Üz kremi seçərkən nələrə diqqət etməliyik? - Mütəxəssis həyəcan təbili çaldı

Üz kremi seçərkən nələrə diqqət etməliyik? - Mütəxəssis həyəcan təbili çaldıÜz kremi alarkən diqqət etməli olduğunuz bir neçə əsas amil var. Bunlar cildinizin tipinə və ehtiyaclarına uyğun krem seçməyinizə kömək edəcək.
Bəs üz kremi alarkən nəzərə almalı olduğunuz əsas faktorlar hansılardır? 
Bu suala cavab tapmaq üçün bu sahənin mütəxəssislərindən biri olan, "Tenor" və "Lacinia" brendinin sahibi Nihad Yusifovla həmsöhbət olduq.
Mütəxəsiss Milli.Az-a açıqlamasında bildirdi ki, bir neçə amili nəzərə alıb cildimizin ehtiyaclarına uyğun doğru üz kremi seçə bilərik.
Onun sözlərinə görə, üz cildinin tipini öncədən müəyyən etmək mütləqdir:
Üz kremi seçərkən nələrə diqqət etməliyik? - Mütəxəssis həyəcan təbili çaldı"Əgər cildiniz qurudursa nəm saxlamasına kömək edəcək, zəngin və hidratlaşdırıcı xüsusiyyətlərə malik krem seçin. Qliserin, hyaluron turşusu və yağlı maddələr kimi nəm saxlayan tərkibə malik məhsullar yaxşı olar. Uox əgər yağlı cildə sahibsinizsə yüngül, su bazlı və yağsız məhsullar seçin. Cildin yağ istehsalını balanslaşdıran krem və toniklər seçmək daha uyğun olacaq. Qarışıq üz cildi olanlar isə həm yağlı, həm də quru bölgələr üçün balanslı məhsullar seçə bilər. Yəni həm nəmləndirici, həm də məsamələri tıxamayan formullar ideal olacaq. Həssas cildli xanımlar isə dermatoloji olaraq test edilmiş, parfümsüz və hipoalerjenik məhsullar seçərlərsə allergiya olmaqdan tam sığrtalanmış olacaqlar".
O, eyni zamanda iqlim şəraitinə də diqqət etməli olduğumuzu vurğulayıb.
Üz kremi seçərkən nələrə diqqət etməliyik? - Mütəxəssis həyəcan təbili çaldı"Quru iqlimdə şəraitində yaşayırsınızsa cildinizi güclü şəkildə nəmləndirən və quru havadan qoruyan kremlər seçməlisiniz. Qışda daha intensiv nəmləndirici krem istifadə etmək daha məsləhətlidir. İsti və rütubətli iqlimdə isə yüngül və həssas formullar seçin ki, cildinizdə ağırlıq yaratmasın. SPF (günəş qoruma faktoru) olan məhsullar da əhəmiyyətlidir. Yaş və ehtiyaclara gəldikdə isə gənc yaşda yəni 20-30 yaş arası xanımlar cildin təbii elastikliyini qorumağa kömək edən, çox ağır olmayan nəm artırıcı kremlər seçilməlidir. SPF (günəş qoruma) əlavə etmək də mütləqdir. Orta yaşda, yəni 30-50 yaş aralığında olan xanımlar anti-aging xüsusiyyətləri olan kremlərə üstünlük verməlidir. Kollagen istehsalını stimullaşdıran, qırışları azaldan və cildin elastikliyini artıran məhsullar daha faydalıdır. Yaşlı cild, yəni 50 yaşdan yuxarı xanımlar cildini daha çox nəmləndirməyə ehtiyacı olacaq. Daha qidalandırıcı, kollagen və elastin istehsalını dəstəkləyən krem və serumlar seçə bilərsiniz", - deyə mütəxəssis əlavə edib.
Bəs xanımlar cildini Günəşdən necə qorusun sualımıza isə belə Nihad bəy belə cavab verdi:
Üz kremi seçərkən nələrə diqqət etməliyik? - Mütəxəssis həyəcan təbili çaldı"Hər gün günəşə məruz qalmaqdan qorunmaq üçün SPF 30 və ya daha yüksək olan bir üz kremi seçməlisiniz. Bu, həm qırışların qarşısını alır, həm də cildin ağarmasına mane olur. Amma burada diqqət etməli olduğumuz məqam isə onun tərkibidir. Çalışsınlar təbii tərkiblərə üstünlük versinlər. Dərinizə uyğun təbii maddələrdən ibarət krem seçin. Məsələn aloe vera, yaşıl çay, e vitamini və narıncı ekstraktı kimi maddələr dərini qidalandırır. Kimyəvi maddələrdən qaçınmaq lazımdır. Parabenlər, sulfatlar və ftalatlar kimi zərərli kimyəvi maddələrdən qaçınmaq yaxşı olar, xüsusilə həssas ciltlər üçün. Hipoalerjenik və dermatoloji test edilmiş məhsullar həssas dərilərə sahib olanlar üçün bu tip məhsullar daha uyğun ola bilər. Məhsulun uyğunluğu da diqqət etməli məqamlardan biridir. Bunun üçün testlər edin. Yeni kremi istifadə etmədən əvvəl, kiçik bir sahədə test edin ki, allergik reaksiya və ya dəridə qızartı kimi problemlərin qarşısını alın. Bir də son olaraq deyim ki, məhsulun istifadə tarixinə fikir vermək lazımdır. Alacağınız kremin son istifadə tarixinə və saxlanma şəraitinə diqqət edin. Bu amilləri nəzərə alaraq, öz cildinizin ehtiyaclarına uyğun doğru üz kremi seçə bilərsiniz".
Xəyal
Milli.Az

Xəbərlər     Baxılıb: 1299   Tarix: 04 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

adlarin menasi geyim seçimi kosmetika mehsullari milli mətbəx qəbizlik sarimsaqla qurdun mualicesi dosabin xeyri kosmetika birlik baldıza aid hakışta qadin.az oglan evi rus dili 2ci ders