Uşaqlarınızı qoruyun! Psixoloqun tövsiyələri

Uşaqlarınızı qoruyun! Psixoloqun tövsiyələriUşaqlarımızı nə qədər qoruyuruq? Müşahidələrimdən gəldiyim nəticələrə əsasən gördüyüm mənzərə məni qətiyyətlə narahat etdi və bunu paylaşmaq istədim.
Psixoloji problemlərə nəyin ki, yetkin və yeniyetmədə həmçinin uşaqlarınızda da rast gəlinir.
2014-ün yayı Türkiyədə narkotik maddə istifadə edən yeniyetmələrlə və gənclərlə təcrübəm əsnasında onların həyatları ilə tanış oldum və onların gələcək həyatlarının bu şəkildə formalaşmasında, onların bu gün bu vəziyyətdə olmasında valideynlərinin və dırnaq arası sapı özümüzdən olan dostlarının böyük payı olduğunu da müşahidə etdim.
Narkotik maddə qəbul edən ATA! Sən qızının taleyi barəsində nə düşünmüsən? O gələcəkdə hansı mövqeni tutacaq? Təcrübəmdə şahidi olduğum hadisəyə əsaslanaraq cavablandırım. Gələcəkdə, bəlkə də bu gün maddə istifadəsi səbəbindən klinikada müalicə alacaq, ya da müalicə aldığını zənn edəcək. Sonra çıxacaq və yoluna davam....
Buna görə uşağını özündən qoru...!!!
İmkanlı valideyn... PUL VAR amma SEVGİ YOXDUR. Uşağına oyuncaq alırsan? PUL verirsən? Paltar alırsan? Bəs SEVGİ? Onu sevdiyini neçə dəfə söyləmisən?! Onu neçə dəfə qucaqlayıb, öpmüsən?! Uşağınla nə qədər maraqlanmısan? Onun dostları, rəfiqələri kimdir bilirsən? Əlbəttə, yox...
Mən deyim... Maddə istifadəçiləri...
Onu "Dostlarından" qoru...!!!
Siz valideynlər hər bir qarşılaşdığınız problemdə uşaqlarınızı günahkar bilirsiniz. Əlbəttə, məsuliyyəti onun boynuna atmaq, sizin heç bir günahınızın olmamasını vurğulamaq cox rahatdır.
Bir dayanın və düşünün... "Mən nədə, harada səhv etmişəm?!!! Günahım nədir?!!! Hansı davranışım uşağımda bu nəticələrə yol açdı?!!! Nə haqla onun gələcəyini məhv edirəm?!!!". İstəsəniz və məsuliyyətli olsanız bu sualların sayını artırmaq olar...
Metroda gedərkən mənə çoooxxx... təsirli gələn bir mənzərə ilə rastlaşdım. Uşaq bir "səhv etdi"- əslində, bu sadəcə onun anası üçün yanlış davranış idi- və bu zaman anası onu vurmaq üçün əlini qaldırarkən uşaq (5 yaşı olardı) ananın əlini tutub, digər əli ilə özünə şillə vurdu.
Sizcə buna nə səbəb olub?
Ana özü üçün qaydalar, səhvlər və düzlər sıralayıb. Və uşaq bu çizgidən ayağını kənara qoyduqda "ana" onu "döyərək cəzalandırır". Bunun düzgünlüyünü kim izah edə bilər?! Bu uşaq gələcəkdə hansı psixoloji problemlərlə qarşılaşacaq? O zaman bu "ana" uşaq üzərindəki təsirini düşünəcəkmi? "Ona vurmasam bunlar olmazdı" deyecəkmi?! YOX!!! Çünki, o valideyndir... "SƏHVSİZDİR". Axı valideynlər səhv etmir...
Valideyn səhv etmirsə niyə bu qədər çox psixoloji problem var? Niyə bu qədər uşaq əziyyət çəkir? Səbəbkarı kimdir?! SİZ!!!
Uşağını özündən qoru...!!!
Qarşılaşdığım acı bir təcrübə daha... Bir oğlan uşağı... Hansı ki, sadəcə 5 yaşı var... Qonaq getdiyi evdə kiçik uşaqlarla mübahisə edir. Oyuncaqları, əşyaları qırır - (aqresiya)... Ata həsrəti çəkir... Atalı uşaqları gördükdə məyusluq, üzüntü, paxıllıq hissi keçirdir. Və ana hələ də onun psixoloji yardıma ehtiyacı olduğunu düşünmür.
Və uşaq böyüyür. Yeniyetmə yaşına gəlir. Onda hələ də aqresiya, ata həsrəti, ata ilə futbol və ya digər oyunları oynama, top alma, atadan maşın sürməyi öyrənmə istəkləri davam edir. Bəs ana bu istəkləri basdırmaq üçün nə edir? Ona "sevgi" göstərir. Pul verir. Marka geyindirir.
Bu yeniyetmə artıq 10-cu sinif şagirdidir. Uşaq gecə 00:00 da ana ilə mübahisə edərək digər yeniyetmələrlə, öz deyişi ilə "söhbətə" gedir. Və ya damarlarını kəsir. Ana hələ də onun psixoloji yardıma ehtiyacı olduğunu düşünmür. Və etdiyi ona daha çox pul vermək olur. Və 2-ci kurs tələbəsi olan bu gənc... Antisosial şəxsiyyət tipinə malik... Sosiopat insan...
İllər ötür...Bu gənc artıq iki ildir ki, həbsdədir. Cəza çəkir. Niyə? Çünki anası onun psixoloji problemi olduğunu düşünmədi. L Onun ata həsrətini görən olmadı. Atası belə, digər övladları ilə əylənərkən onun həsrətinin fərqində belə deyildi.
İndi düşünək... Bu cəza kimin haqqıdır?!!!
Uşağını özündən qoru!!!
Və əkiz oğlan uşaqları... O uşaqlar ki, sadəcə 3 yaşları varkən pərdə yandırır, əkizlərdən biri digər əkiz oyuncağı vermədiyi üçün, həmin oyuncağın digər ucunu elektrik açarına salır. Uşaqların evdə qırmadıqları əşya yoxdur. Niyə??? Çünki uşaqlar "çox dəcəldilər". Nənəsi, babası və valideynləri bu şəkildə düşünür. XEYR!!! Onlar hiperaktiv uşaqlardır. Psixoloji yardım almazlarsa, gələcəkdə sosiopat olma ehtimalı yüksək körpələr...
Uşaqlarımız "Ağ kağıza" bənzəyir. Nə yazarıqsa, onu oxuyarıq. Uşaqlarınıza gözəl, əyləncəli, sevgi dolu uşaqlıq yaşadın. O "Ağ kağızlara" oxuduqda zövq alacağınız cümlələr yazın, və gələcəkdə də sevinclə oxuyun. Və onları günahlandırmağa ara verərək, özünüzü də günahlandırmağa vaxt ayırın...!!!
Aydan Sabirli
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1263   Tarix: 25 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Diş minasını zədələməmək üçün bunları edin

Gündəlik ağız boşluğu gigiyenası çox vaxt uzun illərdən qalan yanlış vərdişlər üzərində qurulur. Mütəxəssislər bildirirlər ki, sadə dəyişikliklər diş minasını qorumağa, diş əti problemlərinin və kariyesin qarşısını almağ

.

Çılpaq yatmağın faydaları

Keyfiyyətli və dərin yuxu sağlamlığın, yüksək enerjinin və yaxşı əhval-ruhiyyənin əsas şərtlərindən biridir. Mütəxəssislər bildirirlər ki, gecə istirahətinin keyfiyyətinə təsir edən amillərdən biri də yatarkən geyim seçimidir

.

Soğanın faydaları: Hər gün istifadə etməyiniz üçün 7 vacib səbəb

Mətbəxlərin əvəzolunmaz məhsullarından biri olan soğan təkcə yeməklərə dad vermir, həm də sağlamlıq üçün çoxsaylı faydaları ilə seçilir. xəbər verir ki, tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində soğa

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin

Son illərdə dəri baxımı dünyasında jojoba yağının möcüzəvi təsirləri geniş müzakirə olunur. Jojoba bitkisinin tərkibindəki maye mum efirləri insan sebumu (dərimizin təbii yağı) ilə 97% uyğunluq təşkil edir. Dəri baryerin

.

Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər

Yüksək qan təzyiqi hər zaman nəzərəçarpan əlamətlərlə özünü göstərmir. -a istinadən xəbər verir ki, bu barədə RT-yə rusiyalı kardioloq Ella Vinoqradova danışıb. Həkimin sözlərinə görə, stres və ya ağrı fonunda qan təzyiqini

.

Buzlu içkiləri sevənlərə xəbərdarlıq

Buz hazırlanarkən gigiyena qaydalarına əməl edilmədiyi halda, buzlu içkilər bağırsaq infeksiyalarının mənbəyinə çevrilə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Asiyat Abdullayeva "RT"y

.

Günvurmadan necə qorunmaq olar?

Yay aylarında havaların həddindən artıq isti keçməsi günvurma riskini artırır. xəbər verir ki, xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəliyi olan şəxslər və açıq havada çalışanlar daha diqqətli olmalıdırlar. Günvurmadan qorunma

.

Sağlam qaraciyər üçün qəhvə için

Qəhvə istehlakının qaraciyər sağlamlığına müsbət təsir göstərdiyi ilə bağlı yeni araşdırmanın nəticələri açıqlanıb. xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində yerləşən Cedars-Sinai Sağlamlıq Elmləri Universitetinin 35

turlar.az

geyim necə seçməli gozel gorunmek hamilelikde qidalanma 2026 donları şeirlər spermanin qadina faydasi aparici serxan keremoglu kosmetika kondom nedir şəhid veten şebnem tovuzlu yutube