Xalq arasında yayılan müalicə üsulları haqqında İNANILMAZ FAKTLAR

Xalq arasında yayılan müalicə üsulları haqqında İNANILMAZ FAKTLARŞəkər, təzyiq və astma dərmanları asılılıq yaradır, xəstələnəndə tərləmək yaxşı təsir edir, təzyiq qalxdıqda limonlu su içmək və.s kimi məsləhətlər verilir. Hamımız xəstələnəndə bəzən həkimə müraciət etmək əvəzinə, xalq arasında yayılmış müalicə üsullarına əl atırıq. Ancaq qeyri-peşəkar üsulları tətbiq etməkdən çəkinmək və hər bir sağlamlıq problemi ilə əlaqədar həkimə müraciət etmək çox mühümdür. Çünki cəmiyyətdə sağlamlıqla bağlı doğru bilinən min cür səhvlər var. Bu səhvlər isə insanları həkim nəzarətindən çəkindirməyə, müalicədə gecikmələrə, hətta ciddi sağlamlıq problemlərinə belə yol aça bilər. Bəs bu xurafatların doğrusu nədir?
Publika.az-ın sağlamlıq bölməsi Türkiyəli daxili orqan xəstəlikləri üzrə mütəxəssis həkim Əhməd Uslunun bu barədə verdiyi açıqlamaları təqdim edir:
1.yanlış: "Kərə yağı zərərli deyil, istədiyin qədər yeyə bilərsən: Həm ləzzətli, həm də sağlam olduğu üçün yeməkləri kərə yağı ilə bişirməyə üstünlük verirəm". Şübhəsiz, bu cümləni bir çox insandan eşitmisiniz. Güman edilənin əksinə olaraq kərə yağının qida dəyərinin yüksək olmasına baxmayaraq, çox sıx miqdarda doymuş yağlar ehtiva etməsi səbəbindən damar sərtliyini artırma ehtimalı çox yüksəkdir. Bu səbəbdən tez-tez və ya həddindən artıq istehlak edilməsi ürək sağlamlığına mənfi təsir göstərir.
2.yanlış: İnsulin, təzyiq, astma və s. dərmanlar asılılıq yaradır: Diabet, astma, təzyiq və ürək dərmanları asılılıq yaratmırlar. Bu qrup dərmanlar uzun müddət, əsasən də ömür boyu istifadə etməyi tələb edir. Onsuz da bu cür dərmanları müntəzəm istifadə etmək xəstəliklərin yaradacağı fəsadlardan qorunmaq üçün lazım olur.
3.yanlış: Vitamin və mineral qəbul etmək xəstəliklərə qarşı immuniteti gücləndirir, xəstəliyin qarşısını alır: bu tərz üsullar infeksiya mənşəli xəstəliklərin qarşısını almaqda və bütün zamanlar üçün keçərli deyil. Bunlar güc və ya enerji ilə təmin etmir. Vitamin ilə mineralların çatışmadıqda bəzən xaricdən alınması lazım olur. Bəzi somatik xəstəliklərdə, bəzi irsi hallarda qida çatışmazlığı və s. vəziyyətlərdə.
4.yanlış: Xəstələnəndə tərləmək üçün qalın geyinmək və üstümüzü örtməliyik. Bu davranışların soyuqdəymə, qrip və ya qızdırma kimi hallarda xəstəliyin sağalma müddətini azaltdığını düşünülür. Lakin bu kimi hallarda qızdırmalı xəstələrə ilıq duş qəbul etmək və çox qalın geyinmədən istirahət etmələri lazımdır. Həmçinin tərlədiyi zaman tez-tez paltar dəyişmək şərtdir. Çünki qalın geyinmək qızdırmanı daha da artıraraq xəstənin halsızlaşmasına yol açır.
5.yanlış: İshal olduqda qəhvəyə limon sıxıb içmək və ya kola içmək yaxşı təsir edir: İshalın fərqli səbəbləri və fərqli müalicə növləri olsa da, əsas yanaşması eynidir. Xəstənin itirdiyi maye miqdarını qarşılayacaq qədər maye qəbul etmək lazımdır. Nə infeksiya mənşəli, nə də qida zəhərlənməsinə bağlı ishallarda limon-qəhvə və ya kola içməyin heç bir müsbət təsiri olmur. Onsuz da qida zəhərlənməsi kimi bir vəziyyətə bağlı ishal 2 gündən artıq davam etmir. İnfeksiyalarda isə bəzən antibiotik ehtiyacı olsa da, çox vaxt lazımsız olur.
6.yanlış: Sarımsaq, limon və qreypfrut şirəsi təzyiqi aşağı salır: Aparılan böyük miqyaslı araşdırmalar bu ərzaqların təzyiqdə ciddi dəyişiklik etdiyi müəyyənləşdirməyib. Təzyiqi yüksəldikdə bu ərzaqları qəbul edən və bu səbəblə təzyiqinin aşağı düşəcəyinə inanan bir adamda psixoloji olaraq arxayınlaşmaqla, təzyiq yüksəkliyinə yol açan hormonların ifrazında azalma müşahidə olunur. Həmçinin təzyiqin bir az düşməsindən danışmaq olar. Amma bu ciddi təzyiq xəstələrində təsirli olmur və təzyiq dərmanlarının verdiyi effekti verə bilməz. Və daha da əhəmiyyətlisi, əgər istifadə edilən xolesterin və ya təzyiq dərmanları varsa, bu başqa problemlərə də yol aça bilər.
7.yanlış: Qrip və soyuqdəymədə hər zaman antibiotik istifadə etmək lazımdır: Qrip və soyuqdəymə kimi xəstəliklərə virus deyilən canlılar səbəb olur. Bu canlılar bakteriya olmadığı üçün antibakterial dərmanlarla yox edilməsi mümkün deyil. Ancaq mikrob olduğu hallarda istifadə edilməsi lazım olan antibiotiklərin tez-tez istifadə edilməsi mikrobların bu dərmanlara qarşı müqavimətinin inkişaf etməsinə səbəb olur. Dolayısı ilə dərmanlar effekt vermir.
8.yanlış: Zəli yapışdırma və buna bənzər üsullar bir çox xəstəliyə yaxşı təsir edir: Bu cür üsullar gigiyena və sanitariya qaydalarına əməl olunmadıqda çox ciddi sağlamlıq problemlərinə yol açır. Orqanizmdən çirkli qanı uzaqlaşdırmaq sadəcə xəyal məhsuludur. Bir yer kəsilsə də, qan bədəndən qan kimi çıxır, süzülüb ancaq zəhərli maddələrdən təmizlənmir. İnsan övladı bədəndəki çirkli qanı təmizləmək üçün ürək-ağciyər maşınlarını, dializ maşınlarını və s. texniki prosesləri kəşf etmiş və inkişaf etdirməyə də davam edir.

Xəbərlər     Baxılıb: 2241   Tarix: 19 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

kosmetik vasiteler qaşların formalari kosmetika mehsullari seksi geyim ilk öpüş bayatılar vətən haqqında müalicəvi bitkilər kosmetika balıq itburnu kökəlmək üçün sağlıq atalar sözü