Xərçəng xəstəsi olduğu deyilən "Faytonçu" Nazim BÜTÜN GİZLİNLƏRİ AÇDI: "Öd kisəmdə..."
"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişyari səhhəti barədə danışıb.
Xanim.az lent.az istinadən xəbər verir ki, o, hazırda özünü yaxşı hiss etdiyini bildirib:
"Mənim öd kisəmdə problemlər var idi. İlk öncə Azərbaycanda əməliyyat olundum. O əməliyyat çox uğursuz oldu. Ona görə də dərhal İsrailə getdim. Daha sonra Bakıya qayıtdım, amma bu da son olmadı. Əməliyyat olunmağım üçün Türkiyəyə getdim və orada mənə kömək etdilər. İndi yavaş-yavaş özümü yaxşı hiss edirəm".
İfaçı xərçəng xəstəsi olması xəbərinə də münasibət bildirib:
"Deyirlər ki, xərçəngəm. Amma bu yalandır. Bilmirəm ki, bunu kim uydurub. Sadəcə, dəfələrlə narkoza girdiyimə görə bu hala qalmışam. Xərçəng xəstəsi deyiləm".
N.Pişyarı onu da əlavə edib ki, sentyabrdan verilişlərə, toylara gedəcək:
"Hələ ki, heç bir yerə çıxmıram. Evdə oluram. Sentyabrdan etibarən verilişlərə, el şənliklərində iştirak edəcəm. Mənə görə narahat olan hər kəsə də təşəkkür edirəm".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin