Uşaqlara bu qidaları əsla verməyin, yoxsa... - Azərbaycanlı həkimdən koronavirus XƏBƏRDARLIĞI

Uşaqlara bu qidaları əsla verməyin, yoxsa... - Azərbaycanlı həkimdən koronavirus XƏBƏRDARLIĞITanınmış pediatr Gülşən Həsənova koronavirus da daxil olmaqla qrip və digər infeksiyaları hansı uşaqların daha ağır keçirdiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, həkim müsahibəsində uşaqları koronavirusdan qorumağın yolları və valideynlərin uşaqların tez-tez xəstələnməsinə yol açan əsas xətalarından söz açıb.
- Koronavirus riski altında olan kateqoriyaya hamilə qadınlar da daxildirmi?
- Hamilələrin virusa yoluxmaq riski digər şəxslərlə demək olar ki, eynidir. Türkiyədə müşahidə olunmuş hadisədən misal gətirəcəm. Qardaş ölkədə virusa yoluxmuş 9 hamilə qadın aşkar edilib, onlardan 4-də simptomlar doğuşdan əvvəl, 2-də doğuş günü, 3-də isə doğuşdan sonra aşkar edilib. Əsas simptomlar hərarət və öskürək olub, yalnız bir nəfərdə bununla yanaşı diariya müşahidə olunub.
Ümumiyyətlə COVID-19-un vertikal ötürülməsi hələ təsdiq olunmayıb. Şükürlər olsun ki, Azərbaycanda da hələ bu infeksiyaya yoluxan hamilə qadın və yeni doğulmuş aşkar edilməyib. Bu, ölkəmizdə koronavirus əleyhinə aparılan profilaktik tədbirlər, əhalinin maarifləndirilməsi və günü-gündən daha ciddi karantin rejiminin həyata keçirilməsi ilə bağlıdır. Dövlətimizin bu sahədə yürütdüyü siyasət təqdirəlayiqdir.
- Hamilə qadının bu infeksiyaya yoluxması dünyaya gələcək körpənin səhhətinə təsir edə bilərmi?
- Bəli, virus asanlıqla yeni doğulmuş körpəyə keçə bilər. Türkiyədə aşkar olunub ki, virusa yoluxan hamilə qadınların dünyaya gələn övladları da bu xəstəliyə yoluxub. Körpələrdə ciddi respirator pozğunluq simptomları üzə çıxıb. Biri isə vəfat edib.
- Karantin rejimində yeni doğulan körpələrin sağlamlığına nəzarət hansı səviyyədədir?
- Ölkəmizdə nəzarət yüksək səviyyədədir. Respirator və bağırsaq infeksiyaları əlamətləri olarsa, bu halda sahə həkimlərinə müraciət etmək tapşırılıb. COVID-19-dan şübhələndiyi halda xəstə 103-ə zəng edir, evindən çıxıb xəstəxanaya getmir. İnsanların xəstəxanalara gedişi məhdudlaşdırılıb. Yalnız iki kateqoriyaya daxil olanlara icazə verilir: cərrahi müdaxilələr və doğuş. Xəstəxanada bu iki kateqoriyaya üstünlük verildiyi və onlara daha əlverişli şərait yaradıldığı üçün övladını dünyaya gətirən ana da, körpə də tam nəzarət altında olur. Çünki onların xəstəxanaya daxil olan digər xəstələrlə kontaktı məhdudlaşır. Ana və körpələrə xüsusi nəzarət var. Yeni doğulmuşlardan daha çox yarımçıq və hər hansı patologiyalarla doğulmuş uşaqların koronavirusa tutulduğu halda ağırlaşma riski var.
Uşaqlara bu qidaları əsla verməyin, yoxsa... - Azərbaycanlı həkimdən koronavirus XƏBƏRDARLIĞI- Ümumiyyətlə körpəsi olan analar azyaşlı uşaqlarını bu infeksiyadan qorumaq üçün hansı tədbirləri görməlidir?
- Təbii ki, karantin rejiminin qaydalarına riayət etmək lazımdır. Əgər valideynlər uşağın hava almasını istəyirlərsə, yaxşı olardı ki, küçəyə yox, eyvana çıxarsınlar və digər insanlarla kontaktdan qaçsınlar.
Qaydalara mütləq riayət etməlisiniz. Çünki COVID-19 hava-damcı və kontakt infeksiyasıdır. Bu baxımdan övladlarınızın əllərini tez-tez sabunlamasına nəzarət edin, otağın havasını mütəmadi dəyişin, otaq temperaturunu 18-23 dərəcə edin. Otaq həddən artıq isti temperaturda olmamalıdır. Bu, virusların, onunla yanaşı bakterial infeksiyaların tənəffüs yollarında aktivləşməsi üçün çox əlverişli mühit yaradır. Bol maye qəbul etmələri məsləhətdir, çiy ət və digər heyvan məhsullarının yeyilməsindən qaçınmalıdır. Bir çox ana əti steyk şəklində yüngülvari qızardaraq uşağa yedirir. Məsləhətdir ki, çiy heyvan mənşəli məhsullar uşaq rasionundan kənarlaşdırılsın.
- Hiperaktiv uşaqların sağlamlığını nəzarətdə saxlamaq üçün nə tövsiyə edərdiniz?
- Məlum olduğu kimi, hiperaktiv uşaqlar bir dəqiqə belə yerində oturmur, fikirləri dağınıq olur, öz həmyaşıdları ilə ünsiyyət yaratmaqda çətinlik çəkirlər. Təbii ki, onların tərbiyəsi ilə məşğul olmaq, vaxt ayırmaq ana üçün çətinlik törədir. Amma çox aktiv uşaqla, hiperaktiv uşaq arasında böyük fərq var, onları qarışdırmaq olmaz. Hiperaktivlik beyin funksiyasında olan psixofizioloji pozğunluqdur və oğlan uşaqlarında daha çox rast gəlinir. Ən əsas əlamətləri də diqqətsizlik və yaddaş problemləridir. Belə uşaqlar çox səbrsiz, narahat, emosional və ağlağan olur, davranış qaydalarını çətin mənimsəyirlər. Odur ki, hiperaktiv uşaqların hərəkətinə nəzarət etmək analardan əlavə enerji və güc tələb edir. Koronavirusla bağlı olan karantin rejimində belə uşaqları evdə saxlamaq, onlarla düzgün davranmaq ana üçün həqiqətən də çətinlik yaradır. Hiperaktiv uşaqları olan analara səbrli olmağı arzu edir, anlayışlı davranmalarını məsləhət görürəm. Gəzinti və istirahətlə bağlı məhdudiyyətlər var deyə, həmin uşaqla yalnız evdə məşğul olmaq mümkündür. Problemin müvəqqəti həlli kimi oyuncaqlar və oyunlar oynamağı məsləhət görərdim. Yuxu rejiminə diqqət etmək lazımdır, ən azından 7-8 saatlıq sağlam yuxuları olmalıdır. Çünki sağlam yuxu belə uşaqların sakit olmasına kömək edən vacib üsuldur.
Hiperaktiv uşaqları gəzməyə çıxara bilməyən valideynlər onların başını qablaşdırılmış məhsullarla, konfet və şokoladlarla qatmağa çalışır. Uşaqlara tərkibində qida və müxtəlif qatqı maddələri olan şirniyyatların, ədviyyatlı və duzlu məhsulların verilməsini tövsiyə etmirəm. Çünki bu, onların hiperaktivliyini bir qədər də artırır və aqressiv olmalarına səbəb olur.
Uşaqlara bu qidaları əsla verməyin, yoxsa... - Azərbaycanlı həkimdən koronavirus XƏBƏRDARLIĞI- Yeri gəlmişkən, uşaqların qida rasionunda daha hansı dəyişiklikləri etmək zəruri və qaçılmazdır?
- Uşaqların qidalanmasına evdə xüsusilə diqqət yetirmək lazımdır. Həddən artıq oturaq həyat tərzi ilə bərabər karbohidrat qəbulu uşaqlarda piylənməyə, xüsusilə məktəb, eləcə də məktəb yaşından yuxarı uşaqlarda arterial təzyiqin qalxmasına, köklüyə, qanda şəkər səviyyəsinin yüksəlməsi və digər problemlərə yol aça bilər. Məlum məsələdir ki, gündəlik qəbul edilən karbohidratlar biz yalnız aktiv hərəkətdə olarkən yandırılır, parçalanır və beləliklə bədənimizdə piy şəklində toplanmasının qarşısını alırıq. Uşaq aktiv həyat fəaliyyəti keçirirsə, qaçır, oynayırsa, velosiped və digər idman alətlərindən istifadə edirsə, gəzintidə olursa, təbii ki, qəbul etdiyi karbohidratı gün ərzində yandıracaq, nəticədə piylənmədən əziyyət çəkməyəcək. Amma karantin rejimi ilə əlaqədar bunu nəzərə almaq lazımdır. Valideynlərdən xahiş edirəm ki, bu günlərdə uşaqlarını qənnadı və un məhsullarından uzaq tutsunlar, üstünlüyü ev xörəklərinə, meyvə-tərəvəzə versinlər. Un məmulatları uşaqların həm yuxu rejiminə təsir edir, həm də maddələr mübadiləsini pozur. Əks halda karantin rejimi bitdikdən sonra onları bu vəziyyətdən çıxarmaq üçün həkim müayinələrinə ehtiyac ola bilər.
- Sizcə, sosial təcrid uşaqların səhhətində hansısa fəsadlara yol açacaq? Bu fəsadların minimuna endirilməsi üçün nə tövsiyə edərdiniz?
- Deməzdim ki, hansısa fəsada yol açacaq. Çünki təcrid uzunmüddətli deyil. Hesab edirəm ki, bir neçə günlük olan karantin rejiminə səbrlə yanaşmaq lazımdır. Valideynlər uşaqları ilə daha səbrli davranmalıdır. Xüsusilə işləyən xanımların uşaqları ilə çox vaxt keçirə bilməsi üçün indi daha çox imkanları var, odur ki, bu imkandan faydalanmaq və onu düzgün dəyərləndirmək lazımdır. Uşaqlarınızla daha çox ünsiyyətdə olun, onların sıxıntı və problemləri ilə daha dərindən məşğul olun. Eyni zamanda yuxu və qidalanma rejimini nəzarətdə saxlayın.
Uşaqlara bu qidaları əsla verməyin, yoxsa... - Azərbaycanlı həkimdən koronavirus XƏBƏRDARLIĞIHətta böyük yaşlı və məktəbə qədər uşaqlara COVID-19-la bağlı dövlətimizin həyata keçirdiyi karantin tədbirlərini izah etməyi və bu barədə məlumatlandırmağı zəruri hesab edirəm. Fəsadların aza endirilməsi yalnız valideynlərin üzərinə düşən vəzifədir. Onların səbrli davranışı və uşaqları ilə düzgün ünsiyyətdə olması karantin günlərində ən vacib qaydalardan biridir.
- Bəs hiperaktiv uşaqlar koronavirus infeksiyasının yayılmasında aktiv rol oynaya bilirlərmi?
- Aktiv rol oynadıqlarını demək olmaz, dövlət tərəfindən karantin rejimi elan edilib və evdən çıxmamaq məsləhət görülür. Valideynlər özlərindən çox uşaqlarını düşünür, onların sağlamlığına daha həssas yanaşırlar. Əyləncə məkanları, ticarət mərkəzləri, məktəblər və bağçalar bağlıdırsa, təbii ki, valideyn uşağı evdən kənara çıxarmayacaq. O, yalnız başqa uşaqlarla ünsiyyətdə olarsa və oynayarsa virusun yayılması təhlükəsini artırmış olur. Dolayısı ilə hazırkı vəziyyətdə evdə dincələn hiperaktiv uşaqların virusun yayılmasında heç bir aktivliyi yoxdur.
- Oyuncaqların dezinfeksiyası nə dərəcədə önəmlidir?
- Ümumiyyətlə, istər koronavirus olsun, istərsə də olmasın, körpə olan hər bir evdə oyuncaqların dezinfeksiyasının aparılması vacibdir. Onların bir neçə növü var. Bilirik ki, uşaqların daha çox sevdiyi yumşaq oyuncaqlardır. Hər bir yumşaq oyuncağın öz etiketində yuyulma qaydası qeyd olunur. Odur ki, onları vaxtlı-vaxtında yumağı unutmayın. Yaxşı olardı ki, yumşaq oyuncaqlar 30-dan yüksək dərəcədə yuyulmasın, çünki keyfiyyəti aşağı düşür. Amma bəzi oyuncaqlara yapışan toz gənələri 60 dərəcədə yuyulduqda məhv olur. Odur ki, keyfiyyətli oyuncaqlar alınmalıdır.
Bundan başqa oyuncaqların soyuducuda dezinfeksiyası mümkündür. Mənfi 10 dərəcəlik soyuducuda oyuncaqları bir neçə gün saxlamaqla mikrobların ölməsinə nail ola bilərik. Əgər soyuducunun temperaturu mənfi 10 dərəcədən yüksəkdirsə, bir neçə saat saxlamaq kifayət edir. Onu da unutmayın ki, körpəniz 3 yaşından aşağıdırsa, müxtəlif kimyəvi yuyucu məhlulların istifadəsi yolverilməzdir.
- Koronavirusa yoluxan uşağın müalicəsi böyüklərin müalicəsindən nə ilə seçilir?
- Statistik məlumatlara əsasən dünyada koronavirusa yoluxmuş uşaqlar çox azdır. Olsa da, bunlar çox yüngül respirator simptomlarla özünü büruzə verir. Virus əleyhinə preparatların, venadaxili infuziyaların, bol maye qəbulu nəticəsində vəziyyətdən çıxış yolu tapmaq olur. Amma böyüklər, xüsusilə yaşlı insanlar daha ağır keçirdiyi üçün təbii ki, müalicə üsulları fərqlidir. Onlara tətbiq edilən müalicəni uşaqlara etmirik.
- Hansı uşaqlar koronavirus da daxil olmaqla, digər infeksiyaları ağır keçirir? Ümumiyyətlə uşaqları ev və ya xəstəxana şəraitində müalicə etmək daha məqsədəuyğundur?
- Koronavirusla yanaşı digər respirator infeksiyaları ağır keçirən uşaqlar var. Deyərdim ki, onlar çoxluq təşkil edir. Uşaqların xəstəliyi ağır keçirməsinin başlıca səbəbi valideynlərin onları düzgün otaq temperaturunda saxlamaması, gəzintiyə az çıxarması, yuxu rejiminin və sağlam qidalanmanın olmaması ilə əlaqədardır. Qeyd edim ki, uşaqlarda respirator yollar onsuz da dar, bronxlar isə qısa olur. Odur ki, onların respirator infeksiyalara yoluxma ehtimalı daha çoxdur. Allergik reniti, çəpər əyriliyi olan, badamcıqları hipertrafik olan, xroniki tonziliti olan uşaqlar var ki, qrip və koronavirus infeksiyasını ağır keçirə bilər. İnfeksiyanın ağırlaşmaması üçün belə uşaqları erkən əlamətlər üzə çıxan kimi həkim müayinəsinə aparmaq və müdaxilə məsləhətdir. Öncə sahə həkiminin evə çağırışı olmalıdır, onun baxışından sonra xəstəliyin nə dərəcədə ağır və yüngül keçməsi dəyərləndirilməlidir. Daha sonra xəstəxana şəraitində müalicəyə ehtiyac olub-olmadığına qərar verilməlidir.
Allergik, piylənməyə məruz qalan, xroniki xəstəlikləri, böyrək və ürək xəstəlikləri, hormonal pozğunluqları olan uşaqların da virus infeksiyalarını daha ağır keçirmək ehtimalı var. Odur ki, belə uşaqlar daim nəzarət altında olmalıdır./Publika.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1176   Tarix: 10 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

