Vaxtı olmayanların "qida dostu" - Doğrudanmı konservləşdirilmiş məhsullar ziyanlıdır?

Vaxtı olmayanların Müasir həyat tərzimiz qida rasionumuza da ciddi təsir göstərir. Zamana qənaət etmək üçün bir çoxlarımız qida qəbulu zamanı konservləşdirilmiş məhsullara üstünlük veririk. Meyvə, tərəvəz, həmçinin ət və balıq məhsullarını həm təbii, həm də konservləşdirilmiş formada da yeyirik. Qida məhsullarının konservləşdirilməsinin kəşfi fransız aşpazı Fransua Apperin adı ilə bağlıdır. O, bu üsulu 1809-cu ildə ixtira etsə də, qısa zamanda bütün dünyaya yayılıb.
Konservləşdirilmiş məhsullar haqda fikirlər heç də birmənalı deyil. Cəmiyyətin bir hissəsi onun xeyirli, digər kəsim isə, əksinə, ziyanlı olduğunu iddia edir və qətiyyətlə bu tip qidalardan imtinaya çağırırlar. Bəs reallıq necədir? Doğrudanmı konservləşdirilmiş məhsullar ziyanlıdır? Gəlin birlikdə araşdıraq.
Dünya alimlərinin tədqiqatlarına görə, konservləşdirmə prosesi zülal, karbohidrat və yağlara heç bir mənfi təsir göstərmir və ərzağın qida maddələrinin xeyli hissəsi olduğu kimi qalır. Bundan başqa, bir çox minerallar, həmçinin A, D və E vitaminləri dağılmır. Amma konservləşdirmə prosesi çox vaxt yüksək temperatur altında həyata keçirildiyi üçün qidaların tərkibindəki ən zəruri sayılan C vitamini məhv olur. Bir çox məhsullar var ki, əksinə, konservləşdirmə zamanı tərkibindəki xeyirli maddələr artır. Məsələn, yüksək temperatur altında pomidordan daha çox antioksidant ayrılır ki, bu da həmin tərəvəzi sözügedən maddələrlə daha da zəngişləşdirir. Aparılan araşdırmalara görə, təzə pomidorda 0,5 qram zülal, 3 qram karbohidrat, az miqdarda yağ olduğu halda, 100 qram konservləşdirilmiş pomidorda 1 qram zülal, 3,8 qram karbohidrat, az miqdarda yağ var.
Emal zamanı vitaminlər məhv olur
Meyvə və tərəvəzlərlə yanaşı, konservləşdirilmiş qidalar arasında ən geniş yayılmışlardan biri də balıq məhsullarıdır. Məlumdur ki, balıq xarab olmaması üçün tutulan kimi ya dondurulmalı, ya da konservləşdirilməlidir. Konservləşdirmə bəzi xeyirli elementləri (məsələn, maqnezium, kalsium, kalium, fosfor və s.) və B qrupuna aid vitaminləri saxlayır. Onlar əsəb və ürək-damar sisteminə yaxşı təsir edir. Təbii ki, termiki emal zamanı müəyyən qədər vitaminlər məhv olur. Yağlı balıq növlərində həmçinin omeqa-3 vitamini də qalır. Balıq konservlərinin bir neçə növü var: yağlı, öz şirəsində, tomat sousunda və s. Amma ən məsləhətlisi tomat sousunda olanlardır. Onların kalorisi də aşağıdır.
Qaydaları gözləmədikdə kütləvi zəhərlənmələr qaçılmazdır
