Xalq artisti: "Yoldaşımı, nəvəmi öldürən eks-məmur oğlunun azad olunacağını gözləmirdim" - FOTO

Xalq artisti: "Yoldaşımı, nəvəmi öldürən eks-məmur oğlunun azad olunacağını gözləmirdim" - FOTOYola saldığımız Novruz bayramı ərəfəsində verilən əfv sərəncamı ilə həbsdən azadlığa çıxanlar arasında xalq artisti, tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olmuş Xalid Mübariz oğlu Mədətov da oldu. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü ilə azadlıqdan məhrum edilmiş Xaliq Mədətov yüksək sürətlə idarə etdiyi "Mercedes-Benz Gelandewagen-55" markalı avtomobilini xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi "VAZ-2106"-a çırpmış, nəticədə A.Abduallayevin həyat yoldaşı və nəvəsi hadisə yerində ölmüşdü. Ağır bədən xəsarətləri alan gəlini Səadət Abdullayeva isə xəstəxanaya yerləşdirilmiş, eyni Xanim.az xəbər verir ki, xalq artisti A.Abdullayev modern.az-a həyat yoldaşının və azyaşlı nəvəsinin qatili olan şəxsin azadlığa çıxmasını gözləmədiyini deyib:

"Əfv sərəncamının imzalanması özlüyündə ölkə başçısının humanist addımından irəli gəlir. O şəxsin azad olunmasını televiziyadan eşitdim. Əslində, hadisə baş verəndə prezident bu məsələyə qarışmış, diqqətdə saxlamışdı. Amma indi əfv etdi, nə deyə bilərəm. Yəqin belə məsləhət olub".

A.Abdullayev deyib ki, X.Mədətov əfv olunduqdan sonra onunla əlaqə yaratmayıb:
"Nə özü, nə ailəsindən kimsə zəng vurmayıb. Heç yaxın gələn də olmayıb".

Qeyd edək ki, 2014-cü il martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov "Mercedes-Benz Gelandewagen-55" markalı avtomobilini idarə edərkən onu xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi "VAZ-2106"-a çırpıb. Nəticədə "VAZ-2106"da olan sərnişinlər - xalq artistinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və onun gəlini, 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsinə tövsiyyə olunub.
Qəzadan iki gün sonra Xaliqin atası Mübariz Mədətov prezidentin sərəncamı ilə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəis müavini vəzifəsindən azad edilib. Xalid Mədətov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb..

2017-ci ilin martında isə X.Mədətov əfv sərəncamı ilə azadlığa çıxıb.

Xəbərlər     Baxılıb: 1955   Tarix: 06 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

turlar.az

maskalar yaz geyimleri 2026 geyim şəkilləri otaq dizaynlari bəxtiyar vahabzadə ana şeiri kəpəyə qarşı veten haqqinda insa kosmetika vətən haqqında atalar sözləri novruz bayramina aid hakisdalar gozellik hakıştalar cantalar