Uşaqlarını peyvənddən yayındırılması təşviş doğurur

Uşaqlarını peyvənddən yayındırılması təşviş doğururBizi qrip, meningit və çiçəkdən tutmuş poliomielit, difteriya və qızılcayadək bir çox xəstəliklərdən peyvəndlər qoruyur. Amma son vaxtlar bəzi ölkələrdə, o cümlədən Avropada peyvəndlər barədə əsassız şayiələrə inanan valideynlər uşaqlarını vaksinləməkdən ehtiyat edirlər.
Milli.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə keçirilən ikigünlük sammitinin iştirakçıları da elə məhz vaksinlərin təhlükəsizliyi məsələlərini müzakirə edirlər.
2020-ci ildə ÜST-ün vaksinlərin təhlükəsizliyinin təmin edilməsinə dair strategiyasının müddəti bitir. Odur ki, ekspertlər bu sahədə vəziyyətin daim dəyişdiyini və yeni meylləri nəzərə alan yeni strategiya işləyib hazırlamalıdırlar.
Təşviş yaradan meyllərdən biri valideynlərin kənar təsirlər qorxusundan öz uşaqlarını peyvənd etmək istəməməsidir. Bu problem elə miqyas alıb ki, iyun ayında BMT-də immunizasiyadan imtinaya həsr olunmuş yüksək səviyyəli görüş keçirilib. Məsələn, bu il ABŞ, Braziliya, Ukrayna və Filippində qızılca ocaqları yaranıb.
BMT Uşaq Fondunun (UNİSEF) rəhbəri Henriyetta For deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, immunizasiya hər il 2-3 milyon insan həyatını xilas etməyə imkan verir: "Vaksinlər kəşf olunana qədər hər il milyonlarla uşaq difteriya, qızılca, poliomielit, tetanus, meningit və göyöskürək kimi ağır xəstəliklərə yoluxurdu. Bu xəstəliklər çox vaxt ölümlə nəticələnir, yaxud əlilliyə gətirib çıxarır".
Vaksinlər bu xəstəliklərin qarşısını alır, xəstəlik törədicisinə immunitetin formalaşması üçün təbii qoruyucu mexanizmləri fəallaşdırır. İmmun sistemi törədicini və ya bakteriyanı tanıyır, bu xəstəliyə qarşı mübarizə aparmaq üçün anticisimlər formalaşdırmağa başlayır. İmmun sistemi gələcəkdə bu xəstəliyə qarşı mübarizə aparmaq üçün onun törədicisini "yadda saxlayır". Əgər o, yenidən orqanizmə düşsə, sürətlə məhv edilir. İmmun sisteminin yaddaşı o dərəcədə yaxşıdır ki, insan bir və ya bir neçə vaksin dozasını alandan sonra uzun illər, onilliklər və ya hətta bütün ömür boyu bu və ya digər xəstəlikdən müdafiə əldə edir.
ÜST-dən bildiriblər ki, peyvəndlər son dərəcə səmərəli və təhlükəsizdir. Lakin müvəqqəti cüzi kənar təsirlər, məsələn, qolda ağrılar və ya hərarətin azacıq yüksəlməsi ilə müşayiət oluna bilər. Daha ciddi fəsadlar son dərəcə nadir hallarda-milyonda bir dəfə baş verir: "Unutmayaq ki, vaksinləmə zamanı kənar təsir riski xəstəliyin özünün sağlamlığa vurduğu ziyandan xeyli aşağıdır. Məsələn, tetanus çox güclü ağrılar, qıcolmalar və trombozlar yaradır, qızılca isə ensefalitə və korluğa gətirib çıxarır. Vaksinlərin köməyi ilə qarşısının alınması mümkün olan xəstəliklərin çoxu ölümlə nəticələnir".
Ekspertlər vurğulayırlar ki, hər hansı lisenziyalı vaksin klinik tədqiqatların bir neçə fazası gedişində səylə yoxlanılır, bəyənildikdən sonra alimlər onların səmərəliliyinə və təhlükəsizliyinə daim nəzarət edirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1770   Tarix: 22 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

donlar 2026 makiyaj etmek qaydalari geyim necə seçməli qəlyanaltı reseptləri sarmisaqin faydasi psixoliji məsləhətlər tutun xeyri kosmetika novruz hakisdalari rus dilini öyrənək 2 ci dərs veten sekisler sağlamlığa aid atalar sözləri