Uşaqlar üçün ziyanı olan əsas beş məhsul

Uşaqlar üçün ziyanı olan əsas beş məhsulUşağınızın qida rasionunda bir sıra ərzaq qruplarının daxil edilməsi çox önəmli və olduğu kimi müəyyən ərzaqlar da vardır ki, onların uşaqlara verilməsindən yayınmaq qəti şəkildə tövsiyyə olunur. Bu ərzaqlarla yaxından tanış olaq:
Şəkər
Şəkər immun sisteminin əsas zəiflədicisi olduğuna görə, şəkər immun stimullaşdırıcı (artırıcı) qida rasionuna daxıil edilməməlidir. Hətta 100 qram miqdarında şəkər immun sistemini 50%-dək zəiflətməkdədir. Amerika Klinik Qidalanma jurnalı hələ 1973-cü ildə şəkərdən istifadədən yarım saat sonra immun sistemini zəiflətmə effektinin yaranmasını və bu effektin beş saata qədər davam etməsini artıq məruzə etmişdi. Saxarozanın (ağ şəkər) istənilən qidalandırıcı maddələrdən məhrumdur.
Bundan əlavə, şəkərin həzmi üçün vacib qidalandırıcı maddələr tələb olunur ki, bu da uşağın orqanizmində olan qidalandırıcı elementlərin istehlakına səbəb olur. Şəkər müxtəlif gizli formada mövcud olduğundan savayı, həmçinin məxsusən uşaqlar üçün hazırlanmış hazır qida məhsullarının tərkibində var. Əksər uşaq ərzaq istehsalçıları qida məhsullarında şəkərdən istifadə edir.
Baby Organix tək bir uşaq ərzaq istehsalçısıdır ki, şəkərdən istifadə etmir. Körpəlik mərhələsindən hər hansı xüsusi istehsal olunmuş və satışda olan uşaq qidası adı ilə buraxılmış məhsullardan uzaq olmaq lazımdır. 2000-ci ilin may ayında çap olunmuş Ərzaq Komissiyasının hesabatı ilə 357 test edilmiş uşaq ərzaqlardan 57%-da yüksək səviyyədə şəkər aşkar olunub.
Yoqurt növlərinin əksəriyyətinin bir porsiyasında 5 çay qaşığı şəkər var. Mağazalarda məhsulların etiketini oxuduqda 1 çay qaşığı 4 qram şəkərə bərabə olduğunu unutmayın. Bunu bilərək, siz asanlıqla məhsulda neçə çay qaşığı şəkər olduğunu hesablaya bilərsiniz və bu daha düzgün məhsul seçiminizə təsir göstərəcək.

Gizli şəkər hansılardır?
Məhsullarının üzərindəki yazıları diqqətlə oxuyun: saxaroza, qlükoza, şəkər siropu, maltoza, dekstroza, laktoza, bal, qızıl siropu, qarğıdalı siropu, bəhməz, hidrolizə edilmiş nişasta, fruktoza, qatılaşdırılmış meyvə şirəsi.
Duz
Ərzaq Komissiyasının hesabatına görə 46% test olunan uşaq ərzaqlarının tərkibində duzun miqdarı normadan artıqdır. Əslində uşaq qidasına duzun əlavə edilməsi yolverilməzdir, lakin azyaşlı uşaqların əksəriyyətinə hələ çox balaca olduqları halda böyüklər üçün nəzərdə tutulan yeməyi verirlər. Uşaqlar tərkibində çox duz olan qızardılmış kartof, dadlı qəlyanaltılar, sosis və kolbasa, veçina, donuz əti və ya hisə verilmiş qidalardan istifadə etməməlidirlər.
Artıq duz onların böyrəklərə yük verir və sağlam immun sistemi üçün çox önəmli olan maqnezium kimi elementləri bədənin duz ilə savaşdığı zaman tamam ilə itirilmiş olur. Həddindən artıq duzdan istifadə gələcəkdə ürək-damar xəstəliklərinə səbəb bilər. Uşağın immun sisemini və onun sağlamlığını qorumaq üçün məhsulların üzərindəki tərkib yazılarına diqqətinizi yönəltməlisiniz.

Hidrogenasiyalaşdırılmış yağ
Hidrogenasiya prosesindən duru yağın kimyəvi quruluşuna təsir göstərərək onu maye halından bərk və ya yarım bərk hala-margarinə döndərmək üçün istifadə edilir. Bu proses yüksək temperatur və təziq altında həyata keçirildiyindən yağın strukturuna xələl gətirir və qida dəyərini məhv edir. Bu yağ növləri vacib yağ turşularının orqanizmdə metabolizminə mane olur.
Hidrogenasiyalaşdırılmış yağ yalnız marqarinin tərkibində deyil, həmçinin dükanlarda satılan qurabiyə (peçenya), biskvit məmulatları, krekerlər, piroq və digər qənnadı məmulatlarının tərkibində var.

