Ventilyator qarşısında yatmaq bu 4 xəstəliyə yol açır
Yay gecələrinin ayrılmaz vasitəsi olan ventilyator zərərsiz görünsə də, ekspertlər sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirir.
Milli.Az xəbər verir ki, "sleep advisor" saytının məlumatına görə gecə boyunca birbaşa hava axınına məruz qalmaq allergiyadan əzələ ağrılarına qədər bir sıra gözlənilməz problemlərə yol aça bilər.
Mütəxəssislər ventilyatorun düzgün istifadə edilmədiyi halda aşağıdakı təsirlərə səbəb ola biləcəyini qeyd edir: Allergiyanı gücləndirə bilər, çünki havadakı toz, polen və digər allergenləri nəfəs yollarına daşıyır. Dəri və tənəffüs yollarını quruda bilər, bu da səhər narahatlığına səbəb olur. Quru hava sinüs yollarını qıcıqlandıraraq tıxanmaya və baş ağrısına gətirib çıxara bilər. Gecə boyunca bədənin müəyyən hissəsinə yönəlmiş soyuq hava əzələlərin tutulmasına, boyun və bel ağrılarına səbəb ola bilər.
Mütəxəssislər ventilyatorun risklərini azaltmaq və eyni zamanda sərin qalmaq üçün sadə üsul təklif edir: 4-6 şüşə suya duz əlavə edib dondurun, dondurulmuş şüşələri qaba qoyaraq ventilyatorun qarşısına yerləşdirin. Ventilyator işlədikdə, hava şüşələr üzərindən keçərək otağa sərin şəkildə yayacaq.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO