Xalq artistindən təhqirlərə cavab: "Ana olmaq ayıbdır ki?" - FOTO
ATV-də yayımlanan "Tanıdım səni" layihəsinin efirində əməkdar artist Teymur Əmrah münsif həmkarı, xalq artisti Gülyanaq Məmmədova haqda efir etikasına zidd ifadələr səsləndirib. Bütün bu sözlər sosial şəbəkələrdə tənqidlə qarşılanıb və izləyicilər bunu Gülyanaq Məmmədovaya yaraşdırmayıblar. Gülyanaq Məmmədova isə Milli.Az-a açıqlamasında təhqirlərə bu cür cavab verib:
"Mən indiyə qədər televiziyalarda heç bir efir etikasına zidd olan nə sözlər danışmışam, nə də ki, hərəkət etmişəm. Tamaşaçılarıma hörmət qoyduğumdan geyimlərimi də elə seçmişəm ki, qınanmayım. Sadəcə efirdə Teymur müəllimin dediyi sözlərə qarşılıq vermişəm. Bu bir növ zarafat idi. Efirdə hamı bir-biri ilə zarafat edir də. Ana olmaq ayıbdır ki? Efirdə ginekoloqlar bundan da qat-qat tutarlı sözlər danışırlar. Onda gərək heç kim ana olmasın? Mən özümə və tamaşaçılarıma hörmət etməyi bacarıram. İncəsənət aləmində olan insanın gərək bir qulağı kar olsun ki, bu cür tənqidləri qəbul etməsin. Sənətə gələndə bunları gözə almışdım".
f Paylaş








Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı