Uzun müddətli öskürək hansı xəstəliklərə işarə edir? - Mütəxəssis AÇIQLADI

Uzun müddətli öskürək hansı xəstəliklərə işarə edir? - Mütəxəssis AÇIQLADIÖskürək orqanizmin özünü qoruma refleksi olsa da, onun səbəbi hər zaman sadə soyuqdəymə olmaya bilər. Xüsusilə də iki həftədən artıq davam edən və keçmək bilməyən öskürək daha ciddi sağlamlıq problemlərinin xəbərçisinə çevrilə bilər. 
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, davamlı öskürəyin arxasında çoxsaylı səbəblər dayana bilər və onların bəziləri həyati əhəmiyyət daşıyan xəstəliklərlə bağlıdır. Ən çox rast gəlinən səbəblərdən biri xroniki bronxitdir. Bu zaman bronxların uzunmüddətli iltihabı yaranır və tənəffüs yolları həssaslaşır. Xüsusilə siqaret çəkənlərdə və tozlu mühitdə çalışan insanlarda bu daha çox müşahidə olunur.
Bronxial astma da keçməyən öskürəyin səbəblərindən biridir. Astma xəstələri çox zaman nəfəs darlığı, sinədə sıxılma və quru öskürəkdən şikayət edirlər. Əksər hallarda bu öskürək gecələr və ya fiziki hərəkət zamanı artır. Digər yayılmış səbəblərdən biri də allergik reaksiyalardır. Toz, polen, heyvan tükü kimi allergenlərə qarşı həssaslığı olan şəxslərdə burun axıntısı və göz qızartısı ilə yanaşı, davamlı öskürək də yarana bilər. Daha az tanınan, lakin çox yayılmış səbəblərdən biri isə qastroezofageal reflü xəstəliyidir. Bu zaman mədə turşusu qida borusuna doğru qalxaraq onu qıcıqlandırır və nəticədə xüsusilə gecə saatlarında quru və qıcıqlandırıcı öskürək meydana gəlir.
Keçməyən öskürək bəzi hallarda vərəm kimi infeksion xəstəliklərin də əlaməti ola bilər. Əgər öskürək qanlı bəlğəmlə müşayiət olunursa, halsızlıq və arıqlama da varsa, bu zaman dərhal həkimə müraciət etmək vacibdir. Eyni zamanda, bəzən ürək çatışmazlığı da tənəffüs yollarında maye toplanmasına səbəb olur ki, bu da davamlı öskürəyə yol açır. Xüsusilə gecə və uzanarkən baş verən öskürəklər bu baxımdan diqqətəlayiqdir. Ən ciddi ehtimallardan biri isə ağciyər xərçəngi ola bilər. Bu xəstəlik bəzən yalnız keçməyən öskürəklə özünü göstərir və erkən mərhələdə başqa heç bir simptom verməyə bilər. Siqaret çəkənlər və ya risk qrupuna daxil olan şəxslər belə hallarda daha diqqətli olmalıdır.
Qeyd edək ki, əgər öskürək iki həftədən çox çəkirsə və əlavə simptomlarla (qanlı bəlğəm, nəfəs darlığı, arıqlama və s.) müşayiət olunursa, heç bir halda gözləmək olmaz. Vaxtında həkimə müraciət etmək, erkən diaqnoz və müalicə üçün əsas şərtdir.
Eyni zamanda özbaşına antibiotik və ya öskürək dərmanları qəbul etmək düzgün yanaşma deyil. Bu, əsas xəstəliyi gizlədə bilər və vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər.
Asya
Milli.Az 

Xəbərlər     Baxılıb: 1269   Tarix: 20 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

gozel gorunmek kosmetika mehsullari geyim dəbləri uz ucun cavanlasdirici maskalar salatlar və qəlyanaltılar qadinlarda cinsi isteksizlik kısa saç hörükləri kosmetika klitor penis aybawi vetene aid bayatilar ginekoloq