Uşaqların internetə çıxışı qadağan olunur - Təklif irəli sürüldü

Uşaqların internetə çıxışı qadağan olunur - Təklif irəli sürüldüRusiya Federasiyasının Komi Respublikasının rəhbəri Vladimir Uyba uşaqların internetə çıxışını qadağan etməyə çağırıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə qubernator Ailə Şurasının iclasında bildirib.
"Uşaqlar üçün internet məkanını bağlamaq məqsədiylə bizə ölkənin ali rəhbərliyinin siyasi iradəsi lazımdır" deyən Vladimir Uybanın sözlərinə görə, Sovet İttifaqında insanların xoşbəxt uşaqlığı olub, indi isə yeniyetmələr oyunlara, porno saytlara və şübhəli tanışlıqlara aludə olurlar.
"Heç kim internetdə yazışdığı şəxsin əslində kim olduğunu dəqiq bilmir. Sonra məlum olur ki, özünü oğlan və ya qız kimi təqdim edən şəxs yetkin bir dayıdır. Bu kimi hallar isə təhdid, hədə-qorxu ilə pul tələb etmə və təcavüzlə başa çatır", - deyə Komi Respublikasının rəhbəri qeyd edib.
Onun fikrincə, Rusiyada yalnız peşəkar və elmi internet qalmalıdır:
"Cəmiyyət bundan ancaq faydalanacaq, amma təəssüf ki, hələlik siyasi iradə yoxdur. Lakin biz yenə də bu təklifi irəli sürəcəyik".
Qeyd edək ki, bundan əvvəl Dövlət Dumasının bir qrup deputatı uşaqları narkotik satışına, təxribata və digər cinayətlərə cəlb etməyə görə cəzanın sərtləşdirilməsini təklif edərək, belə faktların əksəriyyətinin internetdə baş verdiyini bəyan ediblər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1622   Tarix: 20 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

makiyaj instagram reseptler maskalar sufle hazirlanmasi şəkillər baliq yagi ilk tibbi yardım kosmetika vicdan kahfe falı maraqlı janrlar novruza aid