Xalq artistləri Fədayədən danışdı: "Bacısı yanıma gəldiyi üçün..."

Xalq artistləri Fədayədən danışdı: "Bacısı yanıma gəldiyi üçün...""Hər şeydən öncə Fədayə bir sənət adamı, Azərbaycan xanımıdır. Onun içəridə olması yaxşı hal deyil. İnanmıram ki, hansısa sənətçi xanım cinayət törətsin. Buna inanmıram".

Bu sözləri açıqlamasında xalq artisti Mənsum İbrahimov məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçınla bağlı danşarkən deyib.

F. Laçının azadlığa buraxılması ilə bağlı prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayan 9 xalq artistindən biri olan M. İbrahimov Fədayənin sənətkar olduğunu deyib:

"Hər kəsin həyatında səhv ola bilər. Günahı varsa, cəzasını almalıdır. Amma onun sənətkar xanım olması nəzərə alınmalıdır. Müraciət üçün mənə yaxnlaşılanda məmnuniyyətlə imzaladım. Bu işə ürəklə yanaşmışam. Cəmiyyət də Fədayəyə biganə qalmamalıdır. Yaxın münasibətimiz olmayıb, amma sənətinə, səsinə bələdəm. O torpağı işğalda olan xanımdır. Sənətinə görə ona humanist yanaşılmalıdır. Müraciətimizə müsbət cavab alacağımıza inanıram".

Xalq artistləri Fədayədən danışdı: "Bacısı yanıma gəldiyi üçün..."

Xalq artisti Alim Qasımov Fədayə ilə heç vaxt görüşmədiyini, xanım olduğu üçün müraciətə qoşulduğunu deyib:

"Heç vaxt Fədayə ilə görüşməmişəm, münasibətim olmayıb. Xanımdır , səhv edib. Hadisə haqqında ətraflı məlumatım yoxdur. Bacısı yanıma gəldi, mən də böyük sənətkarlara qoşulub, imzaladım. Bu barədə çox danışmaq istəmirəm".

Müğənninin vəkili Türkel Süleymanlı isə bildirib ki, hələ müraciətə hər hansı cavab gəlməyib.

Xalq artistləri Fədayədən danışdı: "Bacısı yanıma gəldiyi üçün..."

Qeyd edək ki, müraciəti Alim Qasımov, Aftandil İsrafilov, Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Rafiq Hüseynov (Rəmiş), Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova imzalayıblar. Müraciətdə Fədayə Laçının sənət adamı kimi xidmətlərinin nəzərə alınaraq, bağışlanılması istənilir.

Xatırladaq ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. musavat.com

Xəbərlər     Baxılıb: 3743   Tarix: 27 noyabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

geymler 2026 kosmetoloq qadın geyimi 2026 qonaq otagi seks pozalari avto qadın viktoriya sekret kosmetika maska xanım az veten haqqinda atalar sozleri yuxuda qara ilan gormek vətənə aid bayatı