Xərçəngdən vəfat edən əməkdar artistin qızı: "Atam zənglərimə cavab vermir...."

Xərçəngdən vəfat edən əməkdar artistin qızı: "Atam zənglərimə cavab vermir....""APA TV"-nin "Show time" verilişi yel çərşənbəsi ilə bağlı mərhum əməkdar artist Xanım Qafarovanın ailəsində qonaq olub. Lent.az-ın məlumatına görə, aparıcı Yalçın Uğurun təqdimatında yayımlanan verilişdə mərhumun anası və qızı danışıb.

Gövhər nənə söhbətində deyib ki, bu həyatda sevincli anı olmayıb: "Qızımın arzusu çox idi, heç birinə çata bilmədi. Bu həyatda çox şey məni kövrəldir. Həyatda ömür boyu kövrəlmişəm. 4 övladım dünyasını dəyişib, böyük qızım da 4-5 ildir ki, gözdən əlildir, gözləri tutulub. Bu həyatda heç sevinməmişəm. Həyat yoldaşım çox yaxşı kişi olub. Hər zaman xanım çıxışlarında deyirdi ki, bu həyatda 5 ata varsa, o da mənim atamdır. Həyatdı da, indi möhtacam".

X.Qafarovanın qızı Gövhər isə deyir ki, anası ilə yuxularında danışır: "Anamın şəkillərinə baxıb, onunla danışıram. Ona deyirəm ki, mən dərslərimi yaxşı oxuyuram. Hər zaman 5 alıram. Müəlliməm hər zaman məni tərifləyir. İnşallah mən də böyüyüb, vətənə layiq vətəndaş olaram. Anam tez-tez yuxularıma da girir".

Gövhər nənənin səhhəti ilə də maraqlandıq: "75 yaşım var, ayaqlarım da problemlər var. Həkim maz verir, çəkirəm. Amma nə bayıra çıxa bilirəm, nə də dükana gedə bilmirəm. Evin içində fırlanıram. Elə qonşular kömək eləyir. Ürəyimdə problem var. Ciyərimə su gəlir. Təngnəfəs oluram".

Mərhumun qızı Gövhər bildirdi ki, onun ata nəvazişinə ehtiyacı var: "Atamla yanıma tez-tez gəlmir. Deyir, xəstəyəm. Yəni ayda, ildə bir dəfə gəlir. Mən ona zəng edirəm, gah telefonu bağlı olur, gah da borcları olur. Amma istəyərdim, o da mənə hər gün dəysin. O, mənim anamın əvəzini tutmur. O mənə 2-3 dəfə, mən ona çox zəng eləmişəm. Amma zəngimə cavab vermir. Dəstəyi açanda da ancaq özündən danışır. Məni soruşmur. Amma istəyərdim kİ, mənlə də bir az danışsın, hal-əhval soruşsun.

Gövhər nənə nəvəsinin sözlərinə biganə qalmayıb: "Özümüz atasına yalvarırıq ki, heç olmasa ata sözünü yadından çıxartma. Ana deyə bilmir, heç olmasa, ata deyə bilsin. Səndən heç nə istəmirik ki..."

Qeyd edək ki, X.Qafarova 2014-ci il iyulun 14-də 47 yaşında vəfat edib.

Xəbərlər     Baxılıb: 3011   Tarix: 08 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

turlar.az

yay kolleksiyasi geyim şəkilləri geyim seçimi hakışta xınayaxdı qarağatın faydaları valideyne aid statuslar piroqlar kosmetika novruz bayramına aid bakışta arıqla sanama veten rus dili