Kaffein
Bir çox insan hesab edir ki, kaffein qəhvənin tərkibindəki mövcud olan arzuolunmaz maddələrdən biridir. Lakin bu maddə həmçinin qara və yaşıl çayda, qəhvədə, şokolad və şokolad içkiləri və Kola kimi qazlı içkilərinin tərkibində də var. Kaffein – güclü oyadıcıdır. O həm də, uşağın immun sistemi üçün vacib və lazımlı olan vacib maddələrin əldə edilməsinə mane olan güclü anti-qidalandırıcı maddədir. 1995-ci ildə aparılan Məktəbəqədər Uşaqlar üçün Pəhriz və Qidalanma sorğusuna görə dörd yaşına çatmamış uşaqların üçdə biri çay içir.
Əgər sizin yeniyetmə və hətta daha kiçik övladlarınız müəyyən formada kaffeinə istənilən formada aludə olubdursa, bəzi sadə dəyişikliklər etməyə çalışın. Qazlı kaffeinli içkiləri karbonatlı meyvə tərkibli içkilərə, çay və ya qəhvəni dekaffeinləşdirilmiş variantlarla əvəz etməyə çalışın və tədricən tamamən onları qidanızdan çıxarın. Adətən zərərli məhsulları alternativ sağlam maddələri əlavə etmək zərərlilərdən tamamən can qurtarmaq üçün daha asan və daha faydalıdır. Yeniyetmələr üçün müxtəlif növ meyvəli çaylar əldə etməyə çalışın. Qaynar qara qarağat çayı və zövqə görə əlavə edilmiş bal çox xoşdur. İsti yay günlərində 3 çay paketi qara qarağat götürün və yarım saat qaynar suda dəmliyib soyudun. Zövgə görə bal və xırdalanmış buz kubları əlavə edin.
Qida Əlavələri
Emal edilmiş məhsulların istifadəsindən yayınmaqla siz kimyəvi əlavələrin hücumundan uşağınızın bədənini xilas edəcəksiniz. Əlavələrə aiddir: boyalar, tamlaşdırıcılar, emulqatorlar, stabilizatorlar, qatlaşdırıcılar, süni şirinlədirici maddələr, konservantlar, dad gücləndiriciləri, qlazur agentləri və müxtəlif əlavələr. Onlar yeməyin yaxşı görünməsi üçün, xoş dadlı olması üçün və uzun müddət xarab olmaması üçün nəzərdə tutulmuş. Qanuni cəhətdən bizim yeməyimizə daxil edilə biləcək təxminən 400 növ əlavələr mövcuddur, lakin istifadə etdiyimiz ərzaqların tərkib siyahısında qeyd olunmayan 3500 növ maddələr daxil edilir .
Bu əlavələr uşağın immun sisteminə xüsusilə, əsas detoksifikasiya funksiyası daşıyan qara ciyər üçün əlavə narahatlığa və yükə səbəb ola bilər.
Xüsusən körpə və uşaqlar üçün nəzərdə tutulmuş hazır içkilər və qida məhsullarına qida əlavələri daxil edilməməlidir. Lakin, məhz bu ərzaq və içkilər qadağan edilmiş qida əlavələri ilə doludur. Bu məhsullara aiddir: dadlı qəlyanaltılara, qazlı içkilər, çipslər, puddinqlər, kolbasalar, balıq çubuqları, dondurma və konfet aiddir. Aşağıdakı məhsulların istifadəsini azaltmaqla və ya tamamən dayandırmaqla qida əlavələrinin zərərindən yayına bilərsiniz:

Kolbasa və sosis məmulatları.
Hazır şirələr və meyvə içkiləri.
Konservləşdirilmiş hazır məhsullardan çəkinin, çünki onların tərkibində saxlanma müddətini artırmaq üçün müxtəlif əlavələr mövcuddur.
Yarımfabrikat məhsullar.
Ərzaqları təbii halına daha yaxın formada yeyin. Məsələn, sobada bişmiş toyuq, toyuq naqqetlərindən qat-qat faydalıdır.
vib.az

Xəbərlər     Baxılıb: 1698   Tarix: 28 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

makiyaj instagram kosmetik vasiteler gözəllik məhsulları maraqlı faktlar qadin dunyasi az röya ayxan geyim dəbləri kosmetika eqreb insan usaq geyimleri sanamalar cinsi