Vəzifəli şəxsi güllələyən keçmiş məhkum danışdı: "Həyat yoldaşıma..." + YENİLƏNİB

Vəzifəli şəxsi güllələyən keçmiş məhkum danışdı: "Həyat yoldaşıma..." + YENİLƏNİBAğdaş rayonunda vəzifəli şəxsin güllələnərək qətlə yetirilməsi olayının təfərrüatı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, dünən saat 22 radələrində "Dəhnə" kafesində "Azərsu" ASC-nin "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlunu tapança ilə güllələyən 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu qətli qısqanclıq zəminində törətdiyini deyib. O, ilkin ifadəsində iddia edib ki, E.Babayev həyat yoldaşına mesaj yazdığı üçün bu cinayəti törədib.

Araşdırmalar zamanı o da məlum olub ki, P.İsmayılov bir neçə il əvvəl qaraçı millətindən olan qadını da güllələyərək öldürüb. Həmin vaxt qadınla yeyib-içən P.İsmayılov daha sonra silaha əl atıb və onu güllələləyib.

Tanışları dünən qətlə yetirilən E.Babayevi müsbət xarakterli şəxs kimi xarakterizə ediblər. Onun həyat yoldaşı bir neçə il əvvəl vəfat edibmiş.

Qeyd edək ki, dünənki cinayət P.İsmayılov E.Babayevlə birgə kafedə yeyib-içdikdən sonra baş verib. 37 yaşlı Pərviz üzərində gəzdirdiyi tapança ilə uşaqlıqdan tanıdığı Elçinə döş qəfəsi nahiyəsindən 3 dəfə atəş açıb.

Araşdırmalar davam etdirilir.

***

Ağdaş rayonunda vəzifəli şəxsi odlu silahla öldürən şəxs tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, dekabrın 28-də saat 22:00 radələrində Ağdaş rayonundakı "Dəhnə" kafesində Ağdaş şəhər sakini, "Azərsu" ASC-nin "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlu ilə orada yeyib-içdiyi dostu, Ağdaş sakini, 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu arasında insident olub. Pərviz İsmayılov tapançadan 3 dəfə atəş açaraq, şöbə rəisini öldürüb, özü isə silahını da alaraq, qaçıb.

Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları həmin silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onu qısa zamanda taparaq istintaqa təhvil veriblər.

Qeyd edək ki, Pərviz İsmayılov daha əvvəl bir qızı ov tüfəngi ilə qətlə yetirdiyi üçün 10 ildən çox məhkumluq həyatı yaşayıb. Onun Elçin Babayevi də qısqanclıq zəminində qətlə yetirdiyi bildirilir.

Xəbərlər     Baxılıb: 1724   Tarix: 29 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu

Bağırsaq sağlamlığı təkcə həzm sistemi üçün deyil, həm də immunitet, enerji səviyyəsi və hətta psixi vəziyyətimiz üçün həlledici rol oynayır. Elm sübut edir ki, bağırsaq mikrobiomumuzu (orada yaşayan faydalı bakteriya v

turlar.az

hamilelikde qidalanma qadin dunyasi donlar 2026 hakista xina yaxdi sozleri gil maskalari soda maskasi meyveli tort kosmetika geyim nagillar oglaq lakonizim xlor lekesi