Kompüter qarşısında uzun müddət oturmağın zərərləri
Son illərdə ofis işçiləri və tələbələr arasında kompüter qarşısında uzun saatlar keçirmək adi hala çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu vərdiş sağlamlığa ciddi təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, həkimlər bildirir ki, uzun müddət oturmaq bel və boyun ağrıları, duruş pozğunluğu, göz yorğunluğu və qan dövranının pozulması kimi problemlərə yol açır. Üstəlik, araşdırmalar göstərir ki, həddindən artıq oturmaq ürək-damar xəstəlikləri və piylənmə riskini də artırır.
Psixoloqlar da qeyd edirlər ki, kompüter qarşısında uzun vaxt keçirmək stress və yuxu pozğunluğuna səbəb ola bilər. Uşaqlar və yeniyetmələr üçün bu vərdiş diqqət problemləri və sosial ünsiyyət çatışmazlığı ilə nəticələnə bilər.
Gündəlik olaraq ara verməyi, tez-tez gəzinti etməyi və ofisdə durub işləməyi tövsiyə edilir. Eyni zamanda, monitorun göz səviyyəsində yerləşdirilməsi və ergonomik oturacaq istifadəsi sağlamlıq problemlərinin qarşısını almağa kömək edə bilər.
Həkimlər vurğulayır ki, kompüter qarşısında uzun oturmaq müasir həyatın qaçılmaz hissəsi olsa da, sağlam vərdişlər formalaşdırmaq hər birimizin məsuliyyətidir.
Asya
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO