Uşaqları viruslardan qorumaq, immuniteti gücləndirmək üçün nə etməli?
"Uşaqlara 5-10 faizdən çox şəkəri olan qidalar vermək düzgün deyil".
Milli.Az xəbər verir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında pediatr, professor Fəxrəddin Gülməmmədov uşaqlarda virus xəstəlikləri, onlardan qorunmaq, immuniteti gücləndirmək yolları barədə danışarkən deyib.
Onun sözlərinə görə, viruslardan qorunmaq, immun sistemini gücləndirmək üçün düzgün qidalanma əsas şərtlərdən biridir.
Həkim onu da qeyd edib ki, temperatur 38 dərəcəyədək olanda onu aşağı salmaq üçün uşaqlara dərman verməyə ehtiyac yoxdur: "İstilik bədənin virusa qarşı müqavimətidir, yeri gəldi-gəlmədi dərman içməklə bu müqaviməti qırmış, immun sistemini zəiflətmiş oluruq".
Pediatr deyib ki, ümumiyyətlə, həkim məsləhəti olmadan uşaqlara hər hansı dərmanın, o cümlədən vitaminlərin verilməsi yolverilməzdir.
F. Gülməmmədov uşaqlarda mövsümlə bağlı yaranan virus xəstəlikləri, onlardan qorunmaq yolları, qəbizlik, ishal, peyvəndlər, eləcə də koronavirus barədə sualları cavablandırıb. Pediatr uşaqların immun sistemini gücləndirmək üçün qidalanma qaydaları ilə bağlı bir çox tövsiyələr verib.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir