Xalq artisti 'Vokaliz'in remix variantını təqdim etdi - AUDİO
Xalq artisti Briliant Dadaşova musiqi layihəsi olan "Best of Brilliant" çərçivəsində müxtəlif illərdə repertuarına daxil olan mahnıları yenidən ifa etməyə davam edir.
azxeber.com xəbər verir ki, bu layihə artıq onun pərəstişkarlarının böyük marağına səbəbdir və növbəti yenidən səsləndirilən hit mahnı "Vokaliz" olub.
Bu, Briliant Dadaşovanın karyerasında ən parlaq mahnılardan biri hesab edilir. İllər əvvəl buraxılmasına baxmayaraq, bu kompozisiya öz aktuallığını qoruyub saxlayır və dinləyicilər arasında hələ də populyardır.
Briliant Dadaşova mahnının yeni ifasında onun orijinal atmosferini qorumağı bacarıb, eyni zamanda onu müasir musiqi tendensiyalarına uyğunlaşdırıb. Bu da "Vokaliz"in həm təravətli səslənməsinə, həm də öz unikal kimliyini itirməməsinə imkan verib.
Qeyd edək ki, "Best of Brilliant" layihəsi Briliant Dadaşovanın yeni konsert proqramının əsasını təşkil edib. Müğənni bu proqramla 8 mart – Beynəlxalq Qadınlar Günündə Bakı Konqres Mərkəzində çıxış edəcək.
Aysel









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!