Vüqar onu polisə şikayət edən Elza Seyidcahanla barışdı
Əməkdar artist Elza Seyidcahan və meyxanaçı Vüqar Əbdülov barışıb.
azxeber.com xəbər verir ki, bu haqda Vüqar qonaq olduğu "Günə uğurla" verilişində danışıb.
O bildirib ki, Seyidcahanla küsülülyə son qoyublar:
"Elza Seyidcahan gözəl insan və bəstəkardır. Bəzi şeirlərində olan çılpaq sözlərə irad bildirmişəm. Bu da onun xətrinə dəymişdi. Dedim, Elza xanım, sizin nə şərəf, nə ləyaqətinizə toxunmamışam. Bir tamaşaçı kimi şeirinizə nəsə deməyə ixtiyarım var. Onun bir şeirini parodiya etdim. Sonra barışdıq. O cür mahnılar bəstələyib, onu necə sevməyə bilərsən? Sadəcə, yazdığı şeirlər insanları qıcıqlandırır. İstəmirəm uşaqlarımız elə açıq-saçıq sözlər olan şeirləri dinləsin".
Qeyd edək ki, E.Seyidcahan Vüqarı polisə şikayət etdiyini deyərək "Ona cinayət işi açılıb. Hələ də məhkəmə davam edir. Onlar məni yox, böyüklərimi təhqir ediblər. Mən adıma, müəllimlərimə xələl gətirməmişəm. Qoymaram ki, kimsə bunu təhqir etsinlər" sözlərini əlavə edib.









Hakışta
Arzuolunmaz hamiləlik
Qaravəllilər
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cövdət qızı ilə - Fotolar
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün