Uşaqların sevimli içkilərində bu təhlükəli maddələr var

Uşaqların sevimli içkilərində bu təhlükəli maddələr varVerdiyi zərər baxımından fəst-fudlarla yarışacaq içkilər yay aylarında daha da populyarlaşır. Mütəxəssislər müxtəlif kremlər, rəngləndirici və dadlandırıcı maddələr, eləcə də bol miqdarda şəkər ehtiva edən bu içkilərin piylənməyə səbəb olmaqla yanaşı, immunitet sistemini də zədələdiyini bildirirlər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, mövzuyla əlaqədar uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Bora Baysal bunları söyləyib:
"Uşaqlar üçün cəlbedici hala gətirilən bütün qazlı, südlü və bol şəkərli içkilər piylənmə üçün risk faktorudur. Bunların tək təhlükəsi piylənməyə səbəb olmaları deyil. Belə içkilər həm də tərkibində kanserogen maddələr olduğu üçün böyük riskdir. Onlar şəkər asılılığı yaradırlar. Bunları içən uşaq getdikcə daha çox istehlak etmək istəyir. Tərkibi tam olaraq bəlli olmayan bu içkilərdəki bəzi maddələr zəhərli təsir göstərəcək qədər təhlükəli ola bilər".
O, bunun diqqət çatışmazlığı və hiperaktivlikdən tutmuş hipertoniya, ürək xəstəlikləri və orqan pozğunluğuna, hətta xərçəngə qədər bir çox problemə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib:
"Əvvəllər fəst-fuddan danışılırdı, indi içkilər də gündəmdədir. Elə içkilər var ki, bir stəkan 500 kaloridir. Uşaqları tələyə salan bu içkilər onların gələcəyini təhlükə altında qoyur".
O, valideynlərə uşaqlarda adi su, ayran, kefir və evdə hazırlanmış təbii şirələr içməyi vərdiş halına gətirməyi tövsiyə edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1457   Tarix: 25 iyul 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə

Son illərin ən populyar tropik meyvələrindən biri olan ananas zəngin tərkibi ilə insanı xəstəliklərdən qorumağa kömək edir. Mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu meyvəni qida rasionuna əlavə edənlər sağlamlıqlarına böyü

.

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

.

"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı

Ağcaqanadların bəzi insanlara daha çox hücum etməsi uzun illərdir maraq doğuran mövzulardan biridir. Aparılan elmi araşdırmalar göstərir ki, bu həşəratlar qurbanlarını təsadüfi seçmirlər və onların seçimində bir neçə bioloj

.

Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"

Dırnaqlarımızda gözlənilmədən yaranan rəng dəyişiklikləri, kiçik ləkələr və ya qəribə xətlər düşündüyümüzdən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bir çoxumuz bunu "yəqin ki, bir yerə çırpmışam"

.

Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma

Ev heyvanlarının insan psixologiyasına müsbət təsirləri uzun illərdir elmi araşdırmalarla sübut edilsə də, mütəxəssislər bu münasibətin yaratdığı psixoloji yükə də diqqət çəkirlər. xarici mətbuata istinadla xəbər verir ki

.

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Yaz aylarının sevilən meyvəsi olan əncir haqqında sosial mediada yayılan məlumatlar yenidən müzakirə mövzusuna çevrilib. Bir çox insanın sadə bir meyvə kimi yediyi əncirin əslində necə formalaşdığını bilirdinizmi?. xəbə

.

Neçə dəqiqəyə günəş yanığı yaranır?

Araşdırmalara əsasən, dəri günəşin təsirindən cəmi 15 dəqiqə sonra zədələnməyə başlaya bilər. . -a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, açıq rəngli dəriyə sahib insanlar tünd dərili şəxslərlə müqayisəd

.

Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq

"Pediatr olaraq valideynlərə ən çox vurğuladığımız mövzulardan biri körpənin ətraf mühit gigiyenasıdır". . xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl

.

Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda

Modern həyatın sürətli tempi bir çox insanın keyfiyyətli yuxu almasına mane olur. Bir çox insan bu problemin həllini yan təsirləri ola bilən sintetik yuxu dərmanlarında axtarır. Son illərdə isə sağlamlıq dünyası bu problemi

turlar.az

geymler 2026 həkim məsləhəti gözəllik məhsulları tərəvəzlər gözəl geyimlər yuxa tortu analiq məktəbi kosmetika birlik haqqinda qurd xəstəliklərinə qarşı mualicə tərəzi bürcü brusell bakteriyası rus dilini oyrenek 2ci ders