Xanımı ona şiddət göstərən azərbaycanlı müğənnini polisə verdi

Xanımı ona şiddət göstərən azərbaycanlı müğənnini polisə verdiMüğənni Elnar Xəlilov və şairə həyat yoldaşı Aysel Nəcəfli ayrılıb.
Open.az xəbər verir ki, bu haqda ifaçı "Hüseynova bacıları" proqramında danışıb. O bildirib ki, 1 ilə yaxındır ayrılıblar və övladının üzünü görmür:
"Sevəndə gözlərim kor olur. Xassiyyəti xasiyyətimə uyğun olmayan insanları sevirəm. Oğlumun anasını məhkəmələrdə süründürməyi özümə yaraşdırmıram. Birinci həyat yoldaşımla indi də əlaqəmiz var. Rusiyada yaşayır, ayrılma məqsədimiz onun Bakıda yaşamaq istəməməsidir. Uşağımı da tez-tez göstərir mənə. Amma burada nişanlandıqdan sonra əlaqəni kəsdik".
Elnar onu da vurğulayıb ki, bu, Aysellə ikinci boşanmalarıdır. Cütlük bir dəfə rəsmi boşanıb və sonra yenidən nikah bağlayıblar.
Ayselin müğənniyə cavabı gecikməyib. O bildirib ki, həyat yoldaşı ona dəfələrlə şiddət göstərib. Aysel vurğulayıb ki, şəxsi həyatını efirdə qabartdığı üçün ARB telekanalını məhkəməyə verib:
"Bir neçə gün əvvəl kanaldan xahiş etdim ki, mən və oğlum haqda danışılmasın. Amma hər iki tərəf ancaq reklam düşünür, şou yaratmaq istədilər. Şər-böhtana çox susdum. Düşündülər ki, belə də olmalıdır, qadındır axı... Onun adı qadındır, döyülsə də sussun, polisə getsə, hamı "ayıb olsun" deyəcək. Şiddət gördüyünü desə, qınayacaqlar. Qadının başına oyun açmaq olar. Kişi elə danışar ki, bütün günahı qadına yıxar. Qadın susacaq, heç bir həqiqəti açıqlamayacaq. Başına nələr gəldiyini deməyəcək. Camaatdan ar bilib susar, amma qarşı tərəf bunu fürsət bilər. Sizin kimi insanlara görə yüzlərlə insan canından bezib həyatına qəsd edər. Bu düşüncəyə qarşı çıxın. Nə qədər canımı qurtarmaq istəsəm də, qurtara bilmirəm. Artıq həm polisdən, həm məhkəmədən kömək istəyirəm. Bir qadını bu həddə çatdırmaq olmaz, susdum, amma bəsdir.
Güclü qadın gecə-gündüz əziyyət çəkib işləyir. Çünki o anadır, övladı üçün qazanır. Belə qadını necə yıxımd eyə düşünərlər, xalqı ona qarşı çıxararlar ki, hamı hücuma keçsin. Qadını təhqirə məruz qoyarlar ki, ölüm həddinə çatsın. Kim nə bilir mən nə yaşamışam və ya niyə ayrılmağı seçmişəm? Danışsam, o insanın üzünə belə baxmaz kimsə. Mən hər zaman şəxsi mövzumdan qaçmışam. Yalnız işlərimlə cəmiyyət önündə olmuşam. Güclü olmağı seçmişəm. Bu kimi suallar olsa belə, səhifəmdən silmişəm, cavab verməmişəm. Qarşı tərəfə dəfələrlə mesaj yazmışam, ailəsinin böyüklərinə demişəm ki, buna son qoyun. Amma olmayıb. O insanla heç kim bacara bilmir. Təşəkkür edirəm, polislər bu işlə maraqlandılar və işə keçdilər. Artıq qadın şiddətinə son".
Qeyd edək ki, cütlük 2019-cu ildə ailə qurub. Onların bir oğul övladı var. (axşam.az)

Şou Biznes     Baxılıb: 1895   Tarix: 10 mart 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

turlar.az

qis geyimləri 2026 qaşların formalari sade makiyaj sekilleri roya ayxan sepgilere qarsi maska lobya tursusu baliq yagi kosmetika efsaneler qz eviyçun hakışta vusale elizade muellim seiri nizami gəncəvi