Xatun ilk dəfə oğlundan danışdı: "Üstümə qışqırır ki, sakit ol"
Müğənni Xatun Əliyeva ilk dəfə oğlundan danışıb.
Qadinsayti.az xəbər verir ki, axşam.az-a açıqlama verən ifaçı bildirib ki, övladı ona qadağalar qoyur:
"Oğlum gündəmdə olmağı sevmir. Bəzi uşaqlar var ki, efirə çıxmaqdan xoşu gəlir. Mənimki elə deyil. O istəmədiyinə görə mən də ondan danışmıram. Oğlum 12-13 yaşında olanda bəzi hərəkətlərimə qarışırdı. Anasına qarşı qısqanclıq hissi var. Mən də onun böyüdüyünü nəzərə alıb, özümdə bir çox şeylərə qadağa qoymuşam. Elə edirəm ki, mənə irad tutmasın, oğlumun əsəbləri ilə oynamayım.
Açıq-saçıq geyinmədiyim üçün aramızda çox da söz-söhbətlər olmur. Mənim parodiyalarıma isə qarışmır. Oğlum Cem Yılmaz fanatıdır, Fərda Xudaverdiyevi izləyir, yumor hissi güclüdür.
Birlikdə hardasa oturanda, foto çəkdiririəm, əgər onun qolu belə düşürsə, paylaşmağımı qoymur. Bir də harasa gedəndə, mən bərk danışanda üstümə qışqırır ki, sakit ol. Oğlum boylu-buxunludur. Birdən hardasa otururuq, kimsə görür. Gedib danışırlar ki, Xatunu cavan oğlanla gördük. Başlayıram onlara izah etməyə ki, oğlumdur".
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş