Üz cizgilərimiz xarakterimizdən xəbər verir

Üz cizgilərimiz xarakterimizdən xəbər verirÜz cizgilərimiz xarakterimizdən xəbər verir

Uzun illər insanlar, xüsusilə çinlilər bədən quruluşu ilə insan psixologiyası arasındakı əlaqəni araşdırmağa çalışıblar. Nəticədə də üzoxuma sənəti olan fizionomiyanı yaradıblar. Burada alın, burun, çənə, qaş, göz və dodaqlar əsas götürülərək müəyyən nəticələr çıxarılır.

Qaşlar həyatla bağlı önəmli qərarların necə verildiyi haqqında məlumat verir. Aşağı doğru əyilən qaşlar münasibətlərə ciddi yanaşmağın, yuxarıya dartılmış qaşlar sahibinin inadkar və asan hisrlənməyinin, uzun qaşlar güclü və mübariz, nazik qaşlar iddialardan tez əl çəkməyin, yumşaq xasiyyətliliyin, birləşmiş qaşlar macəranı sevməyin, düz qaşlar isə xoşniyyətliliyin rəmzidir.

Gözlər həyata baxışı və stressə davamlılığı göstərir. Gözləri çuxur şəklində olan insanlar ciddi və sirli, gözləri bir- birinə yaxın olanlar səliqəli, qərarlı və detallara varmağı sevən, böyük gözləri olanlar açıqsözlü, nəzakətli və sözünəgüvənilən, kiçik gözlərin sahibi isə asanlıqla diqqətini cəmləyən və özünəqapanıq olurlar.

Alın insanın düşüncələri haqda məlumat verir. Böyük alın güclü xəyal gücü və intelektuallığı göstərir.

Dar alın isə insanın diqqətli, zamana önəm verən, riyazi qabiliyyətinin yüksək olduğuna işarə edir.

Gözləri aşağı doğru meylli olanlar həyata nikbin baxmağı bir o qədər də xoşlamırlar.

Qabarıq gözləri olan insanlar isə həyata qarşı daha həvəsli və tez inciyən olurlar.

Burun iş həyatı və pula baxışın rəmzi hesab edilir. Geniş burun özünəgüvəni və sosial münasibətləri, dar burun nəzarət etməyi və zəmanət verməyi, böyük burun ideallığı və lider olmaq istəyini, yuvarlaq burun isə pul qazanmaq sahəsində uğuru və qənaətcilliyi göstərir.

Dodaqlar insanın düşüncələrini ifadə etməsinin və cinsi münasibətlərin simvoludur. Geniş və aşağı meylli dodaqlar sahibinin comərd, şəxsi həyatına rəng qatmağı sevən, nazik dodaqlar az, lakin dəyərli danışmağı sevən, mühafizəkar, böyük alt dodaq isə sahibinin tənbəl olduğunu anladır.

Çənə özünümüdafiə səviyyəsini müəyyənləşdirir. Geniş çənə qəddarlığı, enerjili olmağı, sivri çənə tez hirsənən xarakteri nümayiş etdirir. İkiyə ayrılmış çənə qərarsızlığın, yuvarlaq çənə tələskənliyin, irəliyə doğru çıxan çənə tərsliyin simvoludur.

Qulaqlar insanın ətraf mühitin təsiri altına nə dərəcədə tez düşdüyünü göstərir. Böyük qulaqlar musiqi qabiliyyətini, normal ölçülü qulaqlar ciddiyyəti, başa yapışmış qulaqlar qaydalara bağlılığı, böyük və şəlpə qulaqlar isə sahibinin çox danışmağı sevdiyini göstərir.

Sima insanın zehni səviyyəsini və həssaslığını müəyyən etməyə kömək edir. Çox uzun üzə sahib insanlar kinli, paxıl olurlar.

Kök üz sahibinin maddiyyata önəm verdiyini, əyləncəni, rahatlığı sevdiyini göstərir.

Üzünün forması sümüklü olan şəxslər işləməyi sevirlər, lakin bir az ürkək olurlar.

İncə üz isə sahibinin dərin düşüncəli və diqqətli olduğunun göstəricisidir.

Fizioqnomika haqda nə bilirik?

Sifət cizgiləri, başın, gözlərin, qaşların forması ilə insan xarakterini öyrənən sahə fizioqnomika adlanır.

Bu doğrudan da çox maraqlı məşğuliyyətdir və qan qaraldan, dilxor edən xəbərləri oxumaqdansa bir balaca maraq dünyasına baş vurmaq bəzən ən gözəl istirahətlərdən sayılır. Adama baxaraq, ondan heç nə soruşmadan onun haqda çoxlu sayda maraqlı məlumatlar almaq sizi maralandırmır? Dialoq vaxtı həmsöhbətini diqqətlə dinləyərək onun üzündən adamın yalana, həqiqətə meylliliyini təyin etmək istəməzdiniz? Elə isə buyurun, fizioqnomistlərin məşahidələri ilə tanış olun:

Baş

Uzunbaşlı adamlar qeyri-sabit, küt, paxıl, başı yelli və elm öyrənməyə bacarıqsız olurlar.

Uzun hülqumlu kiçik baş adamın ağıllı və xoşnityyət olduğunu göstərir.

Uzun boyunlu və çox da böyük olmayan başlı adamlar küt, iradəsiz və bədbəxt olurlar.

Alın

Heç nəyə təəccüblənməyən, heç nədən çəkinməyən, cəsur və düşüncəsiz adamların alnı mis rəncində olur.

Geniş və dairəvi alın arasında fərq var. Əgər dairəvilik hündür, mütənasib başda olan alındadırsa, gicgahları tutursa, şişkin və tüksüzdürsə, bu ağıllılığın, məğrurluğun, şərəfini qorumağa çalışan adamın əlamətləridir. Belə adamlar həm də geniş qəlbliliyi ilə seçilirlər.

Əgər alının ortasında batıqlıq varsa, o qaşqabaqlı və qırışıqlıdırsa, bu alın sahibinin əzazilliyinin, eyni zamanda, məzlumluğunun, yeri gələndə xeyirxahlığının əlamətidir.

Çox böyük, amma tüksüz alın sahibinin cəsur, amma yalana meylli adam olduğundan xəbər verir.

Uzun sifətdə uzun alın və kiçik buxaq sərtlik və tiranlıqdan xəbər verir.

Qaşlar

Yığnaq sərt və ya qırmızı qaşlar həyasızlıq və paxıllıq əlamətləridir.

Ağ qaşlar qadınabənzər, zarafatcıl və başı yelli adamlarda olur.

Bitişik (çatma) qaşlar ziyanəvər, kobud və sərt adamlarda olur. Keçmişlərdə bitişik qaşları sevməzdilər, onları cadugərlərə xarakterik sayardılar. Hər qadın çatmaqaşlıdırsa, deməli o qısqanc, paxıl və davakardır. Bu, belə qaşlı kişilərə də aiddir.

Cod və hərəkətli qaşlar cəsurluq və mərdlik əlamətidir.

Əyri qaşlı adamlar sadə, yaxşı və xeyirxah olurlar.

Qara, yumşaq və səlis qaşlar xoşniyyət, qılıqlı adamlarda olur.

Gözlər

Əgər adamın xoşagəlim görkəmi, açıq, gözəl və çox da iri olmayan gözləri varsa, bu, onun ağlından və sağlam düşüncəliliyindən xəbər verir.

Çox iri və geniş açılmış gözlər sahibinin çoxdanışanlığından, xəyalpərvərliyindən, yalançılığından, tənbəlliyindən və şirinliyindən xəbər verir.

Sadəcə iri gözlər hissiyyatlı, cəsur və liderlik xəsusiyyətli adamlarda olur.

Gözlər dərinə oturursa, bu o deməkdir ki, adam paxıl, şübhələnən və boş şeydən əsəbiləşəndir. Bu , həyati uğursuzluğun, inamsızlığın, hiyləgərliyin və xəsisliyin əlamətləridir.

Özündən razı, qapalı, höcət adamların gözləri çox da böyük olmur.

Kiçik gözlər diribaşlıq, bəlağətlilik əlamətidir.

Dar və ilişib baxan gözlü adamlar əzazildirlər.

Qaynayan, qaçan gözlər adamın təbiətinin dəyişkənliyini, yalana meylliliyini, utanmazlığını və qabalığını göstərir.

Uzunsov gözlər
ağıldan xəbər verir. Qıyıq və batıq gözlər inanmazlıq, hiyləgərlik, fərasət göstəricisidir.

"Sfinks" gözləri (uzunsov kəsikli və kəncləri qalxməş gözlər) naturanın zərifliyini göstərir.

Gözlərin rəngi

Qara, qəhvəyi və yaşıl gözlər həyat enerjisinin tamlığını göstərir.

Mavi gözlər hissiyyatlılıq, sakitlik, həlimlik və xoşniyyətlilik əlamətidir.

Qoroskoplarında Uranın güclü olduğu adamların gözləri mavi və boz olur. Bunlar neytral rənglərdir və belə gözlərin sahibləri həmişə neytral mövqeni və kənardan müşahidəçiliyi saxlayırlar.

Qəhvəyidən qara tonlaradək olan gözlərin sahibləri Ay planetinin təsiri altında olanlardır.

Yaşıl gözlər qadın rəngidir, məhəbbət, harmoniya, yumşaqlıq rəngidir. Bu, Neptunun rəngidir. Bu rəngli gözlərin sahibləri özünü fədaya hazır adamlardır. Amma onlardan yaxşı təsirlə bərabər pis təsir də gözlənilir.

.Açıq rəngli gözlər ( sarıdan başqa) həyat enerjisinin defisitindən, iradəsizlikdən xəbər verir.

Qonur rəng kişi rəngidir, Plutonun rəngidir.Bu rəngli gözlü adamlar həm enerji vermək, həm də almaq qabiliyyətlidirlər.

Burun

Qatlaq burnu üzərindən dik qalxan alınlı adamlar cəsur, bəlağətli danışan, məğrur, əliaçıq və safniyyət olurlar.

İti uclu burun
sahibinin tez özündən çıxan, ciddi, sərt, təzadları qəbul etməyən adam olduğunu göstərir.

İri, uzun və geniş dəlikli burunlar igidlik, əxlaqi təmizlik və günahsızlıq göstəriciləridir.

Kök və geniş burun anlaqsız, yalançı, qaba və məhəbətdə dözümsüz adamlarda olur...

Ortasında çökəyi olan geniş, yuxarı dartılmış burun məğrur, həyasız, zəvzək və dalaşqan adamlarda olur.

Ağız

Kiçik ağız zəif xarakterdən, mövcudiyyət uğrunda məbarizəyə köklənmədən xəbər verir.

Böyük ağızlı adamlar sərt, cəsur, hər şeydə həddi aşan və gülüşcül olurlar..

Əgər ağız orta ölçülüdürsə, onun sahibi qapalı, ciddi, müsbət, müdrik, səxavətli və qorxaq adamdır.

Lap balaca ağızlılar qapalı adamlardır.

Qıraqları aşağı düşmüş orta ölçülü ağızı olanlar hissiyatları güclü adamlardır.

Dodaqlar

Nazik dodaqlar sahibinin xırdaçılığından xəbər verir.

Koppuş dodaqlar həyat uğurudur.

Üfiqi dodaqlar emosional tarazılıq əlamətidir

Üst dodaq alt dodaqdan irəli çıxırsa- qətiyyətliliik, əksinədirsə eqoistlik əlamətidir.

Kiçik dodaqlar o deməkdir ki, adam ağıllı, uzaqgörən və tədbirlidir.

İri və alt dodağı sallanan adamlar küt, başı yelli və ziyankar olurlar.

Ailə və Uşaq     Baxılıb: 6156   Tarix: 20 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az toy makiyajlari yay kolleksiyasi kosmetik vasiteler 2025 donlari balqabaq yagi hicab modelleri donlar 2025 novruz bayramina aid hakistalar lakonizm olumu lakonizim uzeyir hacibeyli