Xərçəng riskini azaldan EFFEKTİV ÜSUL
ABŞ-da aparılan tədqiqatın nəticəsinə görə, ağciyər xərçəngi riskini azaltmaq üçün gündə 1 fincan qatıq və lif tərkibi yüksək olan məhsullar yemək lazımdır.
Milli.Az xəbər verir ki, ABŞ-ın Vanderbilt Universitetinin Tibb Mərkəzinin mütəxəssisləri ABŞ, Avropa və Asiyadan olan 1,4 milyon yetkin insanın sağlamlıq məlumatlarını araşdırıb. Tədqiqatda qatıq və lifli qidalarla sağlamlıq vəziyyəti arasındakı əlaqə öyrənilib. Məlum olub ki, gündə bir fincan qatıq yeyən şəxslərin ağciyər xərçənginə tutulma riski 20 faiz aşağıdır.
Tədqiqatın müəllifi Xiao-Ou Çunun sözlərinə görə, yüksək lifli qidalar və qatıq ürək-damar xəstəliklərilə yanaşı, həzm sistemi xərçənginə qarşı da qoruyucu təsirə malikdir. (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir