Uzananda ayaqlardakı bu ağrı infarkta işarə ola bilər - XƏBƏRDARLIQ
Almaniya kardioloqları ürəkdə problem və yaxın gələcəkdə infarkt ola biləcəyinə işarə edən simptomlar siyahısına daha birini, ayaqlar və ayaq barmaqlarındakı ağrı və giziltini də əlavə ediblər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, ürək çatışmazlığı, infarkta bir neçə gün öncədən işarət olan başgicəllənmə, aritmiya, döş qəfəsində ağrı, təngnəfəslik, nəbzin artması zamanı artıq həkimə müraciət etmək lazımdır.
Eləcə də ayaqlardakı ağrılara fikir verin. Gəzəndə pəncədə ağrı və dayandıqda ağrının səngiməsi damarların aterosklerozuna işarədir.
Uzandıqda ayaq barmaqları ətrafında ağrı və ayağa qalxanda ağrının kəsməsi də ürəkdə problem olduğunu göstərir.
Əgər qripdən sonra insan zəiflik, halsızlıq hiss edirsə və bu bir ay ərzində düzəlmirsə, deməli qrip ağırlaşması ürəyə təsir edib və ürək əzələsi iltihablaşıb. Ona görə qripdən sonra da kardioloqa müraciət etmək lazımdır.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir