Uzun müddət yod çatışmazlığı şəraitində yaşamaq qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsinə səbəb olur

Uzun müddət yod çatışmazlığı şəraitində yaşamaq qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsinə səbəb olurİnsan orqanizmində 25 milliqram yod var, onun 15 milliqramı qalxanabənzər vəzdə, qalan hissəsi əsasən qaraciyər, böyrək, dəri, tük və dırnaqlardadır. Yod orqanizmin maddələr mübadiləsində iştirak edir, enerji idarəetməsinə, hər şeydən əvvəl isə fiziki və zehni inkişafı tənzimləyir. Ona görə də insan bədəninin yoda ehtiyacı var. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada milyard yarım insan yod çatışmazlığından əziyyət çəkir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının endokrinologiya şöbəsinin müdiri Səbinə Məşədiyevanın dediyinə görə, bunun əsas səbəbi suda və qidada olan yod çatışmazlığıdır: "Uzun müddət yod çatışmazlığı şəraitində yaşayanlarda qalxanabənzər vəzin fəaliyyəti zəifləyir. Bunun nəticəsində yaddaş pozğunluğu, yorğunluq, süstlük yarana və hepeterioz xəstəliyi əmələ gələ bilər".
Yod çatışmazlığı əqli qüsurların yaranmasına, boyun inkişafdan qalmasına da səbəb olur. Həkim-endokrinoloq onu da qeyd edib ki, hamilə qadınlarda yod çatışmazlığı birmənalı şəkildə dölə təsiri göstərdiyindən onlar da yod qəbuluna fikir verməlidirlər: "Böyüklər üçün normal mübadilə üçün sutkada 100-150 mikroqram yod tələb olunur. Südəmər körpələr 1 yaşa qədər 50 mikroqram, 6 yaşa qədər 90 mikroqram, 12 yaşa qədər 120 mikroqram, 12 yaşdan böyük olanlar üçün 150 mikroqram yod lazımdır. Hamilə qadınlar üçün sutkada 200 mikroqram yod tələb olunur. Yod çatışmazlığı güclü olduqda körpənin dünyaya gəlməyi də müəyyən problemlər yaradır, doğulanda isə anadangəlmə hipeterioz qazana bilər".
Yod çatışmazlığının qarşısını almaq üçün lazım olan qidalar barədə danışan həkim-endokrinoloq deyib: "Yod çatışmazlığı ilə üzləşməmək üçün ilk növbədə daha çox dəniz məhsulları, meyvələrdən alma, gavalı, gilənar, tərəvəzlərdən pomidor, çuğundur və köklə qidalanmaq lazımdır. Ağartı məhsulları ilə qidalanmaq da məsləhət görülür. Məsələn, sutkada 200 qram qatıq istehlak edilməsi 60 faiz yod çatışmazlığının qarşısını alır. Çiyələk, xurma, banan, alma kimi meyvələrin qəbulu da bu sahədə yaxşı kömək edir. Qarabaşaq da yod çatışmazlığını aradan qaldırır".
Yod sağlamlığın qorunmasında mühüm rol oynayır. Ona görə də xüsusilə yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə düzgün qidalanmalı, qida rasionuna maksimum diqqət yetirmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1345   Tarix: 09 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

geyim necə seçməli gözəllik məhsulları yay kolleksiyasi geyim qaydaları faydalı qidalar estetik gözəllik stil dərsləri kosmetika ariqla efsaneler uşaq nece olur lakonizm salam