"Utanıram deyim ki, Rəhim qarabağlıdır" - Güneldən sərt cavab
Müğənni-bəstəkar Rəhim Rəhimlinin Günel Zeynalova haqda dediyi sözlərə qarşı tərəfdən sərt cavab gəlib.
Axşam.az-ın məlumatına görə, Rəhimli Günelin sənətdə düzgün irəliləmədiyini söyləmişdi.
Günel "ATV maqazin onlarla" verilişində bununla bağlı suala qəribə cavab verib:
"Mən qarabağlıyam... Utanıram deyim ki, o da qarabağlıdır. Başqa heç nə deməyəcəm. Alan aldı".
Qeyd edək ki, Rəhim Günel haqda "Yaradıcılığı ilə çox maraqlanmıram. Rza Zərrabın mahnısını oxumuşdu, bircə onu xatırlayıram. Bu qıza əsəb oluram. Seçimi hər zaman yanlışdır. Ya mahnısı yanlış olur, ya da klipləri o səviyyədə olmur. "Azar" mahnısı Günel üçün deyildi. Çıxdığı proqramlar da yanlış seçilir. Seda Sayanın verilişinə getmişdi qalmaqal yaşanmışdı. Başqa bir proqramda da xoşagəlməz hal yaşanmışdı" sözlərini demişdi.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Yuxusuz gecədən sonra bunu edin