Xalq artistinin məşhur bacısının bu sözləri ÜRƏK DAĞLADI: "kaş mənim də övladlarım olardı..."

Aktrisa Nərgiz Mütəllimovanın Milli.Az-a müsahibəsi.

- Nərgiz xanım, sizi aktrisa və müğənnilikdən öncə xalq artisti Firəngiz Mütəllimovanın bacısı kimi tanıdıq. Bu cür tanınmaq sizə xoş idi?

- Əlbəttə ki, mənim üçün fəxrdir ki, onun kimi insanın bacısıyam. Sənətkarın adı ilə tanınmaq hər insana nəsib olmur.

- Bəzi məşhurlar var ki, istəmirlər sənətdə olan yaxınlarının adı altında tanınsınlar. Amma sizdə nədənsə bunu müşahidə etmirəm.

- Bütün bunlar hamısı ailədən irəli gəlir. Ata, ana necə tərbiyə edirsə, sən də o cür yolla gedirsən. Valideynlərimiz həmişə biz övladların arasında sülh yaradıb. Firəngiz tək mənimlə yox, digər ailə üzvləri ilə də mehribandır. Sadəcə olaraq, biz ikimiz üzdəyik, tanınırıq.

- Aranızı vurmaq istəyənlər olubmu?

- Dost bildiyimiz adamlar olub ki, evimizə buraxmışıq və sonradan peşiman olmuşuq. Görmüşük ki, Firəngizlə mənim aramızı vurmaq istəyir. Ona bir başqa söz, mənə bir başqa söz deyib. Başa düşmürlər ki, ətlə dırnağı bir-birindən ayırmaq olmaz. Bizim üçün, ilk öncə, ailənin içi, sonra ətrafdakılardır. O insanlara heç nə deməmişik. Özləri onlara qarşı olan münasibəti görüb evimizdən uzaqlaşıblar.

- Müğənnilik sənəti sizin hobbiniz idi, yoxsa uğursuz alınacağından qorxub çəkindiniz?

- Mən bir müddət müğənnilik sənəti ilə fəaliyyət göstərdim və tanındım. Buna hobbi deyə bilmərəm, çünki mənim musiqi təhsilim də var. Fotrepianoda gözəl ifa edə bilirəm. Uğursuzluqdan qorxmadım, ürəyim istədiyim kimi oxuya bilirdim. İndi "mənəm-mənəm" deyən müğənnilərin bir çoxu mən oxuyub gələndən sonra səhnəyə çıxıb oxuyurdular.

- Müğənni olsaydınız, bəlkə də indi daha çox pul qazanardınız. Peşimansınız?

- Xeyr, mən həyatda heç nə üçün peşiman deyiləm. Çünki heç vaxt maddiyata önəm verməmişəm. Hansı sahədə olursan ol, ruzini yetirən Allahdır. Müğənnilər var ki, çıxıb efirdə hər şeylərini göstərirlər, amma, halbuki, onların da maddi sıxıntıları var. Təbii ki, söhbət bütün müğənnilərdən getmir.

- Firəngiz xanımı daha çox necə bəyənirsiz? Aktrisa, yoxsa bir bacı kimi?

- Əlbəttə ki, mən Firəngizi, ilk növbədə, bacım olduğu üçün çox istəyirəm. Mənim bütün aktrisalardan xoşum gələ bilər, amma hamısını öz bacım kimi istəyə bilmərəm. Onun sənətini təkcə mən yox, xalq da sevir.

- Bildiyim qədərilə Həsən Turabov o vaxtı direktor olarkən sizi də teatra dəvət edib. Bəs niyə getməmisiz?

- Bəli, Həsən Turabov məni teatra dəvət etmişdi, amma getmədim. Çünki bacımın çəkdiyi əzab-əziyyətlər gözümün önündə idi. Ona görə qorxub çəkindim. Sözün düzü, özümü teatrda görə bilmədim. O vaxtı mən universitetə yenicə daxil olmuşdum. Bəlkə də universiteti bitirmiş olsaydım, işləyərdim. Məni Həsən Turabov teatra dəvət edəndə 1-ci kursda oxuyurdum. Mənə tamaşaya baxmaq daha maraqlı idi nəinki səhnədə oynamaq. Teatrşünaslıqda oxuduğuma görə bütün tamaşalara tənqidçi gözü ilə baxırdım.

- Sənətdən gözləntiləriniz nədir?

- Sənətdən o qədər də çox gözləntim yoxdur, çünki həyat sürprizlərlə doludur. O qədər gözləyən insanlar görmüşəm ki, heç biri istəyinə çatmayıb. Hər şey Allahın əlindədir. O bilən məsləhətdir.

- Firəngiz xanıma görə həmişə efirlərdə göz yaşı tökmüsüz. Taleyinizdə oxşarlıq varmı?

- O doğmalıqdan, səmilikdən irəli gəlir. Ola bilər ki, nəyisə etiraf edəndə, ağlayanda mən də ağlamışam. Amma taleyimiz oxşamayıb. Taleyi yazan Allahdır.

- Heç vaxt şəxsi həyatınız haqqında danışmamısız. Bu, özünüzə qoyduğunuz bir qadağadır?

- Şəxsən məni heç kimin şəxsi həyatı maraqlandırmır. Kim kimlə görüşür, kim kimlə yaşayır qətiyyən mənə maraqlı deyil. Ona görə də fikirləşirəm ki, mənim də şəxsi həyatım insanlar üçün maraqsız olar. Bunun üçün heç vaxt şəxsi həyatım haqqında danışmamışam. Bu, bir qadağa deyil, sadəcə, istəmirəm.

- Qadın kimi xoşbəxtsiz?

- Məni bir qadın kimi o, xoşbəxt edə bilər ki, ailəmin, sevdiklərimin canı sağ olsun. Digər şeyləri Allah bilən məsləhətdir.

- Amma sualdan yayındınız.

- Gəlin açıq danışaq. Nə xoşbəxtəm, nə də ki onun əksi. Yarı-yarıya. Hər qadın xoşbəxt deyil ki.

- Bildiyimə görə, analıq hisslərini yaşamamısız. Bəzən taleyinizə üsyan edirsiniz?

- Hər bir qadın kimi mən də ana olmaq istəyərdim. Bu, bütün qadınların ən böyük arzusudur. Demək ki, qismətimdə yox idi övladımın olmağı. Bəzən fikirləşirəm ki, kaş mənim də övladlarım olardı, xoşbəxt ana olardım. Alınmadı, olmadı. Övladım olsa da, olmasa da heç vaxt naşükürlük etməmişəm. Olsaydı, bəlkə də həyatım başqa cür olardı.

- Bəzən özünüzü nələrdəsə günahlandırırsız?

- Çox vaxt özümü günahlandırıram. Allah mənə çox şans verdi, o şansları əlimdən qaçırtdım. Bunlara görə heyfslənirəm.

- Şəxsi həyatda yaşadığınız problemlərə rəğmən heç vaxt üsyan etdiyinizi görmədik. Yaşadıqlarınızı sizdən yaxşı heç kim bilə və hiss edə bilməz.

- Bəli, dediklərinizlə tamamilə razıyam. Bütün olub-keçənləri bir Allah bilir, bir də mən.

- O kitab artıq sizin üçün bağlanıb?

- Hansı kitab? Eşq, məhəbbət kitabını deyirsiz? (gülür).

- Bəli, onu deyirəm.

- Həyatda heç nə gec deyil. Bir də gördünüz ki, o kitabın ağ vərəqlərinə qırmızı güllər qondu. Bir də gördünüz ki, evlənmişəm. Bu, yenə də qismətdir. Bacılarım da, qardaşlarım da istəyər ki, ailə həyatı qurum. Nə qədər ki, gec deyil. Bir azdan gec olacaq, çünki yaş o yaş olmayacaq
Xalq artistinin məşhur bacısının bu sözləri ÜRƏK DAĞLADI: "kaş mənim də övladlarım olardı..."Xalq artistinin məşhur bacısının bu sözləri ÜRƏK DAĞLADI: "kaş mənim də övladlarım olardı..."Xalq artistinin məşhur bacısının bu sözləri ÜRƏK DAĞLADI: "kaş mənim də övladlarım olardı..."Xalq artistinin məşhur bacısının bu sözləri ÜRƏK DAĞLADI: "kaş mənim də övladlarım olardı..."

Xəbərlər     Baxılıb: 2818   Tarix: 26 avqust 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

qaşların formalari gözəllik məhsulları geyim seçimi mastopatiya agrilari qan qruplari haqqinda melumat sinir sistemi maqazin kosmetika seksual haxista buga burcu pomidor rus dilini oyrenek 2ci ders