Xalq artistimizin bu sözləri ÜRƏK DAĞLADI - Ölümdən döndü

Xalq artistimizin bu sözləri ÜRƏK DAĞLADI - Ölümdən döndü1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı" və "Bibiheybət neft mədənində yanğın" adlı xronikal süjetləri lentə aldı. Həmin tarix milli kinematoqrafiyamızın əsasının qoyulduğu gün kimi Ümummilli lider Heydər Əliyev tərəfindən əbədiləşdirildi. 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də ölkəmizdə Kino Günü qeyd olunur. Bu gün Azərbaycanda kino işçiləri bayram sevincini yaşayir.

Xanim.az xəbər verir ki, Milli Kino Günündə xalq artisti, tanınmış aktyor Hacı İsmayılovun yenicag.az-a müsahibəsini təqdim edirik.

- Hacı müəllim, ilk dəfə sizi bir aktyor kimi hansı rejissor kəşf edib?

- Rasim Ocaqov. Ömrümün sonuna qədər onun yaxşılığını unuda bilmərəm. Bu, danılmaz faktdır ki, Rasim müəllim məni beş filminə çəkərək, kinoaktyor kimi tamaşaçılara tanıdıb. Mən onun "Ad günü", "Bağlı qapı arxasında", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət" filmlərinə çəkiləndən sonra tamaşaçı sevgisi qazanmışam. O, mənim yalnız sənətdə deyil, həyatda da müəllimim olub. Hətta filmlərə çəkilməyəndə də maraqlanırdı ki, Hacı hardadır, teatrda hansı tamaşalarda oynayır və s.

- Sovet dönəmində çəkildiyiniz filmlərə görə, yəqin ki, aldığınız qonorar da yüksək olub?

- O vaxtlar çox cüzi qonorar alırdıq. Sovet dövründə aktyorlara filmə ayrılan büdcənin 0,5 faizini verirdilər. Mən filmə çəkiləndə inanın ki, heç qonorar barədə düşünmürdüm. Çünki çəkildiyim filmlər o qədər maraqlı idi ki...

- Bəs bəzi həmkarlarınız deyir ki, sovetlər dönəmində bir filmin qonorarından hətta avtomobil də alırlarmış...

- Yox e, nə avtomobil? Amma "Həm zəyarət, həm ticarət" filmindən aldığım qonorar yüksək olub. Yadımdadır ki, 21 gün çəkilişlə bağlı İstanbulda olduq, bütün xərclərimizi ödədilər. O vaxt dollar bir manata bərabər idi və mənə 600 dollar qonorar ödəmişdilər. Həmin vaxt üçün kifayət qədər böyük pul idi.

- Nə aldınız o pula?

- Onda dəri gödəkçələr çox dəbdə idi, onu alıb geyməyə hər adamın imkanı çatmırdı. Mən özümə və həyat yoldaşıma dəri gödəkcə alıb gətirdim.

- Film çəkilişləri zamanı, ekstrim vəziyyətlər qaçılmazdır. Başınıza gələn ən maraqlı hadisə...

- Belə hadisələr çox olub. "Ad günü" filmində bir səhnə vardı. Demək, Fəridənin evindən çıxıb küçə ilə gedirəm, sonra da bir telefon köşkünə girib zəng edirəm. Əslində, həmin yerdə telefon-filan yox idi, çəkilişə görə düzəltmişdilər, gecə olduğu üçün işıq da çəkmişdilər. Demək, dəmir diskə 15 qəpik atanda məni cərəyan vurdu. Sən demə, paltarım yaş olduğu üçün elektrik keçirib. Bir də onu eşitdim ki, Ocaqov qışqırır ki, nə durmusan, danış da... Daha xəbərləri yoxdur ki, məni "tok" vurur. Sonradan ayağımın altına rezin qoydular...

Birini də danışım. Həmin filmdə süni yağış yağdırmaq üçün iki yanğınsöndürən maşın çağırdılar. Süni yağışın altında üst-başım təmiz suyun içində olurdu, amma dubl alınmırdı, yenidən çəkilirdim. Düz doqquz dəfə... Hər dəfə də paltarımı dəyişir, yenidən islanırdım. Dekabr ayı idi; hamı dedi ki, Hacı səhəri gün çəkilişə gələ bilməyəcək. Ertəsi gün doğrudan da xəstələndim.

"Sarı gəlin" filminə çəkiləndə isə hərəkətdə olan qatarın vaqon qapısından sallanmaq lazım idi. Biri ayağımdan tutmuşdu, biri də ipdən... Onda həyatım təhlükə qarşısında idi. Hələ "Fəryad" filmi... Odlu silahdan atəş açmalı idim. Əsgəri xidmətdə olmadığım üçün silahla necə davranacağımı bilmirdim. Elə əlimi tətiyə basan kimi güllələr yağış kimi ətrafa səpələndi. Yaxşı ki, daşa atəş açdım. Başqa bir filmdə isə mənə atəş açdılar, güllələr başımın üstündən keçdi.

- Əsgərliyə getməməyinizin səbəbi nə idi ki?

- Evin tək uşağı idim və o vaxt tək övladları hərbi xidmətə aparmırdılar.

- Adətən, rejissorlar sizi sakit, mülayim obrazlara dəvət edirlər. Heç qatil roluna çəkilməyi arzulamısız?

- Elə bir obraza dəvət etməyiblər. Dəvət olsa, düşünərəm.

Xəbərlər     Baxılıb: 2363   Tarix: 02 avqust 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

qaşların formalari gözəllik məhsulları geyim seçimi mastopatiya agrilari qan qruplari haqqinda melumat sinir sistemi maqazin kosmetika seksual haxista buga burcu pomidor rus dilini oyrenek 2ci ders