"Xalqı təhqir edən deputat mənim torpağımı mənimsəyib" - Əməkdar artist

"Xalqı təhqir edən deputat mənim torpağımı mənimsəyib" - Əməkdar artist"Deputat Astan Şahverdiyevin açıqlamasını xəbər portallarından oxudum. O sözləri deputat mandatı olan birindən gözləməzdim. Mənə çox pis təsir etdi. Səhərə qədər yata bilmədim. Dünyanın bir çox yerindən mənə zənglər gəldi".

Bu sözləri jurnalistlərə açıqlama verən əməkdar artist Firuzə İbadova Astan Şahverdiyevin xalqı təhqir etməsinə münasibət bildirərkən deyib.

O, hazırda gündəmdə olan deputat ilə arasında yaşanan və illərdir ki, həll olunmayan torpaq qalmaqalını da xatırladıb: "Mən dəfələrlə Zaur Baxşəliyevin verilişində qonaq oldum, dərdimi dedim. Mən hakimlərə, məhkəmələrə müraciət etdim. Apelyasiya Məhkəməsinə qədər gedib çıxdım. Amma hər dəfə tələbim təmin edilmədi. Firuzə İbadova müğənnidir, deputat deyil. Amma Firuzəni minlərlə insan sevir. Mən Azərbaycanın səslərindən biriyəm, onlarla tələbəm var. Bu hadisə məni küsdürdü, iki il öncə xəstəxanalıq da oldum. Yayda Apelyasiya Məhkəməsinə sənədləri apardım, baxmadılar. Mən torpağı 18 minə satmamışdım, söhbət 30 min dollardan gedir. Onlar mənə 8 min pul verdilər. Yaydan bəri hər şeyi Allahıma həvalə etmişəm. Onlar hakimləri ələ aldılar. Bəlkə də mənə hədə-qorxular gələcəklər. Amma qorxmuram. Mən Pakistanda güllə qarşısında çıxış edən sənətçiyəm. Mən Azərbaycan xalqının qeyrətli anası, bacısı, sənətçisiyəm. Qorxmadan bu sözləri deyirəm. Mən hər şeyi Allaha həvalə etmişəm. Bu söhbət yayılanda Allaha şükür etdim ki, o insan özü-özünü ifşa etdi. Yenə də istəməzdim ki, belə olsun. Azərbaycan xalqı "otxod" deyil. Azərbaycanın hüdudlarından kənarda istər, Avropada, istər Rusiyada elə insanlar kök salıb yaşayır ki, onlar ölkəmizin adını təmsil edir. Onlar arasında alimlər, professorlar, sadə fəhlələr, musiqişünaslar var. O insanlar oraya gedəndə bizi çiyinlərinin üstündə gəzdirir. Sən bazarda işləyən insana necə "otxod" deyə bilərsən? Onlar alverçi deyil. Öz zəhməti ilə dolanan və ailəsinə pul göndərən insanlardır. Biz dövlətimizin ətrafında birləşib, həmrəy olmalıyıq. Amma deputat həmrəylik gününə az qalmış deyir ki, Azərbaycandan gedən insanlar "otxod"dur. Mən deputatdan qorxmuram, amma onun mandatına hörmət edirəm. Məni xalqım tanıyır, amma siz "otxod" sözü ilə məşhur oldunuz. Inanıram ki, bir gün haqq-ədalət yerini tapacaq" .

Qeyd edək ki, əməkdar artist Firuzə İbadova bir neçə il öncə mətbuata açıqlamasında bildirmişdi ki, millət vəkili Astan Şahverdiyev onun torpağını mənimsəyib. Hətta millət vəkili tərəfindən torpaq sahəsinin əlindən alınması müğənninin səhhətində ciddi problemlər yaratmışdı. Baş verənlərə etiraz olaraq, müğənni Yeni il axşamı da daxil olmaq şərti ilə 3 gün aclıq aksiyası keçirmiş və xəstəxanalıq olmuşdu.

///Musavat.com

Xəbərlər     Baxılıb: 1639   Tarix: 28 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

.

Demans riskini azaltmaq üçün ideal yuxu müddəti

Alimlərin fikrincə, demans riskini azaltmaq üçün ideal yuxu müddəti gecə yeddi-səkkiz saatdır. xəbər verir ki, yuxu çatışmazlığı uzun müddətdir ki, demensiya riskini artırır. Yeni tədqiqatlar göstərir ki, bu, sonrakı həyatd

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

turlar.az

həkim məsləhəti kosmetoloq toy makiyajlari cennet almasinin hazirlanmasi xina bayatilari reseptler monika belluççi kosmetika bayatilar hakıştalar gozde olar novruz bayramina aid hakisdalar hakışta