VƏSSALAM! Azərbaycanda qardaşı qızını qaçırdan əmi danışdı: "Xəbəri arvadım yayıb, o da başqasından hamilədir" -VIDEO

Gəncə sakini Həsən Səfərovun qardaşı qızı ilə birlikdə qaçması, dini nikah bağlaması xəbəri ötən gündən müzakirəyə çevrilib.
Cəmiyyətdə şok effekti yaradan bu hadisənin tərəfləri ilə biz də əlaqə saxlayıb məsələni aydınlaşdırmağa çalışdıq.
Əvvəlcə, suallarımıza məsələni mətbuata çıxaran Həmidə Səfərova cavab verdi.
O, 2011-ci ildən ailəli olduğunu və həyat yoldaşı ilə qaynı qızını dəfələrlə bir yerdə gördüyünü iddia edir.
"Ailə qurandan bir müddət sonra onların münasibətlərinin olduğunu hiss etdim. Bunu qohumlarına da dedim, amma heç kim inanmadı. Həsənin özünə də dedim, qəbul etmədi, məni hədələdi. Yoldaşım dəfələrlə gedib onunla birlikdə qalıb. Bunu ailəmə də dedim, ancaq onlar da inanmadılar. Hətta o qızın özünə də dedim belə etməsin. O da mənə tərs cavab verdi, əmisinin onun ailəsi olduğunu, alacağını dedi. İndi də İmamzadədə dini nikah bağlayıblar. Kimi onların Şəmkirdə, kimi də Bakıda yaşadıqlarını deyir. Dəqiq harda olduqlarını bilmirəm. İndi mənim bu məsələni efirə çıxarmaqdan başqa yolum qalmadı. Qayınım da məni efirə çıxdığıma görə qınayır".
H.Səfərova iddia edir ki, qayını qızının ikinci uşağının atası Həsən Səfərovdur:
"Qayınım qızının ikinci uşağı xəstə doğulub. Yoldaşı da bundan şübhələnib. Həm də uşaq mənim yoldaşıma oxşayır. Qız evdən gedəndən sonra o uşaqları gətirib qayınımgilə atıb".
H.Səfərova yoldaşının boşanmaq üçün məhkəməyə gəlmədiyini iddia edir.
"Mən üç uşaqla küçədə qalmışam. Məndən boşanandan sonra nə istəyir etsin. Mənim bir istəyim var, məndən rəsmi sürətdə boşansın, sonra kiminlə istəyir ailə qursun. 3 uşağım var, onların alimentini versin. Uşaqlarımı saxlamağa imkanım yoxdur. Hətta bu hadisəni bilsəm də, məhkəmənin bizi barışdıracağını düşündüm. Ailəsi də mənə hər şeyin düzələcəyini dedi, amma bundan sonra heç bir yol qalmayıb. İndi məni ailəm də qəbul etmək istəmir. Onları qınamıram, anam pensiya ilə dolanır, məni, 3 uşağımı necə saxlasın?"
Həmidə Səfərovanın bu iddialarına yoldaşı Həsən Səfərovun münasibətini öyrəndik. O, həyat yoldaşının dediklərini inkar etdi:
"Mən qələt edərəm, qardaşım qızı ilə qaçaram. Onun dedikləri hamısı yalandır. Mən hazırda Şəmkirdə işləyirəm. Düzdür, qardaşım qızının ailəsində problemlər var. İndi o, Bakıda qardaşının evindədir. Onların ailəsindəki problemin səbəbini bilmirəm. Sadəcə bilirəm ki, mən axırıncı dəfə Gəncədə olanda qardaşım qızı mənə zəng etdi, yoldaşı ilə dalaşdığını dedi. Mən də qardaşım oğluna xəbər verdim. Qızı qardaşına təhvil verdim, onlar Bakıya, mən də Şəmkirə getdim".
H.Səfərovanın nə üçün bu cür iddialar səsləndirməsinə gəldikdə, H.Səfərov əksinə, həyat yoldaşının başqa şəxslərlə münasibətinin olduğunu dedi:
"Biz onunla boşanma ərəfəsindəyik. Məhkəməmiz var. Sadəcə Həmidə hamilədir, amma o, mənim uşağım deyil. Uşağın doğulmasını gözləyirdik, DNT testi aparılacaq, ondan sonra məhkəmə keçiriləcək. Çünki mən o uşağı qəbul etmirəm. O qadın ötən ilin mart ayında mənim evimdən çıxıb, bir ildən sonra qayıdıb, sonra da hamilə olduğunu deyir. O qadın mənim telefonumu oğurlayıb, bütün nömrələrə zəng edib, bütün dost-tanışımla görüşüb. Mənim ondan ayrılmaq istəməyimin səbəbi də budur. O, özünün damarını kəsib, mənim üstümə atdı. İki qızımızı boğub. Uşaqları elə döyür ki, qulaqlarından qan gəlib. Mənə, qardaşıma bir şey olsa, onun üçün pis olacaq. O gəlini heç birimiz istəmirik. Böyük qardaşımın qırxı çıxmamış anamın saçını yoldu. 9 aydır ondan boşanmaq istəyirəm. Bir qızı ki, anası evindən qovur, kafelərdə qalır, o, mənə lazım deyil".
Qardaşı qızının öz qardaşı ilə birlikdə olduğunu iddia edən H.Səfərovdan onların əlaqə nömrəsini istəsək də, o, qızın nömrəsini bilmədiyini, qardaşı oğlunun isə telefonunun sındığını dedi.

VƏSSALAM! Azərbaycanda qardaşı qızını qaçırdan əmi danışdı: "Xəbəri arvadım yayıb, o da başqasından hamilədir" -VIDEOVƏSSALAM! Azərbaycanda qardaşı qızını qaçırdan əmi danışdı: "Xəbəri arvadım yayıb, o da başqasından hamilədir" -VIDEO

Xəbərlər     Baxılıb: 2304   Tarix: 05 aprel 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bir məşq səkkiz xroniki xəstəlik riskini azaldır

Tədqiqatçılar Böyük Britaniya Biobank məlumatlarından istifadə edərək təxminən 470 min insanın hərəkətlərini 9 il boyunca izləyiblər. Nəticələr göstərib ki, ümumi fiziki fəallığının cəmi 4 faizini yüksək intensivlikli məşqlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

turlar.az

həkim məsləhəti toy makiyajlari kosmetoloq agardici maskalar resepti sümük və saç hicab ortukleri hamiləlikdən sonra kosmetika novruz hakışdaları qu quşu xerçeng hakistalar novruz bayramina aid hakista