Xanımlar, DİQQƏT! - Bu 9 qida ilə dəriniz təravətlənəcək

Xanımlar, DİQQƏT! - Bu 9 qida ilə dəriniz təravətlənəcəkHovuz, günəş və qum-bütün bunlar yay aylarında dərimizin təravətini itirməsinə səbəb oldu. Buna maska ​​və dezinfeksiya edici vaistələri də əlavə edildikdə dəri parlaqlığını və gözəlliyini itirməyə başladı. Bəs dərimizi yeniləmək mümkündürmü? Buna nail olmağın əsas yolu süfrəmizdən keçir.
"Dərimizə faydalı olan qidalar hansılardır?" sual verirsinizsə, o zaman diqqətiniz bizdə olsun.
Milli.Az Lent.az-a istinadən dərini yeniləməyə kömək edən 9 qida haqqında məlumatları təqdim edir:
1. Avokado
Avokado sərbəst yağ turşuları baxımından ən zəngin qidalardan biridir. Dərinin Sağlamlığında yaxşı antioksidan olan A və C vitaminləri ilə də zəngindir. Bu qidadan gündəlik həyatımızda qəbul edə bilərik.
2. Yumurta
Kollagen dərinin yenilənməsində və toxumaların yaxşılaşmasında iştirak edən ən vacib zülaldır. Yumurtanın ağı kollagenin ən yaxşı mənbəyidir, çünki tərkibində glisin və prolin də daxil olmaqla kollageni təşkil edən digər amin turşuları var. Sağlam bir insan, hər gün bir qaynadılmış yumurta istehlak edərək dəri cavanlaşmasına da kömək edə bilər.
3. Günəbaxan toxumu
Günəbaxan toxumları dəri hüceyrələrinin bərpasına kömək edə bilən linoik turşusu olan bir qidadır. Bir ovucdan çox olmayaraq həftədə 2 və ya 3 dəfə günəbaxan toxumu istehlak edərək dərinizin cavanlaşmasına kömək edə bilərsiniz.
4. Qırmızı bibər
Qırmızı bibər, orqanizmin A və C vitaminlərinə çevirdiyi beta karotenin əla mənbəyidir. Bu karatonoidlər günəşə həssaslığı azaldır, göz ətrafındakı incə xətlərin və qırışları azaldır. Gündəlik həyatda yemək və salatlarımızda istər bibər pastası kimi, istərsə də çiy istifadə edə bilərik.
5. Qızılbalıq
Qızıl balıqda yaxşı antioksidan olan sərbəst yağ turşuları, omeqa-3 yağ turşuları var. Sərbəst yağ turşuları sağlam dəri hüceyrələri üçün təməl daşları rolunu oynayır. Bədənimizin sərbəst yağ hüceyrələrini istehsal etmək qabiliyyəti yoxdur. Onları qəbul etdiyimiz qidalardan götürərək dərini qalın, elastik və nəm saxlaya bilərik. Eyni zamanda, omeqa-3 yağ turşuları qızartı və sızanaqlara səbəb ola biləcək iltihabı azaldır. Bu səbəbdən həftədə bir dəfə qızıl balıq yesək, həm ümumi sağlamlığımız, həm də dərimizin gözəlləşməsi üçün faydalı olar.
6. Qoz
Dəri sağlamlığımız üçün böyük faydaları olan qoz, bədənimizin öz-özünə yarada bilmədiyi sərbəst yağ turşuları olan omeqa 3 və omeqa 6 ilə zəngindir. Bunlar dərinin elastikliyini artırır, sallanmaların qarşısını alır və dərini cavan saxlayan kollagenin sintezində mühüm rolu olan amin turşularıdır. Gündəlik həyatda qəlyanaltılarımızda və ya səhər yeməyimizdə 2 və ya 3 ədəd bütöv qoz yemək faydalı olacaq.
7. Pomidor
Pomidora qırmızı rəng verən likopen, dərini günəşin zərərli şüalarından qoruyan güclü bir antioksidandır. Likopenlə zəngin olan pomidoru salat və yeməklərimizdə istər doğranmış, istərsə də tomat pastası kimi istifadə edə bilərik.
8. Acı şokolad
Acı şokoladdakı kakao, yaxşı bir antioksidan olan yüksək miqdarda flovonaid ehtiva edir. Bu flovonoidlər dərinin dartılmasına kömək edir. Gündə 20 qramdan çox olmayan və tərkibində yüzdə 70-dən çox kakao olan acı şokolad istehlak edə bilərsiniz.
9. Qırmızı üzüm
Yaşlanmaya qarşı qəbul olunan ən yaxşı qidalardan biri də qırmızı üzümdür. Qırmızı üzümü mövsümündə gündəlik olaraq 1 hissə (15-20) və ya quru olaraq 1-2 xörək qaşığı dolusu qəbul edə bilərsiniz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1470   Tarix: 12 sentyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

qis geyimləri 2026 toy makiyajlari yaz geyimleri 2026 əkizlər bürcü aybasi ucun derman saç kəsimləri şirniyyat kosmetika haxisda rəksanə yemekler veten haqqinda bayatilar əqrəb