ÜST: alkoqollu içkilərin hətta kiçik dozalarla qəbulu xərçəngə səbəb ola bilər

ÜST: alkoqollu içkilərin hətta kiçik dozalarla qəbulu xərçəngə səbəb ola bilərÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunda qadınlarda düz bağırsaq xərçəngi və döş xərçəngi kimi bir sıra onkoloji xəstəliklərin yaranması ilə alkoqollu içkilərin kiçik dozalarda belə qəbulu arasında birbaşa əlaqənin olduğunu müəyyənləşib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Regional Bürosunun yeni bülletenində məlumat verilir.
ÜST bəzi xərçəng növlərinin və bununla birgə onlarla digər qeyri-yoluxucu xəstəliklərin alkoqollu içkilərlə əlaqəli olması barədə xəbərdarlıq edir. Avropa regionunda alkoqollu içkilər hər gün 2 min 545 nəfərin ölümünə səbəb olur. Təkcə 2018-ci ildə 180 min nəfər bu səbəbdən xərçəng xəstəliyinə tutulub. Onlardan 92 min nəfəri həyatını itirib.
"Bu, heç də xərçənglə bağlı növbəti adi "qorxuducu" təzyiq deyil. Alkoqollu içkilərin hətta kiçik dozalarla qəbulunun belə onkoloji xəstəliklərə səbəb olması barədə əlimizdə inandırıcı faktlar var. İctimaiyyət bilməlidir ki, tərkibi əsasən etil spirtinin qatışığından ibarət olan alkoqollu içkilərin qəbulu xərçəng xəstəliyinin yaranmasına səbəb olur", - deyə ÜST-nin Avropa bürosunda ölkə proqramları şöbəsinin direktoru Nino Berdzuli söyləyib.
Belə ki, Berdzulinin sözlərinə görə, 2018-ci ildə ÜST-nin Avropa regionunda təxminən 45 min 500 nəfər qadında süd vəzi xərçənginə səbəb olmuş alkoqollu içkilər 12 min nəfərin həyatına son qoyub. Bundan əlavə, alkoqollu içkilərin qəbulu nəticəsində təxminən 59 min 200 nəfər qadın və kişidə çənbər və düz bağırsaq xərçəngi yaranıb ki, onların da 28 mini həyatını itirib.
Bu rəqəmlər ÜST tərəfindən hazırlanmış "ÜST-nin Avropa regionunda alkoqol və xərçəng: daha effektiv profilaktikaya çağırış" adlı yeni məlumat bülletenindən götürülüb.
Alkoqollu içkilərin qəbulu səbəbindən 2018-ci ildə regionda xərçəng xəstəliyinə tutulma hallarının 11 faizinin əksəriyyətində gündəlik doza bir şüşə pivədən (500 ml.), iki stəkan şərabdan (200 ml.) və ya 60 ml. spirtli içkidən artıq olmayıb.
ÜST Avropa regionundakı ölkələri alkoqollu içkilərin qəbulunu azaltmaq və bu problemlə bağlı vətəndaşların məlumatlılığını təmin etmək istiqamətində səyləri birləşdirməyə çağırıb.
"Bu istiqamətdə müvafiq tədbirlər artıq bir sıra ölkələrdə tətbiq olunur. Lakin görülən işlər səmərəli olsa da, onlar regionun bir çox ölkələrində hələ də kifayət qədər populyar deyil. Biz tədbirlərin səmərəli nəticələr verdiyini bilirik. Bizə sadəcə onların tətbiqinin miqyasını genişləndirmək lazımdır", - deyə ÜST-nin Avropa Ofisinin alkoqol və qanunsuz narkotik maddələr üzrə proqram rəhbəri Kartina Feyrerra-Borges qeyd edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1912   Tarix: 20 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

yemek reseptleri geyim dəbləri gozel gorunmek royanin oglu qripdən qorunmaq ibrətamiz sözlər könül kerimova kosmetika balıq oğlaq zehmet ve zinet maraqli hakistalar öpüşme