Uşaqlarda qurd xəstəlikləri əmələ gəlməsinin əsas səbəbi sanitar-gigiyena qaydalarına əməl edilməməsidir

Uşaqlarda qurd xəstəlikləri əmələ gəlməsinin əsas səbəbi sanitar-gigiyena qaydalarına əməl edilməməsidirUşaqlar arasında qurd xəstəlikləri ən çox rast gəlinən problemlərdən biridir. Bəzən valideynlər övladlarında qurd xəstəliklərinin mövcudluğundan uzun müddət xəbərsiz olurlar. Qurd xəstəlikləri əksər hallarda 3 yaşdan sonra rast gəlinir. Helmentlər orqanizmdə bir neçə orqanın funksiyasını sıradan çıxara bilər.
Milli.Az xəbər verir ki, həkim-pediatr Məlahət Qasımova AZƏRTAC-a bildirib ki, helmentlər uşağın immunitetinin azalmasına, allergiyaların mədə-bağırsaq və sinir sistemi pozuntularına səbəb olur: "Uşaqlar arasında lyamblya, parazit, askarid və digər qurdlara daha çox təsadüf edilir. Onun əmələ gəlməsinin əsas səbəbi sanitar-gigiyena qaydalarına əməl edilməməsidir. Əlyuma vərdişlərinin olmaması, dırnaq yemə, çirkli əşyaların ağıza salınması, yaxşı yuyulmamış meyvə-tərəvəzlərdən istifadə olunması nəticəsində qurd xəstəlikləri yarana bilər. Qurd xəstəliklərindən edilən şikayətlər çoxşaxəlidir. Həmin uşaqlar halsız, iştahasız və rəngi solğun olur, onlarda qarın ağrıları və nəcis ifrazının pozulması baş verir. Eyni zamanda, yuxu pozulması və diş qıcaması halları da baş verir".
Onun dediyinə görə, qurd yumurtaları orqanizmə daxil olandan sonra bir müddət gizli qala bilir, yəni ilk əlamətlər bir qədər gec meydana çıxır. Bütün orqan və toxumaları zədələyən həmin parazitlər orqanizmin fiziki və əqli inkişafını da ləngidir: "Qurd xəstəliklərinin olub-olmadığını öyrənmək üçün ildə iki dəfə - xüsusən yaz və payız aylarında valideynlərin uşaqları müayinədən keçirmələri məsləhətdir. Yay aylarında meyvə-tərəvəzlər çox qəbul edildiyinə görə immun sistemi normal olur. Xəstəliyin müalicəsi heç də çətin deyil. Ən çox təsadüf edilən askarid qurdu uşaq orqanizmində allergik və dermatit xəstəliklər yaradır, hətta müalicə olunmadıqda ağciyər, ürək-damar, tənəffüs sistemi xəstəliklərinə və asmaya qədər səbəb ola bilər. Həmin xəstələr gec müraciət edəndə onu qısa müddət ərzində müalicə etmək çətin olur".
Həkim-pediatr qeyd edib ki, bəzi hallarda aparılan müayinələrdən sonra xəstəlik olduğu halda belə cavab neqativ nəticə də verə bilər. Ona görə də qurd xəstəliklərinin analizi zamanı həm də qan analizi verilməsi daha yaxşı olar. Uşaqda helment aşkarlanıbsa, bütün ailə üzvlərinin də parazitlərə qarşı profilaktik müalicə alması məsləhətdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1709   Tarix: 28 may 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

turlar.az

sade makiyaj sekilleri adlarin menasi geyim dəbləri qadini ehtiraslandiran sozler seksual hereketler kabablar sağlamlıq xəbərləri kosmetika kökəlmək üçün cinsi namiq qaraçuxurlu novruza aid hakışda novruz bayramına aid hakıştalar