Xalq artistinin 62 yaşlı oğlu və 52 yaşlı gəlini yenidən valideyn olublar
Oğlum 62, gəlinim isə 52 yaşındadır.
Xalq artisti Əlibaba Məmmədov aparıcı Nərgiz Cəlilovanın "Sevilənlər" verilişinin qonağı olub.
Xanəndə verlişdə həyatı ilə bağlı maraqlı etiraflar edib. O, 62 yaşlı oğlunun 4 ay bundan əvvəl ata olduğunu deyib:
"Hazırda 86 yaşım var. Oğlumun yanında yaşayıram. 4 ay əvvəl nəvəm dünyaya gəlib. Ona öyrəşmişəm. Hər gün onla oynayıram. Kənar qalan kimi darıxıram. Allah hər kəsə bunu qismət etsin. 8 nəvəm var idi. Bu doqquzuncudur. 14 nəticəm var. Oğlum 62, gəlinim isə 52 yaşındadır".
f Paylaş