmasından da xəbər verə bilər. Ancaq hər bir belə halda neyrocərrahın məsləhətindən keçmək vacib hesab edilir.
Limfatik düyünlərin bədxassəli xəstəlikləri
Uşaqlarda təsadüf edilən onkoloji xəstəliklərin tezliyinə görə üçüncü yeri limfatik düyünlərin bədxassəli xəstəlikləri olan limfaqranulematoz və limfasarkoma təşkil edir.
Limfaqranulematoz zamanı əksər hallarda ilk öncə boyun limfa düyünləri zədələnir. Boyun limfa düyünləri bir çox uşaq xəstəlikləri zamanı da böyüdüyü üçün, bu bir çox hallarda nə həkimlərin, nə də valideynlərin həyəcanlanmasına səbəb olmur. Təbii olaraq bu zaman qızdırıcı prosedurlar və antibiotiklər təyin edilir. Bəzi hallarda təyin olunan bu müalicədən sonra limfa düyünləri müəyyən müddət ərzində kiçilmiş olur ki, bu da xəstəliyin diaqnostikasını çətinləşdirir. Bir müddət keçdikdən sonra limfa düyünləri yenidən böyüməyə başlayır, bir-biri ilə birləşir, uşaqda hərarətin səbəbsiz olaraq yüksəlmələri, xeyli tərləmə (xüsusən axşamlar) baş verir və uşaq arıqlamağa başlayır. Limfa düyünlərinin iltihab xəstəliklərindən fərqli olaraq, limfaqranulematoz zamanı böyümüş düyünlər onlara toxunan zaman tam ağrısız olur, həmçinin düyün olan nahiyənin dərisində yerli hərarətin artması müşahidə edilmir.
Limfa düyününün (və ya düyünlərin) böyüməsi, bu böyüməni əsaslandıra biləcək hər hansı bir xəstəlik (angina, kariyes, frunkullar və s.) üzündən baş verməzsə və bu hal 1 aydan çox müddət ərzində qalarsa, uşağı mütləq həkim-onkoloqa (şiş xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis) göstərmək lazımdır. Həkimin təyinatı üzrə böyümüş limfa düyünündən, ambulator şəraitində olmaqla, inyeksiya üçün olan adi iynə ilə punksiya edilir ki, bu da toxumada xərçəng hüceyrələrin olub-olmamasını təyin edir.
Limfasarkoma limfatik toxumalarda baş verir. Limfatik toxumalarda insan orqanizminin hər yerində mövcud olduğu üçün, limfasarkoma da istənilən orqan və toxumada inkişaf edə bilər. Limfasarkoma limfaqranulematoza görə daha sürətli gedişi ilə fərqlənir. Onu da qeyd etmək vacibdir ki, istənilən qızdırıcı proseduralar (xüsusi ilə fizioterapiya) limfasarkomanın gedişatına çox mənfi təsir edir. Onların təsiri nəticəsində şiş daha sürətlə böyüməyə başlayır. Bununla əlaqədar olaraq, diaqnoz tam dəqiqləşdirilmədiyi bütün hallarda, həkimlər böyümüş limfa düyünlərinin istənilən müalicəsinin aparılmasına icazə vermirlər.
Böyrək şişləri
Böyrək şişləri uşaqlarda, adətən, anadangəlmə olur. Təəssüf ki, onlara vaxtında diaqnoz qoyması bir çox hallarda ləngimiş olur. Bu zaman şişlər artıq böyük ölçülərə çataraq qarının böyüməsi, qarında şişin əllənməsi ilə asanlıqla müəyyən edilə bilir. Hətta bir çox valideynlər buna fikir verməyərək, bunu raxit, qara ciyər və ya dalağın böyüməsi kimi yozurlar. Buna görə də hər dəfə uşagı çimizdirərkən, ya geyindirərkən onun bədəninə diqqət yetirmək, qarnında hər hansı bir şişkinlik, bərkimə, qarnının böyüməsi və s. dəyişikliklər aşkar etdikdə tez bir zamanda həkimə müraciət etmək lazımdır.
Sonda, həmçinin onu da qeyd emək istərdik ki, istənilən yaş dövründə, istənilən orqanda bədxassəli şişin əmələ gəlməsi mümkündür. Xoşbəxtlikdən bu çox nadir hallarda baş verir. Valideynlərin bədxassəli şişlərin heç olmasa ümumi əlamətlərini bilmələri, onların vaxtında həkimə müraciət etməsinə və bununla da əksər hallarda uşaqlarının həyatını xilas etməsinə səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1234   Tarix: 27 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

qaşların formalari yay geyimləri 2026 sac duzumleri elaci aciq zedelenmeler yaralar sizanaqlara qarsi dəri və saç kosmetika irem derici bayatilar gunay novruz atalar sozleri