Həkim-infeksionist İbrahim Rufullayev deyir ki, zəhərlənmələrə əsas səbəb evdə bağlanan konserv məhsullarıdır: "Ev şəraitində konservləşdirmə sanitar rejim tam gözlənilməklə baş verməlidir. Xanımlar evdə əsasən turşular, kompotlar bağlayır. Onlar bilməlidir ki, meyvə, tərəvəz öncə yaxşı yuyulmalı, emal olunmalıdır. Daha sonra bağlanacaq bankalar da qaynadılmalı, sterilizə edilməlidir. Qaydaları gözləmədikdə kütləvi zəhərlənmələr qaçılmazdır. Bəzən həkimlər belə, bunun qarşısını ala bilmirlər. Çünki zəhərlənmənin dərəcəsi yüksək olur. Oksigen olmayan şəraitdə botulizm xəstəliyi yaranır. Yəni orada toksinlər əmələ gəlir və zəhərlənməyə səbəb olur. Konservləşdirilmiş məhsulların bağlandığı bankanı açanda diqqətli olmaq lazımdır. Əgər bankada qaz varsa, qapağı qalxmağa başlayacaq. Yaxud, açan zaman qazlı səs çıxır. Və ya dadına baxanda xoşagəlməz dad hiss edirlərsə, onu istifadə etmək olmaz. Bu, həmin məhsulun zəhərli olduğunu göstərir. Məsləhət görərdim ki, insanlar daha çox sənaye üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara üstünlük versinlər. Burada praktiki olaraq zəhərlənməyə əsas qalmır. Amma ev şəraitində hazırlanan məhsullar, əlbəttə ki, təhlükəlidir".
Ən çox zəhərlənmələr bu halda baş verir
Həkim-terapevt Məlahət Qarayeva deyir ki, konserv məhsulu alarkən üzərində saxlanma müddətinə baxmaq çox vacibdir: "Bir çox ət konservlərinin saxlanma müddəti 3 ildən 5 ilə qədərdir. Konservləşmiş məhsulları alarkən etiketdəki məlumatlar, markalanma, qabın səthində mümkün olan defektlər, pas ləkələri, məhsulun yığım ölçüsü və vəziyyətinə diqqət yetirilməlidir. Bəzən qabların daxili səthində sterilizə zamanı göy rəngli ləkələr əmələ gəlir. Bu təbəqədən qorxmaq lazım deyil. Çünki ziyansızdır. Sadəcə, konservlərin xarici görünüşünü dəyişir. Şüşə bankalarda belə hallar daha çox olur. Dəmir-sulfidin tünd rəngli təbəqəsi əmələ gəlir. Köhnə, iy gələn, vaxtı keçmiş ət və balıq konserv məhsullarından istifadə etmək qəti qadağandır və insan orqanizmində mənfi fəsadlara yol aça bilər. Belə məhsullardan zəhərlənmə zamanı ölüm faktları da qeydə alınır. Ən çox zəhərlənmələr bağlı qablardakı turşu məhsullarından istifadə zamanı baş verir. Turşuya qarışan botulotoksin zəhərlənməyə səbəb olur və bəzən ölümlə nəticələnir. Açıq turşularda belə hallar baş vermir və botulizm olmur. İnsanlar bilməlidirlər ki, turşu qoyulan balonlarda qapaq şişibsə, suyu bulanıqdırsa belə məhsulları yemək olmaz. Bu tək ev şəraitində deyil, fabrik istehsalı olan məhsullara da aiddir. Bəzən plastik qablarda qoyulan turşular da zəhərlənməyə səbəb olur. Bu, turşunun tərkibində olan maddələrin qabın tərkibində olan zəhərli maddələrlə qarışması zamanı baş verir. Hər kəsə konserv məhsullarından istifadə edərkən dadında, iyində, görünüşündə hər hansı bir şübhə əmələ gələrsə, qəti olaraq yeməməyi tövsiyə edirəm".
"Kaspi" qəzeti
Milli.Az

Xəbərlər     Baxılıb: 1281   Tarix: 20 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

maskalar kosmetika mehsullari gözəllik məhsulları döş əmən kişilər resept hamiləlikdə islamda qadinlar kosmetika vətənə aid bayatı veten haqqinda atalar sozleri xərçəng bürcü atalar sözləri rus dili 2ci ders