"Utanın, ananızı, bacınızı düşünün" - Güneldən sərt cavab
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova həmkarı Orxan Ölməzlə sevgili olması barədə yayılan xəbərlərə münasibət bildirib.
"Qafqazinfo" xəbər verir ki, sənətçi instaqram səhifəsində türkiyəli ifaçı ilə eşq yaşamadığını bildirib. Günel sosial şəbəkələrdə onu tənqid edənlərə də cavab verib:
"Əsəbilərimi korlamayın, hamının ailəsi var. Xəbəri yazanda bunu fikirləşin.Utanın, ananızı, bacınızı düşünün. Ölümlü dünyada niyə qəlb qırırsız? Azərbaycandakı bəzi özünü bilməyən səviyyəsizlər, əlinə telefonu alıb şərh bildirirsiz, utanmazlar!
Paxıllığın bu dərəcəsi də olmaz. "Kırık vazo" adlı klipim çıxdı, hansınız bunu paylaşıb "xeyirli olsun" yazdız? Ancaq xəbər yazasız, paylaşasız, altından da ağzına gələni yazsınlar. Səhifələrdə şərh bölməsini də bağlamırsız. Sizin adınıza utanıram. Amma unutmayın, Hamımızın ailəsi var. Sizi insan olmağa çağırıram".
Qeyd edək ki, ötən gün "Söylemezsem Olmaz" proqramında Günellə Orxanın sevgili olduğu iddia edilmişdi.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin