""Vağzalı" sədaları altında bir oğul da köçür bu dünyadan..."

""Vağzalı" sədaları altında bir oğul da köçür bu dünyadan..."Ay bala, ay uşaq, ordan o qırmızı kilimi çıxar!

- A qız, a gəlin, servantdakıları da gətir!

- Ay oğul, o qoçu bəri çək, indi gələcək molla, qurbanımızı kəsək!

- Ana, nəlvəki...

- Bıy qavağında ölüm, nəlvəkini neynirsən?

- Ana ay ana...

- A bala nədi, nə çəkişdirirsən?

- Ana, nəlvəki lazımdı...

- A bala, toyda nəlvəki ha qoyulmur stola, mən də ona görə almamışam. Qalan nə istəyirsən get o padvaldan götür. Bıy, Allah maa ölüm versin, bu da savax-savax nəlvəki dərdinə düşdü. Heş demir toyda da nəlvəki işdənərmi? Burax ətəyimi görüm. Ay qız a Salatın, o ipək sətindən olan paltarımı çıxar görüm, örpəyimi də gətir. Yoluna qurvan olduğum gəlir ey..."

İnsanların daşa döndüyü anlar vardır. Əlin var qalxmaz, qolun var, hiss etməzsən. Dilin ağzında şişib sanki, dönməz. Dönsə deyəcəksən ki, ay ana, sağ göndərdiyin oğlun sayrı gəlir. Deyəcəksən ki, ehsanda çay içilər ey... nəlbəki tapın qonşulardan... O topal olmuş əllərinlə halva qovur, evi yıxılmışın qızı. Deyəmmirsən çünki, sənin də içindən ona qoşulub havalanmaq keçir. Yaxanı cırıb, yanağından qan sağmaq, üzünü Allaha tutub heyvan kimi bağırmaq keçir. O anda qurban olduğunla aranda heç kim olmur, yaxasından çəkib yerə salmağın gəlir. Bütün hirsin Onadı, bütün hikkən, bütün acığın Onadı!

Elə bilirsən eşitmir səni...

...bu gələn də musiqiçilərdi. Boyunları əllərində qara zurnanı havalandıracaqlar bir azdan. Bilməyəcək zalımın qızı o qırmızı sətinin balasını bəzədiyini. Təzə-təzə gəvələrin sandıqdan çıxarılıb oğul yoluna düzüldüyünü. Bilməyəcək ha. "Vağzalı" sədaları altında bir oğul da köçəcək bu dünyadan. Bu toy da ölən oğulun meyidinə çalınan toydu, səsi uzun gedəcək. O qapı-bacadan ki, hamı çəkiləcək, sən qalacaqsan evi yıxılmışın qızı, boş evində, əllərini ikiəlli çırpdığın başınla... Hər qaşıq şorbada zəhər udacaqsan, gözünün yaşı əlində olacaq. Hər gün hər gecə ölüb balama qovuşum deyə Allaha yalvaracaqsan amma...

çəkiləcək çilən var hələ...

- Ay qız, a Güldəstə, örtüyü gətirin, bu stolun qırmızısı hanı?

- Ana...

- Anan ölməsin, yazıxsan, bir az əlli ol.

- Ana ay ana!

- Nə var a bala? Niyə kirimədin bu gün?

- Ay ana, Çingiz gəldi eyy...

Azadinform.az

Xəbərlər     Baxılıb: 25748   Tarix: 06 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

turlar.az

sac duzumleri reseptler maskalar goz altı qırışlar meshurlar haqqinda usaq saclarinin yigilmasi qış tədarükü salatlar kosmetika janrlar heyati ariqla veten haqqinda atalar sozleri qiz evi