40 yaşdan yuxarı şəxslərdə böyrəklərin yükünü azaldan faydalı qidalar

Böyrəklərin bahalı əlavə preparatlara deyil, düzgün seçilmiş gündəlik qidalara ehtiyacı var. 40 yaşdan sonra böyrək funksiyaları gecə sidiyə çıxma və yorğunluq kimi xırda əlamətlərlə fərq edilmədən azala bilər. Dietoloqları

.

Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR

Xorultu bir çox insanın qarşılaşdığı narahat edici problemlərdən biridir.  xəbər verir ki, bu hal təkcə yuxu keyfiyyətini aşağı salmır, həm də ailə üzvlərinin rahatlığını poza bilir. Mütəxəssislər bildirir ki, bəzi məhsulları

.

Çinlilər oyanandan sonra bunu edirlər

Çində geniş yayılmış sadə bir səhər vərdişi son vaxtlar digər ölkələrdə də maraq doğurur. xəbər verir ki, bir çox çinli günə çox sadə bir addımla başlayır. Oyandıqdan dərhal sonra bir stəkan ilıq su içir. Suyun temperatur

.

Bu testdən keçməyən yumurtanı əsla yeməyin

Aldığınız yumurtanın nə dərəcədə təzə olduğunu anlamaq hər zaman asan olmaya bilər. Evdə tətbiq edə biləcəyiniz bir neçə test sayəsində bayat yumurtaları asanlıqla aşkar edib, potensial zəhərlənmə riskindən xilas ola bilərsiniz

.

Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO

Evdə yemək hazırlayarkən gigiyena və sağlamlıq qaydalarına ciddi əməl etmək lazımdır. Mətbəxlərdə estetik görünüşünə görə üstünlük verdiyimiz bəzi məhsullar sağlamlığımıza ciddi zərər vura bilər. Məlum olub ki, bəzi "təbii"

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

"Gərəksiz" deyilən həmin orqan xərçənglə mübarizə aparırmış: Faydasızdır deyib əməliyyatla götürürdülər

Alimlər uzun illərdir böyüklərdə funksiyasını böyük ölçüdə itirdiyi düşünülən timus vəzisinin, əslində immun sistemini dəstəkləyərək xərçənglə mübarizədə və ürək sağlığında mühüm rol oynadığını sübut ediblər.  xəbər veri

.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətin

turlar.az

yay geyimləri 2026 qis geyimləri 2026 hamiləlik bürclər haqqında pizzalar qadin ve kisinin seksi usaq masajlari kosmetika nağıllar baldıza aid hakışta novruz bayramına aid novruz bayramına aid hakışta hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz