Xatun özünü Aygün Kazımovaya bənzətdi - YENİ FOTOLAR

- Xatun Xanım,nəyi köhnə ildə qoyub,nələri yeni ilə aparacaqsınız?

-Əslində elə bir uğursuzluğum ya da problemim yoxdu ki, onu köhnə ildə qoymaq istəyim.Mənim tamaşaçım yaxşı bilir ki,mən işimə can qoyan Xanımam.Getdiyim hər tədbirdə,hər məclisdə onların mənə qarşı istəyi,səmimi baxışları,isti münasibəti və alqışı mənim əziyyətimin ən böyük mükafatıdır.Köhnə ildə nəyi qoyacağım elə də önəmli deyil,əsas mən yeni ilə nələri aparacağımı bilirəm,bu da sevənlərimə sürpriz olsun...

- Uzun müddətdir sizi efirlərdə parodiya edən görmürük.Söz-söhbətlərdən yorulmusunuz yoxsa yeni parodiyalar hazırlayırsınız?

-Məni söz-söhbətlər heç vaxt yormur.Nə qədər uğurlu işlər görsən də arxanca danışan mütləq tapılır.Məni belə müzakirələr ruhdan salmır.Çünki,mən bu zamana kimi yalnız bacardığım işləri görmüşəm.Parodiyanı da uğurlu etdiyimə inanıram.Tamaşaçımın üzündəki gülüş süni deyilsə demək ki,bu işi də gözəl bacarıram.Sadəcə bir müddət parodiya etməməyə qərar vermişəm.Və mümkünsə dəvət olunduğum tədbirlərdə,verilişlərdə aparıcılar məndən parodiya etməyimi istəməsinlər.

-Yeni ildə sizdən yeniliklər gözləyək mi?

- Bəlkə bir az səbrsiz davrana bilərəm...Çünki yeni il gəlməmiş belə sürpriz çıxışlara hazırlaşıram.Məncə yeni mahnılarım hər kəsin marağına səbəb olacaq,hər çıxışım tamaşaçıda ayrı bir maraq oyadacaq. 2018 iş rejimim isə demək olar ki,indidən qurulub.Hələ ki,tam açıqlamaq istəmirəm amma yeni mahnılarla yanaşı ciddi layihə planlayırıq komanda olaraq.Bölgələrdən mənə olduqca çox istək gəlir,yaya turne planlarımız var.Və ən əsası il sonunda Allah'ın izni ilə nəzərimizdə möhtəşəm solo konsert proqramı var.

- Güclü qadınsınız yoxsa şanslı qadın?

- Həm güclü həm şanslı...Ən azından məni tanıyan bilir ki,mənim heç bir uğurum əziyyətsiz alınmayıb.Mənim populyarlığım mənim şansımdır.Amma o şansı Allah mənə çəkdiyim əziyyətin qarşılığında verib.Allahımdan həmişə razıyam,hər zaman şükür etmişəm mənə bu sevgini bəxş etdiyi üçün.Bundan sonra da tamaşaçımın qarşısına gözəl işlərlə çıxacağam

- Suallarımızı ancaq sənətlə əlaqəli cavablandırırsınız.Şəxsi heyatınızla bağlı danışmağı sevmirsiniz?

-Mənim şəxsi həyatım sadəcə özümü və ailəmi maraqlandırmalıdı.Mən şəxsi həyatı ilə gündəmə gələn sənətçilərdən deyiləm.

- Xatun Əliyevanın sənətdə qalxmaq istədiyi ən uca zirvə hansıdır?

- Mənim üçün sənətdə ən gözəl zirvə xalqın sevgisi və alqışıdır. Düşünürəm ki,mən o zirvəyə artıq çatmışam.Allah məni sevənlərimin,tamaşaçılarımın gözündən salmasın.Onların sevgisinə həmişə layiq olmağa çalışacam.Son zamanlarda onların istəyini daha çox hiss edirəm və işləmək üçün onlardan müsbət enerji alıram...Qalan bütün pillələr,zirvələr gördüyümüz işlərə,göstərdiyimiz performanslara görə aldığımız mükafatlardır.Xalqın sevgisini yaşamaq qədər gözəl hiss yoxdur.

Xatun xanımın sevənlərinə onun ekskluziv yeni il fotossesiyasını təqdim edirik...
Xatun özünü Aygün Kazımovaya bənzətdi - YENİ FOTOLARXatun özünü Aygün Kazımovaya bənzətdi - YENİ FOTOLARXatun özünü Aygün Kazımovaya bənzətdi - YENİ FOTOLARXatun özünü Aygün Kazımovaya bənzətdi - YENİ FOTOLARXatun özünü Aygün Kazımovaya bənzətdi - YENİ FOTOLARXatun özünü Aygün Kazımovaya bənzətdi - YENİ FOTOLARXatun özünü Aygün Kazımovaya bənzətdi - YENİ FOTOLAR

Xəbərlər     Baxılıb: 1570   Tarix: 18 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

yaz geyimleri 2026 makiyaj instagram sac duzumleri sağlam qida zirincin faydaları kelem tutmasinin hazirlanmasi masaj edirem kosmetika yemek reseptleri xlor lekesi bayati xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır orqazm