Xalq artisti Röya Ayxan "Ərə gedirəm" adlı layihəsini təqdim edib - FOTOLAR

Xalq artisti Röya Ayxan Pop ulduz Abbas İsmayılovun müəllifi olduğu sözügedən mahnını ekranlaşdırmaq qərarına gəlib. 
Bunun üçün o, klipmeyker Soltan İbrahimova müraciət edib. 
Layihədə sənətçi 25 illik rəfiqələri ilə kamera qarşısına keçib. Klipdə iş xanımları Solmaz Məlikova, Pərvanə Əhmədova, aktrisa Kəmalə Piriyeva, saç ustası Günel Əliyeva və Anya Xudayeva rol alıb. 
Ekran işində Xalq artisti hər gördüyü bəyə aşiq olan, anidən fikrindən daşınan, hətta onu unudan xanım obrazını canlandırır. O, cəmi bir dəfə gördüyü əcnəbiyə aşiq olur, dostları ilə onu müzakirə edir, hətta atasına həmin şəxsin fotosunu "WhatsApp" üzərindən ataraq tanış edir. Lakin atası buna etirazını ingilis dilində "Oh my God" ifadəsi ilə bildirir. 
Çəkilişdə yer alan rəfiqələrin isə obrazları fərqli xarakterə sahibdir. Kimi Röya Ayxanın evliliyinə mane olmağa çalışır, kimi dəstək göstərir, kimi isə onun iki günlük sevgi yaşadığını obrazlı şəkildə dilə gətirir. 
5 rəfiqənin biri xəyalpərəst, "gündəlik" yazmaqla məşğul olan Günel, digəri qızlar qrupunun çoxbilmişi, falda məharəti olan Pərvanə, yaşlanmamaq üçün mübarizə aparan, daim özünə qulluq edən Solmaz, pilates, fitnesslə məşğul olan, həyatı idmandan ibarət Anya və öz dostlarından başqa heç kəsi sevməyən, aqressiv, evlilik həyatına soyuq münasibət bəsləyən roker Kəmalə Piriyevadır. 
Layihə üçün xüsusi dekor qurulub, geyimlər hazırlanıb və baş qəhrəman, eyni zamanda rəfiqələrinin staylinqini Azər Cəfər edib. 
Klipin prodüseri Kənan Bayramovdur və Xalq artisti layihənin direktorluğunu Elvin Elxana həvalə edib. 
Rəngarəng, eyni zamanda əyləncəli görüntülərə malik "Ərə gedirəm" bütün musiqi platformalarında təqdim edilib.
Fotolar: Azər Jafar

/ azxeber.com

Şou Biznes     Baxılıb: 1728   Tarix: 02 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktrisanın QİÇS-dən öldüyü təsdiqləndi

35 yaşında vəfat edən "The Ring" filmində "Samara" rolunu canlandıran aktrisa  Deyvi Çeyzin  ölüm səbəbi bəlli olub. xarici mətbuata istinadən xəbər verir ki, Los-Anceles İl Tibbi Ekspertiza İdarəsini

.

Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı

Aktrisa Ülviyyə Xəlilbəyli keçmiş həyat yoldaşı və həmkarı Murad İsmayılla ayrılığı barədə ilk dəfə ətraflı açıqlama verib. Aktrisa bu barədə Nail Naiboğlunun "YouTube" kanalında yayımlanan müsahibəsində danışıb

.

Can Kolukısa vəfat etdi

Türkiyəli məşhur aktyor, "Yeşilçam"ın sənətçisi Can Kolukısa 92 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb. Aktyor "Kapıcılar Kralı", "Züğürt Ağa", "Selamsı

.

Məşhur müğənninin qardaşı saxlanıldı

İstanbul Anadolu Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində Şile Bələdiyyəsinə dair yeni əməliyyat keçirilib. xəbər verir ki, İstanbul və İzmir şəhərlərində eyni vaxtda həyata keçirilə

.

Müğənninin Azərbaycandan çıxışına 'stop' qoyulub

Müğənni Mehin Hümbətovanın ölkədən çıxışına qadağa qoyulub. xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb. O bildirib ki, yay tətilinə də heç yerə gedə bilmir:. "2 aydır ölkədən çıxa bilmirəm. "Stop"u

.

Anşlaq, alqış, sənət – Eyyub Yaqubovdan unudulmaz konsert

Xalq artisti Eyyub Yaqubov Heydər Əliyev Sarayında keçirilən solo konsert proqramı öncəsi media nümayəndələrinin suallarını cavablandırıb, yaradıcılığı və konsertlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, sənətkarın sözlərin

.

Avropada müğənnilər məni təkrarlayırlar

"Evim elə muzeydir. Hərdən qarderobumu görə bilmirəm. Bir geyimi tapmaq üçün bütün qutuları, qarderobu boşaltmalı oluram. Evim aksessuarlarla da doludur". axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artis

.

Elşad Qarayevin vəsiyyəti nədir?

Müğənni Elşad Qarayev vəsiyyətini açıqlayıb. Sənətçi bu barədə "Bir gün" verilişində danışıb. "Hər dəfə rayona gələndə qardaşlarımın məzarını ziyarət edirəm. Bu dünyadan hamımız köçəcəyik. Amma köçməyin d

.

Haluk Leventin saxlanılan köməkçisi danışdı

İstanbul Respublika Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan Yeliz Kaya ifadəsində diqqət çəkən iddialar səsləndirib. xəbər verir ki, yerli KİV-in məlumatına görə, Haluk Leventin köməkçis

turlar.az

yay geyimləri 2026 geyim seçimi kosmetik vasiteler badimcandan qisa hazirliq maraqli pecenyeler zire yagi sac ucun nermin ibrahimova kosmetika vətənə aid novruza aid hakista xərçəng bürcü kurtlar vadisi novruz