"Vicdan haqqı" serialının Nərmini: "Cəmiyyətimiz yataq səhnələrinə hazır deyil"

"Vicdan haqqı" serialının Nərmini: "Cəmiyyətimiz yataq səhnələrinə hazır deyil"ATV-də yayımlanan "Vicdan haqqı" serialının Nərmini müsahibə verib.

Xanim.az-in məlumatına görə, cazibədar aktrisa Yağmur Şahbazova yenicag.az-ın suallarını cavablandırıb.

– Yağmur, bildiyimə görə peşəkar aktrisa deyilsən. Bəs necə oldu ki, seriallara dəvət aldın?

– Əslində, mən əvvəllər model kimi fəaliyyət göstərmişəm. Heç aktrisa olmağı da planlaşdırmamışdım. Bilirsiniz ki, anam Esmiralda Şahbazova, İrəvan Dram Teatrının aktrisasıdır, əməkdar artistdir. Anam "Tək olanda qorxma" serialına çəkilirdi, bir dəfə onunla mən də getdim. Rejissor məni gördü və həmin seriala dəvət etdi.

– Amma etiraf edək ki, tamaşaçı səni "Vicdan haqqı" serialında tanıyıb sevdi?

– Mən özüm də bunu etiraf edirəm ki, rejissor Rövşən İsax demək olar ki, məni aktrisa kimi kəşf etdi.

– Canlandırdığın obraz necə qarşılandı?

– Mən Türkiyədən hamilə qayıtmış bir qızın obrazını canlandırırdım. Əvvəlcə bəzi insanlar bu rolu o qədər də müsbət qarşılamadı, mentalitetimizə yad hadisə kimi qəbul etdi. Amma sonradan obrazı anlamağa başladılar. Başa düşdülər ki, həmin oğlanın fikri ciddi idi. Hətta arxamca Bakıya gəlirdi ki, mənimlə evlənsin, amma yolda qəzaya düşüb öldü.

– Mentalitetə uyğun olmayan belə bir obraza çəkilərkən, "ətrafdakılar nə deyər" fikrinə görə, tərəddüd hissi keçirtmədin ki?

– Bir az tərəddüd hissi oldu, amma obrazla tanışlıqdan sonra gördüm ki, rolda heç bir açıq-saçıqlıq yoxdur. Çəkildim və insanlar tərəfindən də maraqla qarşılandı.

– Həyatda Nərminin qarşılaşdığı hadisə öz başına gəlsəydi, necə hərəkət edərdin?

– Belə hadisə başıma gəlmədiyi üçün fikir bildirə bilmərəm. Amma onu deyə bilərəm ki, heç bir valideyn istəməz qızının başına belə hadisə gəlsin. Hər halda, valideyn üçün bu, dəhşətdir.

– Ümumiyyətlə, elə səhnələr varmı ki, heç vaxt o səhnələrə çəkilməzsən?

– Var. Açıq-saçıq, eyni zamanda yataq səhnələrinə heç vaxt çəkilmərəm. Çünki bilirəm ki, bu səhnələr mentalitetə zidd hərəkət kimi dəyərləndiriləcək.

– Yəni cəmiyyətdə qınağa tuş gəlməkdən qorxduğun üçün razılıq verməzsən?

– Bəli. Cəmiyyət belə səhnələrə hazır deyil, onlar belə obrazları qəbul etmir.

– Gözəl qızların ətrafında oğlanlar həmişə çox olur…

– Mən oğlanlardan qaçıram, boş-boş münasibətlərə vaxt ayırmıram. Yazırlar, sevgilərini bildirirlər, amma əhəmiyyət vermirəm.

– Həmkarlarından fərqli olaraq, nədənsə, sosial şəbəkədə də fəal deyilsən…

– Mən sosial şəbəkələrdən həmişə uzaq olmuşam. Yalnız "Vicdan haqqı" serialında çəkiləndən sonra feyzbuk və instaqrama daxil oldum. Demək olar ki, yalnız instaqramda varam.

– "Gözəl qızların bəxti gözəl olmur", deyirlər, düzdür?

– Belə deyirlər, amma məndə hər şey yaxşıdır.

– Gözdən-nəzərdən qorxmursan ki?

– Əslində, qorxuram, çünki mənə xoş sözlər deyiləndən sonra adətən, başım ağrıyır. Bununla belə, nəzərdən qorunmaq üçün hər hansı bir vasitədən istifadə etmirəm.

– Gözəlliyin sənətində sənə yol açıb?

– Təbii ki, ilk baxışda görünüşüm diqqət çəkib. Amma istedadın olmasa, gözəllik həmişə köməyə çatmır. İstedad da olanda, gözəllik də onun üstünə əlavə olunur.

– Səni həyatda ən çox nə qorxudur?

– Şər-böhtandan çox qorxuram. Başıma da gəlib. Amma bu barədə danışmaq istəmirəm.

– Haqqında yayılan elə bir şayiə olub ki, eşidəndə şoka düşmüsən?

– Olub. Amma bunu demək istəmirəm.

– Reaksiyan necə olub bəs?

– Ağlamışam.

– Hecə bir oğlanla ailə qurmaq istərdin? Özün kimi yaraşıqlı olsun?

– Yox, mənim üçün xarici görünüş önəmli deyil.

– Bəs imkanı?

– Qətiyyən. Əsas olan insani keyfiyyətləridir.

Xəbərlər     Baxılıb: 4060   Tarix: 08 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

qadin sayti yaz geyimleri 2026 geymler 2026 qonaq otaqi dizayni seks prosesi zeytun mürəbbəsi hamiləlik və analıq kosmetika qiz evi ucun bakire novruz bayramına aid hakışda qiz adlari azerbaycanli is adami amerikada gullelendi