Üzüm bəhməzi - Depressiya və narahatlıq pozuqluğunun dərmanı

Üzüm bəhməzi - Depressiya və narahatlıq pozuqluğunun dərmanıÜzüm bəhməzi tərkibindəki antioksidantlar və minerallar baxımından son dərəcə əhəmiyyətli bir qida qaynağıdır.
Milli.Az lent.az-a istinadən bildirir ki, depressiya və narahatlıq pozuqluğunu aradan qaldırır. Müntəzəm qəbul edilərsə, üzüm bəhməzi tərkibindəki maqnezium sayəsində depressiya və narahatlıq pozuqluğunu aradan qaldırmağa kömək edir. Bəkməzdə bol olan maqnezium əsəb sistemini sakitləşdirir və xoşbəxtlik hormonu kimi tanınan serotonini artırır. Bu, psixi sağlamlığa yaxşı təsir edir, yuxunu da tənzimləyir.
Sümük və diş sağlamlığını gücləndirir. Üzüm bəkməzi kalsiumla zəngin olduğuna görə insan sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Orqanizmdə ən bol olan mineral kimi kalsiumun demək olar ki, hamısı sümüklərdə və dişlərdə olur. Kalsium xüsusilə osteoporoza, yəni sümük rezorbsiyasına qarşı təsirli olan bir mineraldır.
Bəkməz diş və sümükləri qorumağa kömək edən yaxşı dəmir, selen və mis mənbəyidir.
Qan təzyiqi və ürək sağlamlığını tənzimləyir. Bəkməzdəki kalium qan təzyiqini tarazlaşdırmağa yardımçı olur. Kalium bir tərəfdən yüksək təzyiqə səbəb olan natriumun bədəndən çıxmasına kömək edir, digər tərəfdən damarları rahatlaşdıraraq təzyiqi aşağı salır. Bundan əlavə, kalium ürək sağlamlığını qorumağa kömək edən yaxşı bir elementdir.
Bağırsaq sağlamlığını tənzimləyir. Belə ki, üzüm bəkməzi qəbizliyə qarşı təsirli bir qidadır.
Xərçəng riskini azalda bilir. Təbiətdəki ən güclü antioksidantlardan biri daha çox qırmızı üzümdə olur. Buna görə də bəkməzi antioksidantla zəngin qida sayılır. Xərçəng hüceyrələrinin bölünməsi, çoxalması və yayılmasının qarşısını almağa kömək edə bildiyi üçün bu aktiv maddə xərçəngin müalicəsi zamanı meydana gələn yan təsirləri də azaldır.
Dəri sağlamlığını dəstəkləyir. Antioksidantlar xərçənglə yanaşı dəri sağlamlığına da müsbət təsir göstərir. Zərər verə biləcək sərbəst radikalları dayandıraraq dərinin qocalma prosesini yavaşlatmağa kömək edir.
Dəmir çatışmazlığına faydalıdır. Üzüm bəkməzinin tərkibində dəmir olduğundan dəmir çatışmazlığına qarşı istifadə edilməsi mümkündür.
Aybaşı öncəsi gərginlik və menopoz simptomlarına yaxşı gəlir. Üzüm bəkməzi yeyərkən əldə edilən maqnezium menstruasiya əvvəli olan sancılar, baş ağrıları və əhval-ruhiyyə problemlərinin aradan qaldırılmasında təsirli olur. Menstruasiya əvvəli gərginlik dövründə yaşanan bu simptomlar menopoz dövründə də yaşana bilir. Bu səbəbdən üzüm bəkməzinin tərkibindəki maqnezium menopoz dövründə də qadınlara yaxşı təsir kömək edir.
İltihabi revmatizmə (Revmatoid Artrit) qarşı faydalıdır. Bəkməzin tərkibindəki antioksidantlar iltihaba qarşı təsirlidir. Bu səbəbdən bəkməzin qəbulu xüsusilə iltihablı revmatizmə qarşı yaxşıdır.
Üzüm bəkməzi necə qəbul edilməlidir? Çox faydalı üzüm bəkməzini hər səhər 2 xörək qaşığı içmək məsləhət görülür. Bu şəkildə müntəzəm olaraq qəbul edildikdə insan orqanizmində lazım olan mineralları qarşılayır.    
Milli.Az

Xəbərlər     Baxılıb: 1224   Tarix: 04 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

qaşların formalari yay kolleksiyasi toy gecesi arıqlamaq maraqli sekiller cantalar 2026 kökəlmə sirləri kosmetika baldiz gozde olar qardasa aid haxistalar heyati qiz evi